GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Müdafiə Nazirliyi ermənilərin vertolyot yalanına cavab verdi

Müdafiə Nazirliyi ermənilərin vertolyot yalanına cavab verdi

Tarix: 23-11-2014, 23:24 Bölmə :Ölkə Baxış: 0
Müdafiə Nazirliyi ermənilərin vertolyot yalanına cavab verdi

“Ermənistan Respublikasının hərbi-siyasi rejiminin helikopter hadisəsi ətrafında bir neçə gündür qaldırdığı ajiotaj elə bir həddə çatıb ki, artıq düşmən tərəfi xalqı sakitləşdirmək və dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün davamlı surətdə dezinformasiyaya əl atır, faktları qarışdırır və yalan yaymaqla hərəkətlərinə bəraət qazandırmağa çalışır”.

Bunu "Trend"in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Müdafiə Nazirliyi bir daha bildirir ki, vurulan Mi-24 döyüş helikopterinin və pilotlardan ikisinin qalıqlarının, o cümlədən birinin cəsədinin ərazidən çıxarılması üçün guya Ermənistan tərəfinin hansısa xüsusi əməliyyat keçirməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur, bu uydurmadır və erməni xalqının diqqətini yayındırmaq məqsədini güdür: “Tam əksinə, düşmən tərəfi son günlər Mi-24 döyüş helikopterinin vurulduğu ərazidə təxribat törətməklə gərginliyi saxlamağa və bu məsələyə bəzi beynəlxalq təşkilatları da cəlb etməyə cəhd göstərir. Azərbaycan tərəfi ilk gündən helikopterin qalıqlarının və ekipaj üzvlərinin cəsədlərinin ələ keçirilməsi və ya hər hansı başqa məqsədlə bu istiqamətdə heç bir addım atmayıb. Bildiririk ki, düşmən tərəfinin bu ərazidə “xüsusi əməliyyat keçirməsi” kimi absurd, uydurma və əsassız fikirləri qətiyyətlə rədd edir, həmin istiqamətdə ərazinin tam olaraq Silahlı Qüvvələrimizin nəzarətində olduğunu bəyan edirik”.

Aviasiya uçuşları üzrə hərbi mütəxəssislərin verdiyi məlumata görə, aviasiya uçuşları üzrə hərbi mütəxəssisləri tərəfindən erməni tərəfinin təqdim etdiyi videomateriallar ustalıqla hazırlanmış çox yaxşı videomontaj kimi qiymətləndirilir: “Pilotların ailələrinə hansı vəziyyətdə onların qalıqları da verilib - bunu da təsəvvür etmək çox çətindir. Aviasiya uçuşları üzrə hərbi mütəxəssislərin rəyinə görə, Mi-24 döyüş helikopterinin partlamasından və yerə çırpılmasından sonra oradakı cəsədlərin nə texniki, nə fiziki baxımdan, heç nəzəri cəhətdən də ictimaiyyətə göstəriləsi halda olması belə mümkün deyil.

Belə ki, 11 ton çəkisi olan, saatda 250 km sürətlə yerə çırpılan helikopterdən düşən cəsədin də videoda təqdim olunan formada qalması texniki cəhətdən mümkünsüzdür. Fiziki cəhətdən isə insan bədəni yanarkən bədən üzvləri xeyli dərəcədə deformasiyaya uğrayır. Odur ki, erməni tərəfinin guya Mi-24 döyüş helikopterinin ekipaj üzvünün cəsədi kimi təqdim etdiyi və elə düz formada videoda əks olunan kimi uzanaraq həlak olması da qeyri-mümkündür. Yəqin ki, bunu az-cox biliyi olan patoloqoanatomlar da təsdiq edər”.

Mütəxəssislərin fikrincə, təqdim olunan ekipaj üzvlərinin geyim formaları Mi-24 döyüş helikopterinin ekipajına aid olması da çox şübhəlidir və müəmmalı suallar doğurur: “Nümayiş etdirilən paraşütün qalıqları da aviasiya mütəxəssisləri tərəfindən birmənalı və ciddi qarşılanmır. Texniki baxımdan “İqla” daşınan zenit raket kompleksi ilə vurulduqdan sonra baş verən partlayış nəticəsində cəmi 3-4 saniyə yanaraq yerə düşən və zərbədən tam dağılan Mi-24 helikopterin ekipajının qərar qəbul etməsi, hazırlaşması, paraşütlə tullanması və paraşütün ermənilərin təqdim etdiyi görünüşü vəziyyətində qalması nə nəzəri, nə praktiki, nə də fiziki baxımdan mümkün deyildir. Paraşüt özü tezalışan, dərhal yanan kapron materialdan hazırlandığından yüksık dərəcədə yanğın olan zaman onun videoda görünən formada qalması da şübhəlidir. Buradan isə bir nəticə çıxarmaq olar - ermənilərin təqdim etdikləri foto-video görüntülərin helikopter hadisəsi ilə heç bir bağlılığı yoxdur”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Müdafiə Nazirliyi ermənilərin meyitləri götürməsi xəbərinə açıqlama verdi

    Müdafiə Nazirliyi ermənilərin meyitləri götürməsi ...

    22-11-2014, 21:16

  • 
  • Ermənistandan helikopter yalanı - "Əməliyyat keçirdik və..."

    Ermənistandan helikopter yalanı - "Əməliyyat ...

    22-11-2014, 21:22

  • 
  • Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib - Müdafiə Nazirliyi

    Son günlər Ermənistan tərəfi 4-5 hərbi ...

    17-09-2018, 14:18

  • 
  • Müdafiə Nazirliyi "Düşmən növbəti hiyləyə əl atıb"

    Müdafiə Nazirliyi "Düşmən növbəti hiyləyə əl ...

    29-07-2017, 16:43

  • 
  • Düşmən tərəfi razılaşmanın şərtlərini növbəti dəfə pozmağa çalışır

    Düşmən tərəfi razılaşmanın şərtlərini növbəti ...

    18-04-2016, 23:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu