Yeni Bənövşəyi xətdə “Avtovağzal-Memar Əcəmi-2” stansiyaları arasında 5 vaqondan ibarət 3 qatarın məkik hərəkət qrafiki üzrə hərəkətin təşkili nəzərdə tutulur. Bunun üçün “Alstom” və Rusiya Federasiyasının müştərək istehsal etdiyi 81-760-761A tipli vaqonların (təqdim olunan fotolarda, bu tipli vaqonlarda birbaşa keçid imkanı nəzərdə tutulub - red.) alınması nəzərdə tutulub.
Bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.
O, bildirib ki, yeni xətlərdə istismar olunacaq qatarlar ən yüksək və təhlükəsiz idarəetmə tələblərinə cavab verəcək:
“Yeni stansiyalarda təhlükəsizlik məsələləri optimal səviyyədə həll olunacaq, sərnişin rahatlığı mümkün qədər yüksək həddə çatdırılacaq. Bundan əlavə, stansiya və tunellərin ən müasir idarəetmə, işarəvermə, rabitə, elektrik və digər müvafiq sistem və avadanlıqlarla təchizatının həyata keçirilməsi nəzərdə tutulub”,- deyə sədr bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?