“Əvvəl altı ay ərzində Ermənistanın və maydan Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə Dağlıq Qarabağ münaqişənin həlli üçün prioritetlərin müəyyən edilməsi üçün yaxşı fürsət yaranacağına ümid edirəm”.
Virtualaz.org-un APA-ya istinadən məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyanın (AŞPA) sədri Jan Klod Minyon bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistanın sədrlik etdiyi 2013-cü ildə Almaniya və Fransa arasında Yelisey sazişinin imzalanmasının 50-ci ildönümü qeyd olunub: “Bu saziş iki düşmən ölkəni bir araya gətirdi və sonradan Almaniya ilə Fransa iki dost, tərəfdaş ölkə oldu. Düşünürdüm ki, əgər Almaniya və Fransa bunu edə bilibsə, şübhəsiz ki, Azərbaycanla Ermənistan da bunu edə bilər. Əgər mən Avropa Şurasının baş katibi vəzifəsinə seçilsəm, təbii ki, Dağlıq Qarabağ münaqişənin həlli mənim əsas prioritetlərimdən biri olacaq”.
J.K.Minyon həmçinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son vaxtlar baş verən gərginlikdən narahat olduğunu da bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?