Rusiyada "Surik Andijanskiy" adı ilə tanınan erməni kriminal avtoritet Suren Tavadov "qanuni oğru" adından məhrum edilib. FaktXəbər bildirir ki, bu barədə "Praym Kraym" saytı məlumat yayıb.
Bildirilir ki, erməni avtoritetin kriminal titulunu "Şakro Maladoy" ləqəbi ilə tanınan nüfuzlu "qanuni oğru" Zaxariy Kalaşov əlindən alıb. Suren Tavadov bir neçə milyon dolları mənimsədiyi üçün "qanuni oğru" adını itirib.
Agentliyin məlumatına görə, Suren Tavadov 2004-ci ilin avqustunda postsovet məkanının əsas avtoriteti Aslan Usoyan (Ded Xasan) tərəfindən kriminal titul alıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?