GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ərini öldürüb, baltanı atasının əlinə verdi: “Sənin bala bacını…”

Ərini öldürüb, baltanı atasının əlinə verdi: “Sənin bala bacını…”

Tarix: 26-11-2014, 01:21 Bölmə :Ölkə Baxış: 0
Ərini öldürüb, baltanı atasının əlinə verdi: “Sənin bala bacını…”

“Türmə əhvalatları” layihəsində



Onu kimin ürəyi necə istəyirdisə, elə də çağırırdı: “Qoca”, “Avara”, “Gic”, “Yazıq”,”Lapux” və sair...



Onun isə dünya qulağına deyildi. Bütün günü 10 saylı CÇM-in həyətində gəzir, divar boyu əllərini sürtür, “buranın qapısı hara açılır?” - deyirdi. O bilmirdi ki, bu divarların o tayında da daha möhkəm, üstü tikanlı məftillərlə qurşaqlanmış daha böyük divar var və bu iki divarın aralığındakı təmiz şumlanmış yumşaq torpağa ayaq basmaq belə qadağandır. Quş qonanda ayaq izləri qalan bu ərazini keçmək sıldırım qayalıqları keçməkdən daha qorxulu, daha təhlükəlidir.



Sənin bala bacını...



O, doğurdan da, yazıq adam idi. Bura gələli heç görüş otağı tərəfə də keçməmişdi. Görüş otaqları olan yer azadlıqla türmənin neytral zonası idi sanki. İstər-istəməz adam burada özünü rahat hiss edə bilirdi. Çölün havası vardı burada, o isə bunu bilmirdi. Bu əraziyə, görüş yerinə girmək üçün buraxılış məntəqəsi vardı. Həmin buraxılış məntəqəsindən, demək olar ki, hər gün bir neçə dəfə o biri tərəfə keçmək istəsə də, nəzarətçilər onun “burnuna vurub” geri qaytarırdılar. Bu qoca, ayaq üstə dura bilməyən, kiminsə ona bağışladığı həddindən artıq böyük olan ayaqqabını barmaqlarının ucunda sürüyən yazıq və kimsəsiz adama çoxlarının yazığı gəlirdi. Hər kəs ona diqqət kəsilmək istəyirdi. Heç kəs ondan iyrənmirdi. Baxmayaraq ki, boynunda, başında bit, sirkə az qala rəqs edəcək dərəcədə oynaşırdı. Arada əli ilə bədənindəki biti, sirkəni tutur, barmaqlarının arasında sıxıb öldürür, yerə atır, döyürmüş kimi təpikləyir, “abrını alır”, onlara latayır deməkdən belə çəkinmirdi:



- Sənin bala bacını...



Eşidənlərin gülüşü ətrafa yayılırdı.

Məsələ onda idi ki, o təkcə biti, sirkəni, yay axşamları səsi ətrafı bürüyən cırcıramaları, cəza evinin həyət-bacasında fır-fır fırlanan pişikləri yox, elə gözünə pis dəyən, ona qıcıq verən adamları da söyürdü:

- Sənin...



Deyin, gəlib səfehlərinə yiyə çıxsınlar



Ondan heç kəs incimirdi. Çalışırdılar ki, onun qəzəbinə tuş gəlməsinlər. Bir az uzağa gedib, onunla zarafat etmək istəyən əhl üzvləri də var idi:

- Nəynən, ədə, hələ bir de görək...



Ürəkdən gülürdülər. O isə heç nə olmurmuş kimi yenə də səmə kimi gəzirdi. Üzünün təmiz olan, köynəyinin yuyulan, şalvarının tozdan-torpaqdan təmizlənən vaxtları da olurdu. Ayaqyoluna da getməzdi, kiçik təbii borcunu cəza müəssisəsinin meydanında gəzə-gəzə versin. Elə bir ağac dibi yox idi ki, sərgərdan köpək kimi onun dibini sulamayaydı.

Arada türmə işçilərinin qəzəbinə tuş gələrdi. Qışqırardılar:

- Talışlara deyin, gəlib səfehlərinə yiyə çıxsınlar.



Qoca Astaradan idi. Çox vaxt da talışca danışardı, söyüş söyərdi. Rus dilində də gözəl bilirdi. Amma yazıq idi, kimsəsiz idi, yaxşı ki, əhllərinin uşaqları ona sahib çıxardılar. Az olmamışdı başqa əhlin “yekəbaşları”, qocanı tanımayan təzə dustaqlar onun söyüşünə tab gətirməyib zor tətbiq etmək istəsinlər. Belə məqamlarda talış balaları sinələrini qabağa verərdi, onu müdafiə edərdilər, durumu başa salardılar; necə də olmasa onların adı idi.

Qocanı “Xan” deyə çağırırdılar. Əsl adı isə Xanoğlan idi. Yoxlamalarda heç vaxt olmazdı. Daha doğrusu, sırada durmazdı. İnsanların qarşısından keçər, dustaqların adlarını oxuyan zabitlərin yanında durar, kartoçkalardan adları oxuyurmuş kimi zabitlərin əlinə tərəf boylanırdı.

Bir də gördün, uniformada olan türmə işçilərinin qarşısında dayandı:

- Məni niyə saxlamısız, buraxın, gedim.

Ona fikir verməyib, ehmalca itələyib keçən zabitlərin ardınca:

- Sənin..., sənin...



Zabitlər Xanı eşitməzliyə vururdular.



Nemes əfserinə oxşeyır e



Rəis müavini Vəli Şirinov çox vaxt səhər yoxlanışında özü də iştirak edirdi. Hündürboy, yaraşıqlı zabit idi. Onun haqda bir neçə dəfə bəhs etmişəm. İşinin öhdəsindən bacarıqla gələn biriydi. Məhbuslardan çox nəzarətçilər və başqa zabitlər ondan çəkinərdi. Bir dəfə səhər yoxlanışı zamanı Vəli müəllim adəti üzrə dayanıb yoxlamanı seyr edirdi. Xan da adətinə xilaf çıxmamışdı; sıranın qarşısında ayaqqabılarını sürüyərək gəzirdi. Vəli müəllimə yaxınlaşdı, qarşısında durub gözünü qırpmadan diqqətlə baxdı. Əlini kürəyində çarpazladı, rəis müavinin arxasına keçdi, yan tərəfdən baxdı. Gözlərini qıydı, əlini günlük edib qaşının üstünə qoydu, yenə də baxdı. Sıranın qarşısında duran dəstə rəisləri Xana him-cim etdilər ki, kənara çəkilsin. Xan heç kəsə fikir vermədi, Vəli müəllim isə durmağında davam etdi, heç qımıldanmadı da. Sırada olan 1000 nəfərdən artıq dustağın marağı, zabitlərin səslərini içinə çəkib durması heç də xoşa gələn olaydan xəbər vermirdi. Rəis müavini ehmalca geri dönüb kabineti yerləşən korpusa tərəf addımladıqda Xan onun ardınca farağat komandası alıbmış kimi bir neçə əsgəri addım atıb dayandı, sağ əlini yuxarı qaldırıb uca səslə qışqırdı:



- Hayl, Hitler!



Vəli müəllim onun bu hərəkətini görməsə də, səsini güman ki, eşitdi. Rəis müavini yox olan kimi zabitlərin də dodaqları qaçdı. Dustaqların gülüşü isə çoxdan divarları aşıb o üzə, azadlığın olduğu tərəfə adlamışdı.

Xan bu gülüşdən “payını götürdü”, gözlərində sevinc vardı, hamının eşidəcəyi səslə:

- Nemes əfserinə oxşeyır e, düm-düz durur...



Söyüş söymədi bu dəfə...



Bir dəfə də CÇM-in rəisi Ədliyyə polkovniki Fikrət İsmayılovun qarşısını kəsib əsəbi halda:



- Ədə, sənin... burda məni niyə saxlamısan, ədə? Nə etmişəm sənə, dədə balası, burax minim avtobusla gedim xarabama, - demişdi.



Rəis iri addımlarla tez uzaqlaşmışdı.



Bu qırışmalı görəndə öz dərdimi unuduram



Xana ən çox lənkəranlı Sulduz diqqət ayırırdı. Sulduz sürücü idi. Öz şəxsi avtomobilində Lənkəran-Bakı marşrutu ilə sərnişin daşıyarmış. O, tiryək istifadəçisi kimi həbs olunmuşdu.

Tanışlığımızın ilk günlərində ondan:



- Necə oldu həbs olundun, - soruşdum.

Qısaca danışdı:

- Gündə iki dəfə Bakıya gedib-gəlirdim. Pul lazım idi mənə. Böyümüş 3 qızım vardı. Elçilər qapının ağzını kəsmişdi. Cehizlərini almalı idim. Ona görə də gecəmi, gündüzümü yollarda keçirirdim. Hər gün bir çimdikdən də az qəbul edirdim. Yorğunluğumu çıxarırdım. Kimdən ki mal alırdım, o məni satmışdı.

Sulduz bir dəfə mənimlə söhbətində Xanı göstərib çox yanıqlı halda dedi:

- Bu qırışmalı görəndə öz dərdimi unuduram. Necə də olmasa, adımızdı.



Sonra da əsəbi halda ünvansız söyüşlər söyüb, əlavə etmişdi:

- Bunun nəyini tuturdular axı, yaşı da çoxdur, özü də dəli. Heç olmasa, bunu nəzərə alaydılar...



Xanı əhl uşaqları az qala sürüyə-sürüyə hamama aparırdılar. Ayaqlarını yerə dirəyib uşaq kimi ağlayırdı, çimmirəm, deyirdi. Sulduz deyirdi ki, onun üzünü də mən qırxıram. Ta məndə bir şey qoymayıb. Ana-bacı söyür, neynim axı? – Sonra da ürəkdən gülüb, sən öl, bir dəfə “apartaçenni”lərdən birinə 2 “şirvan” verdim, dedim, alə, bu kişi bizi yağlayır, gir hamamda yanına, görək sənə bir şey edə biləcək? Bu da gedib, qocaya deyib ki, bəs mən şərəfli adamam, pulumu almışam, sən gəl, mənə heç olmasa toxun. Xanın əlinə dəmir tas keçib, götürüb vurub o “üzdəniraq”ın başına... Sən ölməyəsən, 200 dollar xərcimiz çıxdı, əhlin qara gün üçün yığılan puldan verdik...



Sulduz bu hadisəni elə ürəkdən danışıb gülmüşdü ki!



Xanın oğlunu gəlini öldürüb



- Bəs yaxşı bu binəvanın günahı nədir? Niyə həbs olunub? – maraqlanmışdım.

Sulduz da eşitdiklərini demişdi:

- Danışırlar ki o, guya oğlunu öldürüb. Balta ilə başından vurub.

Xan 8 il azadlıqdan məhrum edilmişdi.

Sulduz deyirdi ki, əslində Xan oğlunu öldürməyib. Xanın oğlunu gəlini öldürüb. Deyilənlərə inansaq, gəlinin görüşdüyü adam varmış, yəni ərinə xəyanət edirmiş. Xan da nə qədər xəstə olsa da, gəlinin yanına gələn adamı evindən qovurmuş. Hay-küy salırmış. Gəlini söyürmüş, döyürmüş. Axır ki oğlu da hadisədən xəbərdar olur. Xanın dediklərinə əvvəl inanmasa da, sonradan ip ucu tutub. Arvadından şübhələnib. Aralarında mübahisə düşüb. Qadın ərini balta ilə öldürüb. Sonra da baltanı verib qayınatasının əlinə. Qayınata əlində balta gəlini qatıb qabağına ki vursun, oğlunun qisasını alsın. Gəlin hay-küy salıb, qonşular səsə gələndə, oğlanı ölmüş görüblər... Gəlinin həyatını xilas ediblər...



Xan beləcə həbs olunmuşdu.



Faiq Balabəyli

axar.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Onun təfəkkürü gic-gic şüarlardan o tərəfə keçə bilmirdi" - gənc yazar Xəlil Rza Ulutürku aşağıladı

    "Onun təfəkkürü gic-gic şüarlardan o tərəfə ...

    14-01-2018, 16:33

  • 
  • "Yəni Lotu Bəxtiyarın tutduğu yol düz deyildi?.." - Türmə

    "Yəni Lotu Bəxtiyarın tutduğu yol düz ...

    28-10-2014, 12:28

  • 
  • Bakıda bacı-bacını bıçaqladı

    Bakıda bacı-bacını bıçaqladı ...

    5-08-2013, 11:56

  • 
  • Bakıda ŞOK OLAY: 2 bacını zorladılar

    Bakıda ŞOK OLAY: 2 bacını zorladılar ...

    8-04-2021, 13:37

  • 
  • Ukrayna Saakaşvilini tikanlı məftillərlə qarşılayacaq

    Ukrayna Saakaşvilini tikanlı məftillərlə ...

    10-09-2017, 11:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu