Bu gün səhər saatlarında “28 May” Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Rasim İbrahim oğlu Əliyev 262 saylı quyuda işləyən zaman dənizə düşüb.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.
Qeyd edilib ki, o, operativ tədbirlər nəticəsində sudan çıxarılıb, lakin vəfat etdiyi məlum olub. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?