GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Araz-Naxçıvan"ı Vasif Talıbov bağlayıb? – AÇIQLAMA

"Araz-Naxçıvan"ı Vasif Talıbov bağlayıb? – AÇIQLAMA

Tarix: 8-11-2014, 01:03 Bölmə :Ölkə Baxış: 0
"Araz-Naxçıvan"ı Vasif Talıbov bağlayıb? – AÇIQLAMA
Futbolçular da dağılışıb, hamısı Bakıdadır. Azərbaycan premyer liqasının 11-ci turunda «Qarabağ»a 4-0 hesablı məğlubiyyətindən sonra «Araz-Naxçıvan» klubu fəaliyyətini dayandırdığını bildirib.
Ancaq klub rəhbərliyi bu qərarın verilməsini böyük hesablı məğlubiyyətlə əlaqələndirməyib. Klubun rəsmi saytında yayılan məlumata görə, fəaliyyətlərini dayandırmaları premyer liqa oyunlarında rastlaşdıqları hakim xətaları ilə bağlı olub. Ancaq bəyanatda hakim xətalarından danışarkən, nümunə kimi 2 və 4-cü turdakı oyunlarını göstəriblər. Bəs onda əlavə olaraq 7 tur gözləməyin mənası nə idi? Üstəlik hakim səhvlərinə görə, klub fəaliyyətini dayandırarmı?
Bəzi mətbuat orqanlarında isə premyer liqanın 11 oyunun 9-da məğlub olan klub Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qəzəbinə tuş gəlib. Hətta «Futbol +» qəzetində yazılan bir məqaləyə görə klubun məğlubiyyətləri Vasif Talıbovdan gizlədilirmiş.
“Azadlıq” radiosu “Araz-Naxçıvan” klubunun mətbuat xidmətinin rəhbəri Ceyhun Məmmədovla əlaqə saxlayaraq bütün bu məsələlərə aydınlıq gətirməyə çalışıb:
- «Araz-Naxçıvan» bərpa olunduğu il yarım ərzində böyük uğura imza atmışdı. Klub debüt etdiyi 1-ci liqada lider kimi premyer liqada oynamaq hüququ qazandı. Birdən-birə necə oldu ki, klub fəaliyyətini dayandırdı?
- Bəli, klub artıq bununla bağlı Peşəkar Futbol Liqasına (PFL) da müraciət ünvanlayıb. Komanda da rəsmən fəaliyyətini dayandırıb. Futbolçular da dağılışıb, hamısı Bakıdadır. Hələlik premyer liqada da fasilədir. Bəlkə, rəhbərliklə danışıq aparıb qayıtmağı təklif edəcəklər? Mən heç nə deyə bilmərəm. Görək, qarşıdakı günlərdə nə baş verir…
- Klubun bağlanmasına səbəb nə oldu?
- Daha çox hakimlərin haqsızlığı səbəb oldu. Əsasən 2-ci və 4-cü turlarda bizə qarşı haqsızlıqlar oldu. Klub yarananda əsas məqsəd yalnız yerli futbolçulardan yararlanmaq idi. Az da olsa Azərbaycan futboluna töhfə vermək istəyirdik. Çünki, yerli futbolçulara çox vaxt qiymət verilmir, onlar qıraqda qalır. Biz onlara şərait yaratdıq. Naxçıvan 12-13 ildir böyük futboldan kənarda qalmışdı. Buna baxmayaraq biz naxçıvanlı futbolçular da tapıb, komandaya cəlb etmişdik.
- Siz hakim haqsızlığı ilə bağlı PFL-na müraciət etmişdiz?
- 4-cü turda «Sumqayıt»la oyundan sonra PFL-na şikayət etmişdik.
- Klub 11 oyunda bir dəfə qələbə qazanıb, 1 heç-heçə oynayıb və 9 oyunda məğlub olub. Bu, premyer liqada debüt edən klub üçün elə də faciə sayılmamalıdır. Rəhbərlik necə qiymətləndirir bu nəticələri?
- Çoxları elə düşünür ki, klub sonuncu yerdədir deyə, bu addımı atmışıq. Ancaq, bu belə deyil. Klub 5-ci, 3-cü, hətta, 1-ci yerdə olsaydı belə, haqsızlığa qarşı yenə bu addımı atacaqdıq.
- 1-2 oyundakı hakim haqsızlığına görə klubun liqanı tərk etməsini futbol mütəxəssisləri də birmənalı qarşılamır. Onlar hesab edir ki, bu məsələ həllini daha yumşaq şəkildə tapa bilərdi. Buna görə onlar sizin səbəblərə bir qədər şübhə ilə yanaşırlar.
- Mənim bildiyim hakim haqsızlığıdır. Sizin verdiyiniz sual rəhbərlik səviyyəsindədir. Rəhbərlik də əsasən haqsızlıq üzərində dayanıb. Buna görə klub fəaliyyətini dayandırıb.
- Hələ klub yeni bərpa olunanda rəsmi KİV-lər bu işdə muxtar respublika rəhbərliyinin, xüsusən Vasif Talıbovun rolunu xüsusi vurğulayırdılar. İndi də bəzi idman qəzetləri ard-arda böyük hesablı məğlubiyyətlərdən sonra klubun Vasif Talıbovun qəzəbinə tuş gəldiyini yazırlar. Hətta məğlubiyyətlərin ondan gizlədildiyi haqda da məlumatlar var…
- Bu haqda heç nə deyə bilmərəm. Çünki heç nə bilmirəm. Nə isə danışsam, yalan olar. Bu məsələni bu dərəcədə rəhbərlik səviyyəsinə qaldırmaq düzgün olmazdı. Komandanın qarşısına belə bir şərt qoyulmamışdı ki, məğlub olmayacaqsınız. Bu xəbərlər əsassızdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Vasif Talıbovdan yeni təyinat - SƏRƏNCAM

    Vasif Talıbovdan yeni təyinat - SƏRƏNCAM ...

    10-11-2018, 15:41

  • 
  • Vasif Talıbovdan gözlənilməz mətbuat açıqlaması

    Vasif Talıbovdan gözlənilməz mətbuat açıqlaması ...

    24-07-2013, 12:10

  • 
  • Vasif Talıbov müavinini işdən çıxardı

    Vasif Talıbov müavinini işdən çıxardı ...

    16-11-2017, 15:10

  • 
  • “Xəzər Lənkəran” fəaliyyətini dayandırdı

    “Xəzər Lənkəran” fəaliyyətini dayandırdı ...

    27-05-2016, 22:38

  • 
  • AFFA klubları cəzalandırdı

    AFFA klubları cəzalandırdı ...

    23-09-2014, 13:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu