“Qəzetlər, televiziya və radiolar tənqidi materialların hazırlanmasından çəkinməməlidir!"
“Kütləvi informasiya vasitələri fəaliyyətlərini gücləndirməli, hazırlanan teleradio verilişlərinin və qəzet məqalələrinin yaradıcılıq baxımından keyfiyyəti artırılmalıdır”.
Virtualaz.org-un məlumatına görə, bunu dördüncü çağırış Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin yeddinci sessiyasında MR Ali Məclisinin sədri Vasif Talıbov deyib.
O bildirib ki, “qəzetlər, televiziya və radiolar tənqidi materialların hazırlanmasından çəkinməməli, nöqsanlar tənqid olunmalı, bununla yanaşı tarix və vətənpərvərlik mövzularına aid materialların verilməsini də diqqət mərkəzində saxlamalı, mətbuat hər bir vətəndaşımızda vətənpərvərlik, yurd sevgisi, milli duyğular oyatmalı, milli dəyərlərimiz və milli mədəniyyətimiz təbliğ edilməlidir”.
Qeyd edək ki, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası öz işini iyulun 23-də başa çatdırıb. “Naxçıvan xanı”nın bu qəfil bəyanatının səbəbləri isə bilinmir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?