Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Veysəloğlu" MMC-nin satış meneceri Nahid Axundovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
gundemxeber.az APA-ya istinadən bildirir ki, məhkəmənin hökmü ilə N. Axundov 7 il müddətə azadlıqdan məhrum edilib. Zamində olan N. Axundov məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Nahid Axundov 12 min manat pulu mənimsəmədə təqsirləndirilir. İstintaq dövründə Nahid Axundov barəsində həbs qəti imkan tədbiri seçilməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?