GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda bakirəliyin bərpası: harda, necə, neçəyə? – ARAŞDIRMA

Azərbaycanda bakirəliyin bərpası: harda, necə, neçəyə? – ARAŞDIRMA

Tarix: 19-11-2014, 21:43 Bölmə :Ölkə Baxış: 0
Azərbaycanda bakirəliyin bərpası: harda, necə, neçəyə? – ARAŞDIRMA


“İnciməyin, amma telefonunuza baxa bilərəm?” Danışığın düz ortasında, üzümə zəndlə baxandan sonra verdi bu sualı. Tez cibimdəki telefonu çıxarıb, masaya qoydum. “Lap yaxşı, elə bildim, səs yazırsız… Bir də görürsüz nazirlik adam göndərir, mediadakı mərdimazarlar gəlir. Ona görə bilmək istədim. Çox sual verdiz axı…”
“Bunu edən həkimi tutub…”
Əslində düz deyirdi. Mövzunu eninə-uzununa öyrənmək üçün “medianın mərdimazarı” kimi bol-bol sual vermişdim və müsahibimin də duyuq düşməsinə azca qalmış müzakirə qapandı. Mövzu isə bir az senzuradan kənar olsa da, Azərbaycanda bakirəliyin (qızlıq pərdəsinin) bərpası proseduru, bazarı və bu bazarın pərdə arxası idi. İlk getdiyimiz ünvan “20 Yanvar” metrosu həndəvərində yerləşən keçmiş Ailə və Sağlamlıq Ambulatoriya şöbəsi, indiki adı ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi oldu. Mərkəzin ginekoloqlarından biri (şərti adı ilə P.M.) bizə Azərbaycandakı məlum bazarın bütün detallarını anlatdı. Təbii ki, jurnalist olduğumu bilmədən, “toya bir ay qalmış məlum problemi yoluna qoymaq istəyən bir azərbaycanlı xanım”a yardım məqsədilə…
Məlum oldu ki, dövlət səhiyyə müəssisələrində, ümumiyyətlə, bu cür əməliyyatlar qadağandır. Hətta və hətta qızların bakirəliyinin yoxlanmasına da icazə yoxdur: “Bəlkə kimsə bunun məsuliyyətini öz üzərinə götürə bilər, deyə bilmərəm. Amma qanun bu işi qadağan edir. Tanış həkiminiz olmasa, heç kəs sizə yardım edə bilməyəcək”.
Üzümdə insan əzabının son ifadəsini görüb, yardım etməyə çalışır. Öncə özəl bir klinikadakı (hansı klinika olduğunu açıqlamır-S.T.) kolleqasına zəng edir, rədd cavabı alır. Daha bir cəhd, bu dəfə dəstəyin o biri ucundan “olar” cavabı gəlir. Amma tərəddüdlər davam edir. Zəng olunan həkim P.M.-dən müraciət edən pasiyentin kimliyini, nə dərəcədə etibarlı olduğunu soruşur, cavab gecikmir: “Tanış deyil. Elə bu gün gördüm. Küçədən keçirmiş, gəlib. Qarantiya durmuram”…
Telefon danışığı bitir. P.M. açıq şəkildə bildirir ki, bu işlər olduqca gizli və təhlükəlidir. Ona görə də heç kim özünü təhlükəyə atmaq istəmir: “Bu, sabah həmin həkimə problem yaradacaq. Kişi bunu bilsə, aləm dəyəcək bir-birinə. İndikilər çoxbilmişdilər, hər şeyin fərqini başa düşürlər. Sizi sıxışdıracaq, siz də deyəcəksiz ki, filan həkim elədi. Gəlib polislə düşəcəklər üstümüzə. Bu məsələ hansısa instansiyadan keçsə, o yazıq həkimi …”
Məsələnin ən maraqlı tərəfi isə heç şübhəsiz, sözügedən prosedurun qiymətləridir. P.M. deyir ki, əməliyyatın qiyməti 600 manatdan 1500 manata qədərdir. Məbləğ əməliyyatın toydan neçə gün əvvəl keçirilməsindən asılıdır.
DOSYE: Tibbi ədəbiyyatlarda sözügedən əməliyyatın adı himenoplastika adlanır. Evlilik həyatına başlamazdan 1 ay əvvəl edilən estetik əməliyyatla süni qızlıq pərdəsi yaradılır. Digər bir üsulla isə toy gecəsindən 2-3 gün əvvəl qızlıq pərdəsinə tikiş qoyulur. Hər iki üsul narkozla aparılan əməliyyatdır. Bunu cərrahlar imitasiya, yəni bənzətmə üsulu ilə həyata keçirirlər. Bu, iki üsulla həyata keçirilir. Birinci üsulla var olan qızlıq pərdəsinin kənarları tikişlə birləşdirilərək müvəqqəti bərpa edilir. Burada qoyulan tikişlər 4-5 gün müddətində sorulub gedir. İkinci metod isə daha qalıcıdır. Bu zaman uşaqlıq yolunun selikli qişasından calaq edilərək, pərdə yenidən yaradılır.
