Ukraynanın “Krakovets” sərhəd buraxılış nəzarət məntəqəsində tələm-tələsik tikanlı məftil hasarı çəkilir.
Virtualaz.org Kiyevdə çalışan jurnalist Denis Kazanskinin “Facebook” səhifəsində yazdıqlarına istinadən xəbər verir ki, bunun səbəbi sabah yerli vaxtla saat 14-də (Bakı vaxtı ilə saat 15-də) Polşadan Ukraynaya keçmək istəyən Mixail Saakaşvilinin qarşısını almaqdır. Bildirilir ki, sərhəddə Saakaşvilinin ölkəyə daxil olmasına maneçilik törədilərsə, kütlə hücum edərək sərhəd məntəqəsini ələ keçirməyə çalışa bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?