T.Yanqland: “Münaqişələrin nizamlanması yolu demokratiyadan keçir”
“Avropa Şurası Qarabağ münaqişəsinin nizamlanmasına birbaşa cəlb edilməyib, lakin bu problemin həllində maraqlıdır”. Turan-ın Strasburqdakı xüsusi müxbirinin verdiyi məlumata görə, bu fikri bu gün AŞ baş katibi T.Yanqland AŞPA sessiyasında Azərbaycanlı deputat Rafael Hüseynovun Ermənistan tərəfin Dağlıq Qarabağda aviasiya əlaqəsi açmaq cəhdləri ilə bağlı sualına cavabda bildirib. Yanqlandın fikrincə, sülhə gedən ən yaxşı yol demokratiyanın inkişafından, insan hüquqlarının və qanunun aliliyinin təmin edilməsindən keçir və Avropa Şurası tərəfləri buna çağırır. Onun fikrincə, Ermənistan və Azərbaycan arasındakı münaqişənin və digər münaqişələrin həlli məhz bundan keçir. Bununla yanaşı, o qedy edib ki, münaqişənin mövcudluğundan asılı olmayaraq, AŞ məkanında insan hüquqlarına və demokratiyaya tam riayət olunmalıdır. Yanqland Kosovoda vəziyyət və AŞ-nin rolu haqqında məruzə ilə çıxış edərək, AŞPA deputatlarının suallarını cavablandırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?