Bu əməliyyatdan sonra ilk cinsi əlaqə zamanı qanamanın olub olmayacağı qeyri-müəyyəndir. Pərdənin tikildiyini isə yalnız mütəxəssislərin bilməsi mümkündür.
Özəl klinikalardan yaşıl işıq – əməliyyat 500-1300 manat məbləğindədir
Əməkdaşımız bununla bağlı bir neçə özəl klinikada sorğu (yenə də partizan üsulu ilə) keçirdi. Və ortaya ilginc nəticə çıxdı.
“Funda” klinikasının ginekoloqu Lamiyə xanım bildirdi ki, onlar bu əməliyyatı heç bir problemsiz həyata keçirirlər. Qiymət isə 1000 manatdır. Ginekoloq qiymət sövdələşməsinə razı olmadı: “Uzaqbaşı belə edərik ki, əməliyyatdan əvvəl 60 faizi verərsiz, əməliyyatdan sonra isə qalanını. Amma endirim olmayacaq”.
“Lanset” klinikasından “bizdə bu əməliyyat edilmir” cavabını aldıq.
“Vital” Klinikasının ginekoloqu Afət xanım da əməliyyat üçün heç bir problem olmadığını dedi. Qiyməti isə telefonda danışmaq istəmədi: “Bu cür söhbəti telefonda edərlər heç? Ayıbdır…”
“Ankara” klinikasının əməliyyatxana şöbəsi təmirdə olduğu üçün əməliyyat müraciətimizə “yox” cavabı aldıq.
“Medi Lux” klinikasında isə himenoplastikaya yaşıl işıq var. Klinikanın Rəna adlı ginekoloqu bildirdi ki, ilkin müayinə və söhbətdən sonra əməliyyatın vaxtını müəyyənləşdirmək olar: “Qiymətlər fərqlidir. Əgər 2-3 günlük etdirirsizsə, 500 manatdır. Yox, 1 aylıqdırsa, 1200-1300 manat verəcəksiz. Gəlin, üzbəüz danışaq…”
Adil Qeybulla: “Bu əməliyyatı edənlər qeyri-qanuni formada təqib olunurlar…”
Tibb elmləri doktoru, estetik cərrah Adil Qeybulla bildirdi ki, bu cür əməliyyatlar qanunla qadağan olunmur. Amma o, bu cür əməliyyat edənlərin qeyri-qanuni formada təqib olunduğunu dedi: “Bu, bir az mentalitetlə bağlı məsələdir. Hər halda, siz bilirsiniz ki, bu, toyqabağı problemləri ört-basdır etmək üçün nəzərdə tutulub. Nəyinsə müqabilində buna gedilə bilər. Mən bununla məşğul olmuram. Münasibətim isə normaldır”.
A.Qeybulla bildirdi ki, bu işlə açıq məşğul olan, bunun elanını verən özəl klinikalar yoxdur. Müsahibimizin sözlərinə görə, Rusiyada bu məsələ aktual olmadığına görə ictimai qınaq və rəy önəmli deyil: “Yəni Rusiyada bu məsələ ilə bağlı elan verir və qayda-qanunla həyata keçirirlər. Bizdə ictimai qınaq və rəy ön planda olduğuna görə konkret əxlaqi meyar olduğu üçün kimsə cürə edib elan verə bilməz”.
Səhiyyə Nazirliyindən gözlənilməz reaksiya: “Qadağa yoxdu, özəl klinikalar bunu edə bilər”
Amma bu gəzişmənin ən ilginc sonluğu Səhiyyə Nazirliyində baş tutdu. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirdi ki, əslində bu sayaq əməliyyatların qadağan olunması ilə bağlı deyilənlər yanlışdır: “Bakirəliyin yoxlanılması qadağandır. Bunu ancaq tibbi ekspertlər edə bilər. Amma bərpasına belə bir qadağa yoxdur. Dövlət müəssisələrində belə bir bərpa prosesi aparılmır. Amma özəl tibb müəssisələrində ginekologiya xidməti var, orda aparılır. Hər kəs plastik cərrahiyyə əməliyyatı apara bilər.
Xanımların tam ixtiyarı var ki, hansısa motivlə qızlığı bərpasını etsinlər. Bu itirilmə travma nəticəsində də ola bilər, başqa səbəblərdən də. Pasiyentin niyyətindən asılı olmayaraq, buna məhdudiyyət qoyula bilməz. Yox, əgər pasiyent bunu öz partnyoruna başqa cür qələmə verirsə, dələduzluq edirsə, onun cəzası, mənəvi məsuliyyəti öz boynundadır. Qadağa ona var ki, valideyn öz övladını, yaxın qohumunu yoxladırsa, ginekoloq onu müəyyən etməyə, müayinənin nəticəsini deməyə ixtiyarı yoxdur. Onu ancaq ekspertiza komissiyasına ərizə şəklində müraciət edib, sonra həyata keçirmək mümkündür. Hansısa həkim bakirəliyin yoxlanılmasını həyata keçirirsə, bununla bağlı icazəsi olmalıdır”.
Avropada da bu məsələ problemli imiş…
İsveçrədə bakirəliyin bərpası əməliyyatlarının sayının artması və bununla bağlı sığorta şirkətlərinin ödənişlərinin çoxalması geniş müzakirələrə səbəb olub. Bakirəliyin bərpası, yəni himenoplastika əməliyyatlarına məruz qalanların tam əksəriyyəti türk və kosovalı alban qadınlardır. İsveçrənin önəmli tibb mərkəzlərindən biri olan Bazel Universitetində aparılan araşdırma zamanı bəlli olub ki, əvvəllər əsla tələbatın duyulmadığı əməliyyat üçün indi türk və kosovalı alban xanımlar tərəfindən çox böyük maraq var. Belə ki, sözügedən əməliyyatla bağlı sadəcə Bazel Universitetinə 90 müraciət olub. Həmin müraciətlərin 60-ı əsasında himenoplastika əməliyyatı keçirilib.
Bazel Universitetinin professoru, qadın xəstəlikləri üzrə mütəxəssis Denis Dumon dos Santosun dediyinə görə, ölkədəki digər klinikalarda da bakirəliyin bərpası ilə bağlı aparılan əməliyyatlar nəzərə alınanda, artım “həddən ziyadə” sürətlidir.
Belə əməliyyatlara tələbat əsasən İsveçrənin alman dilində danışılan bölgələrində yaşayan türk və kosovolu alban xanımlar tərəfindəndir.
Aparılan araşdırmalara görə, xanımların bu əməliyyatlara əl atmalarının səbəbi yaşadıqları mühitdir: “Türk və alban xanımlar bakirə olmadıqları aşkarlanarsa, çox ciddi təhlükələrlə üzləşəcəklərini bildiklərindən himenoplastika əməliyyatını çarə kimi görürlər”.
İsveçrə Qadın Xəstəlikləri və Ginekologiya Cəmiyyəti (SGGG) kütləvi informasiya vasitələrində açıq məktubla çıxış edərək himenoplastika əməliyyatlarını məsləhət görmədiyini, həmin əməliyyatlara yalnız müstəsna ehtiyac duyularkən əl atılmasının gərəkdiyini bəyan edib: “Belə əməliyyatlar qadınlara qarşı düşmən münasibət və köhnə adət-ənənələrin dəstəklənməsinə xidmət edir”.
İsveçrə Sağlamlıq Sığortaçıları Birliyinin prezidenti Paul Reynin dediyinə görə, bakirəliyin bərpası əməliyyatı əslində qadınların könüllü seçimi yox, onların kişilərdən qorxduqları üçün son çıxış yoludur:
“17 qadın klinikasında belə əməliyyatlarla bağlı xərcləri sığorta şirkətləri ödəməli olub. Halbuki əslində sağlamlıqla bağlı problem yox, sırf adət-ənənələrlə bağlı əməliyyata görə sığorta təzminatının ödənməsi normal hal deyil”.
İranda da “qızlıq pərdəsinin bərpası” kimi cərrahi əməliyyat çox geniş yayılıb. Bu əməliyyatın standart qiymətinin isə 100 avro olduğu bildirilir. Lakin son zamanlar “çin möcüzəsi” kimi tanınan yeni texnologiya artıq kasıb ailələri üçün də “mümkünsüz olanı” mümkün eləyib. Belə ki, adıçəkilən ölkədə istehsal olunan və bəkarətini itirmiş qızların məlum orqanlarında gizlincə yerləşdirdikləri bu qurğu cinsi əlaqə zamanı qana oxşar maye ifraz edərək qızlıq pərdəsinin yırtılması imitasiyasını yaradır.

musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qazağın Mərkəzi Bazarı bərbad haldadır

    Qazağın Mərkəzi Bazarı bərbad haldadır ...

    20-11-2015, 18:38

  • 
  • Vurğun Əyyub kimi ola və ölə bilmək

    Vurğun Əyyub kimi ola və ölə bilmək ...

    26-09-2019, 15:03

  • 
  • AZƏRBAYCANDA RƏZALƏT! BAKIRƏLIYINI BƏRPA ETDIRIB ƏRƏ GEDƏN QIZIN FƏSADININ ÜSTÜ BELƏ ORTAYA ÇIXDI

    AZƏRBAYCANDA RƏZALƏT! BAKIRƏLIYINI BƏRPA ETDIRIB ...

    7-08-2017, 18:20

  • 
  • Bakıda məşhur bazarın keçmiş sahibi özünü asıb

    Bakıda məşhur bazarın keçmiş sahibi özünü asıb ...

    2-12-2017, 16:12

  • 
  • Paris yürüşünün pərdə arxası – Maraqlı foto üzə çıxdı

    Paris yürüşünün pərdə arxası – Maraqlı foto üzə ...

    13-01-2015, 17:46


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu