Avstraliya Suriyada İŞİD-ə qarşı ilk hücumları reallaşdırıb.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliya İŞİD hərbi məntəqələrinə aviazərbələr endirib. Ölkənin müdafiə naziri Kevin Andrews əməliyyatın bir neçə gündür ki, davam etdiyini bildirib. Nazir əməliyyat barədə daha ətraflı parlamentdə danışacağını qeyd edib.
Hücum zamanı İŞİD-ə məxsus hərbi maşın və silahlar məhv edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?