GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Quba aeroportunun tikintisini Rusiya buna görə əngəlləyib...

Quba aeroportunun tikintisini Rusiya buna görə əngəlləyib...

Tarix: 21-11-2014, 02:14 Bölmə :Ölkə Baxış: 0
Quba aeroportunun tikintisini Rusiya buna görə əngəlləyib...

Deputat ABŞ-a və İsrailə reyslərin rentabelli ola biləcəyini iddia edir...


Parlamentdəki büdcə müzakirələrində çıxış edən Qubadan seçilmiş yəhudi əsilli deputat Yevda Abramov əslində sensasiya sayıla biləcək bir məlumat səsləndirdi ki, onda olan informasiyaya görə Rusiya tərəfi Qubada tikiləcək aeroportun inşasına etiraz etdiyindən bu iş yarımçıq dayandırılıb.

Moderator.az deputatdan bu barədə daha müfəssəl məlumat almaq üçün ona müraciət edib və aşağıdakı cavabı alıb:

"Mən kiməsə bu barədə rəsmi müraciət etməmişəm. Əgər hökumət üzvləri özləri büdcə müzakirələrində oturublarsa sorğu kimi demişəm ki, bu şayiə də ola bilər, xalqın arasında deyilən versiya da. Amma mən bunu sorğu kimi səsləndirdim ki, bu fikirlər nə dərəcədə düz ola bilər. Əgər biz işə başlamışıqsa, bir sıra insanlardan fərdi torpaq sahələrini almışıqsa, artıq planlaşdırma işlərinin bir hissəsi aparılıbsa, birdən-birə o iş niyə dayandırıldı? Hələ əlavə torpaqlar alınmalıdır. Çünki aeroport elə bir obyektdir ki, onun sahəsi hektarlarla olur. Plana düşən xeyli sayda ərazi var ki, onun sahibləri həmin torpaqlarla bağlı qərar verməkdə çətinlik çəkir ki, onu dövlət alacaq, ya yox. Təbii ki, mən millət vəkili olaraq bu məsələnin bütün nüanslarını bilmirəm. Amma bilmək istəyirəm."

Qubanın icra başçısının məsələdən nə dərəcədə hali olması barədə sualımıza da deputat birmənalı cavab vermədi:

"Onun da sadəcə mülahizələri var. İcra başçısı belə mülahizə yürüdür ki, aeroportun tikintisi investisiya planına salınıb, amma 2015-ci ilin Birinci Yay Avropa Oyunlarına görə bəzi obyektlərin hələlik tikintisi dayandırılıb.
Bildirim ki, Qubada aeroportun olması regionun əhalisinin və dövlətimizin marağındadır. Təbii ki, mən onun iqtisadi səmərəsinin bütün detallarını tam hesablamamışam, ancaq dəqiq bilirəm ki, həmin aeroport Zaqatala, Qəbələ və digər yerlərdə olan aeroportlardan daha rentabelli olacaq. Bİlirsiniz niyə? Ümumiyyətlə, biz bu gün təhlil aparsaq, AZAL-ın Bakı reyslərində uçan sərnişinlərin ölkənin hansı regionlarından olmasını ayırd etsək görərik ki, onların əksəriyyəti Quba və Şimal regionunun əhalisidir. Əsasən də Qırmızı qəsəbənin əhalisidir. Taleyin işidir. Bir hüzr düşəndə birdən-birə 150-200 nəfər təyyarə ilə uçub gəlirlər. Hətta bəzən elə olur ki, Moskvadan əlavə olaraq Bakıya reys verirlər. Bundan başqa həftədə və ya 15 gündən bir bir İsrail reysi olsa bu reys də özünü tam doğruldacaq. Hətta ABŞ-dan da həddindən çox adamlar gəlir. Bundan əlavə Quba regionunda həddindən çox yay-qış turizm komleksi var. Başqa bir misal. Hesablayın ki, Dərbənd-Mahaçqala yolu 130 kilometrdir. Amma Dərbənddən Qubada aeroport tikiləcək əraziyə cəmisi 52 kilometrdir. Yəni Rusiyanın həmin bölgəsinin bütün əhalisi gəlib ordan uçacaq. Məhərrəmkənd, Qasımkənd, o cümlədən Dərbəndətrafı bütün rayonların əhalisi Moskva-Quba reysi ilə uşacaq."

Deputatdan ondakı bu informasiyanın hardan qaynaqlandığıyla maraqlandıq və belə bir fikri dilə gətirməklə məlumatlı adam olmasına işarə etdik. Bildirdi ki, bu haqda danışmaq istəmir və bu barədə əlində rəsmi məlumat olmadığından nəsə deməsi doğru olmazdı:

"Sadəcə belə bir məlumat dolaşır. Ona görə də beynəlxalq konvensiyalara baxmaq lazımdır. Deyilir ki, guya hər hansı bir ölkənin sərhəddinə yaxın ərazidə belə obyektlər tikildikdə qonşu dövlətin razılığı olmalıdır. Bunun nə dərəcədə düzgün olduğunu deyə bilmərəm. Bunun üçün gərək aviasiya barədə aktları, konvensiyaları qurdalayasan. Amma mən sadəcə seçicilərimin narahatlığını parlamentdə hökumət üzvlərinin qarşısında ifadə etdim ki, aydınlıq gətirilsin."
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Yəhudi milyarderin deputat qohumu danışdı

    Yəhudi milyarderin deputat qohumu danışdı ...

    29-11-2013, 16:55

  • 
  • Deputat İranı kəskin tənqid etdi

    Deputat İranı kəskin tənqid etdi ...

    13-11-2013, 13:10

  • 
  • Deputat Tarif Şurasını və məmurları «topa tutdu» - VİDEO

    Deputat Tarif Şurasını və məmurları «topa tutdu» ...

    9-12-2016, 15:01

  • 
  • Milli Məclisin deputatı Yevda Abramov vəfat edib

    Milli Məclisin deputatı Yevda Abramov vəfat edib ...

    6-12-2019, 22:09

  • 
  • “Nazir bizimlə niyə oynayır?” - Millət vəkili

    “Nazir bizimlə niyə oynayır?” - Millət vəkili ...

    6-12-2013, 12:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (136)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu