Rüşvət alan dekan və müəllimlərin işdən azad ediləcəyi və həbs olunacaqları ehtimal edilir Sumqayıt Dövlət Unversitetində böyük ajotaj yaşanır. Avropa.info-nun əldə etdiyi məlumata görə, SDU-nun keçmiş rektoru, Nadir Qəhrəmanov vəzifəsindən istefa etdikdən sonra , vaxtilə keçmiş rektorla rüşvət əlaqəsində olan dekanlar və rüşvət almaqda ad çıxarmış müəllimlər təlaş içindədirlər. Belə ki, keçmiş rektorun dönəmində rüşvətə və korrupsiyaya görə ad çıxarmış SDU-da artıq "təmizləmə əməliyyatı" başlanıb. Təhsil naziri Mikayıl Cabbarovun təqdimatı əsasında SDU-ya təyin olunan və hazırda rektorun vəzifələrini icra edən Elxan Hüseynov Universitetə gələr-gəlməz sərt islahatlar mesajı verib. Əvvəllər BDU-da prorektor vəzifəsində çalışan Elxan Hüseynovun rektor təyin olunmaq üçün prezidentə təqdimatının göndəriləcəyi də bildirilir. Əldə etdiyimiz məlumata görə, artıq prorektorun nəzarəti altında dokturanturaya imtahan keçirilib. Əvvəlki rektorun dövründə dokturanturaya qəbul olunmaq üçün pul verənlərin hamısı bu imtahandan kəsilib. İmtahanın şəffaf keçdiyi bildirilir. Əldə etdiyimiz daha bir məlumatda bildirilir ki, SDU-da qış imtahanından sonra kardinal dəyişikliklər olacaq. Rüşvət almaqda ad çıxarmış dekan və müəllimlərin işdən adad ediləcəyi və bəzilərini hətta həbs təhlükəsi gözlədiyi də qeyd olunur. Xatırladaq ki, keçmiş rektor Nadir Qəhrəmanov sabiq təhsil naziri Misir Mərdanovun kadrı və dostu sayılırdı. Bir müddət öncə N.Qəhrəmanov tutduğu vəzifədən istefa verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?