Naxçıvanda dindarların kütləvi şəkildə saxlanılaraq polisə aparıldıqları bildirilir. Bu haqda “Azadlıq” radiosuna dindarların özləri məlumat verib. Onların dediyinə görə, bir müddət öncə başlayan həbslər son günlər daha da artıb. Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən dindar deyir ki, təqib olunmalarına səbəb dini cərəyanlardan biri ilə bağlıdır: “Hüquq-mühafizə orqanları birgə əməliyyat keçirirlər. Dindarları aparıb hələlik adı bizə məlum olmayan dini cərəyanla bağlı sorğu-sual edirlər. Demək olar ki, bütün dindarları aparırlar. Şübhələndikləri şəxsləri buraxmırlar. Dindar var ki, 4 gündür həbsdədir. Biz də oturmuşuq evdə, gözləyirik ki, nə vaxt gəlib aparacaqlar. Biz heç bir cərəyan tanımırıq, heç nədən də xəbərimiz yoxdur. Qurunun oduna yaş da yanır”. Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyindən isə dindarların saxlanmaları ilə bağlı səslənən iddiaları təkzib edirlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?