Bu yaxınlarda İspaniyadan Moskvaya deportasiya edilən “qanuni oğru” Zaxariy Kalaşov “sxodka”ya hazırlaşır. “Şakro” son 10-15 ildə “kriminal generallar”ın ən böyük “sxodka”sını keçirtmək istəyir.
Ehtimal olunur ki, burada bir neçə yüz “qanunçu” iştirak edəcək. Onlar həm nəhəng qanqsterlərin, həm də bütün klanlar arasındakı böyük mübahisələrin həllində hər şeyi öz yoluna qoyacaqlar. Qəbul edilən qərarlar xüsusi məktublar ( “malyava”lar) şəklində bütün həbsxanalara göndəriləcək.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Zaxariy Kalaşov (“Şakro”) 2014-cü il, oktyabrın 29-da azadlığa çıxdıqdan sonra əksər vaxtını Moskvada, öz kottecində keçirir. Hər gün ona onlarla “qanuni oğru” zəng vurub, görüşmək istədiklərini deyirlər. “Şakro” isə demək olar ki, heç kimlə görüşmür və bunu hələ işlərlə təzə maraqlanmağa başlaması ilə əlaqələndirir.
Mənbənin verdiyi məlumata görə, Kalaşov istisnanı slavyan kriminal qruplaşmasının iki ən yüksək liderinə qarşı edib: “qanuni oğru” Aleksey Petrov (Petrik) və Vladimir Tyurin (Tyurik). Həmçinin, Şakronun kottecində tez-tez “qanuni oğru”lar Yuri Piçuqin (Piçuqa), Vasili Xristoforov (Vasya Voskres) və Dmitri Çanturi (Miron) qonaq olurlar. Şakro ilə şəxsən görüşmək istəyən “qanuni oğru”lara gəldikdə isə, o, artıq yaxın zamanda böyük miqyaslı “sxodka” keçirmək istədiyini açıqlayıb.
Sorğu
Yeni dizaynımız necədir?