"Onlar təxminən Elmar Hüseynovun qətli kimi ajotaj doğuran bir terror hazırlayırdılar"
"Azərbaycanda seçki ərəfəsində xaricdən müdaxilə nəticəsində ictimai şəxslərdən birinin qətlə yetrilməsi haqda xüsusi xidmət orqanları məlumat əldə edib". Bu haqda Avropa.info-ya Xüsusi Xidmət orqanlarındakı mənbə məlumat verib. Onun dediyinə görə, artıq bu barədə Azərbaycan Xüsusi Xidmətləri məlumat əldə edib və bunun qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçrilir. Mənbənin bildirdiyinə görə məqsəd seçki ərəfəsində ölkə siyasətində, jurnalistikasında, bir sözlə ictimai həyatda tanınmış şəxslərdən birinin qətlə yetrilməsi ilə ölkədə qarşıdurma yaratmaq olub." Lakin xarici xidmətlər hələ qətlə yetrilməsi planlaşdırılan şəxsin kim olmasını dəqiqləşdirmədən öncə biz bu haqda məlumat əldə etmişik. İndi həmin xarici qüvvələrin adını açıqlamaq mümkün deyil. Amma onlar təxminən Elmar Hüseynovun qətli kimi ajotaj doğuran bir terror hazırlayırdılar". Mənbə onu da bildirib ki, artıq bu yöndə bir sıra tədbirlər göz altına alınıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?