ABŞ müdafiə naziri Çak Heygelin istefa verməsi İŞİD tərfdarları tərəfindən alqışla qarşılanıb. İŞİD-ə qarşı hərbi əməliyyatları uğursuz hesab edən bir çox Amerika yetkilisi onu tənqid edirdi. Qeyd edək ki, 68 yaşlı Heygel Resbuplikaçılar Partiyasının üzvüdür. O, Demokratlar Partiyasından olan Barak Obamanın komandasında olan yeganə yüksək vəzifəli respublikaçı idi. Hələ ki, yeni müdafiə naziri təyin olunana qədər o, öz vəzifəsini icra etməkdə davam edəcək. “Al Arabiya” televiziyası qeyd edir ki, Pentaqon şefinin istefası İŞİD tərəfdarlarını xeyli ruhlandırıb. Onlar “Twitter”də mikrobloq yaradaraq ABŞ müdafiə nazirinin istefasını müzakirə edirlər. Ərəb dilində gedən bu müzakirələrin ana xətti ondan ibarətdir ki, məhz İŞİD-in hərbi məharəti cənab Çak Heygeli istefa verməyə məcbur edib. Prezident Obamanı İŞİD qarşısında iflasa uğradığını iddia edənlər də çoxdur. Dünyada ən böyük terror təşkilatı olan İŞİD bəzi hesablamalara görə, 2 milyard dollara sahibdir. Girovların satışındansa 35-40 milyon dollar əldə edə bilib. İŞİD əlində olan vəsaitlə məharətlə davranaraq İraq və Suriyada eyni vaxtda hərbi əməliyyatlar keçirə bilir.
Sorğu
Yeni dizaynımız necədir?