GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Tanınmış müğənni qadın al-veri ilə məşğuldur?

Tanınmış müğənni qadın al-veri ilə məşğuldur?

Tarix: 29-11-2014, 23:16 Bölmə :Ölkə Baxış: 0
Tanınmış müğənni qadın al-veri ilə məşğuldur?

Əksəriyyətin "Lider” telekanalında yayımlanan "Ekstra hiss” yarışmasından tanıdığı ekstrasens-baxıcı Lamiyənin müsahibəsini təqdim edirik:

- Lamiyə xanım, nə vaxtdan özünüzdə bu gücü hiss etdiniz?

- Bu istedad məndə lap uşaqlıqdandır. Atamda da vergi var, güclü seyid nəslindənik.

- Neçə yaşınız var?

- Yaşımı neyləyirsiniz?..

- Yaşınızla bağlı suallarım olacaq...

- Yaşın məsələyə heç bir dəxli yoxdur.

- Bu işə neçə yaşdan başlamısınız?

- Hə, bu başqa məsələ... 12-13 yaşımda hiss etdim ki, məndə bu bacarıq var. Halbahal olurdum, nə baş verdiyini başa düşmürdüm, əlimin üstündə şiş əmələ gəlirdi. Həkimə apardılar, çarə tapılmadı. Sol əlimin üstündə xaç işarəsi var. Mən bunu işlətmədiyim üçün enerji yığını əlimdə şişlər əmələ gətirib. Bədxassəli şişdən söhbət getmir. Hər iki əlimin üstündə şişlər əmələ gəldi. Maraqlısı odur ki, həkimə gedəndə həmin şişlər yolda partlayırdı. Sonra başa düşdük ki, bu nədir. Məni çox güclü bir baxıcının yanına apardılar. O adam burada yaşamırdı, İsraildən gəlmişdi, yaşlı qadın idi. Dedi ki, qızım, səndə filan nişanələr var, əllərində güclü biotok mövcuddur və sən gücündən istifadə etməlisən ki, bu şeylər səndən uzaqlaşsın. Amma mən həmin biotoklardan istifadə etmədim. Dedim ki, o vaxt istifadə edəcəyəm ki, mənə ya yuxuda, ya reallıqda vergi verilsin.

- "Lider” telekanalındakı "Ekstra hiss” yarışmasına neçənci ildə qatılmışdınız?

- 2011-ci ildə.

- Ondan sonra sizi daha çox tanımağa başladılar?

- Təbii ki, ondan sonra efir məkanına daha çox çıxdım.

- Tanınandan sonra qiymət artımı oldu?

- Əlbəttə, oldu.

- Bu sahədə minimal qiymətlər neçədən başlayır?

-Elə adam var ki, üç manata da baxır. Beş yüz manata da baxanlar var.

- Sizin üç manata baxdığınız olub?

- Heç vaxt elə şey olmayıb. Lap yeni başlayanda da elə qiymətə baxmamışam.

- Bəs minimum qiymətiniz neçədən başlayır?

- (gülür) O vaxta görə 20 manatdan.

- Bəs indi?

- (əvvəlcə etiraz etsə də, sonra cavab verir - İ.V.)Qəbulumun qiyməti əlli manatdır.

- Falçıyla ekstransensin fərqi nədir?

- Heç bir fərqi yoxdur, hər ikisi həm də fal açır. Sadəcə, falçılar daha çox kartla baxırlar, ekstrasens isə ekstra gücə malik insandır. Ekstrasens insanın üzünə baxaraq, məlumat verə bilər.

- Deməli, siz ekstrasenssiniz?

- Bəli. Mənim istifadə etdiyim "taro” kartları var, bu, adi oyun kartları deyil.

- Özümlə bağlı sizə bir sual verəcəyəm. Təbii ki, bu, bir eksperimentdir. Sizcə, mənim neçə yaşım var?

- Gələrdiniz, mən baxardım da.

- Üzbəüz olsaq, bir yaş aşağı, bir yaş yuxarı, biləcəksiniz də... Yaxşı, onda mənimlə bağlı şablon olmayan bir fikir deyin.

- Gərək yanıma gələsiniz.

- Belə mümkün deyil?

- Yox, yox. İnsanın xəstəliyi olanda da onu iyləyərək deyirəm. Axı sizi yaxından tanımıram.

- Tutaq ki, birində vərəm xəstəliyi var. Ondan nə iyi gəlir?

- O qoxunu mən sizə izah edə bilmərəm. Çünki özünəməxsus olan bir qoxudur. İyləyərək hiss edirəm ki, insanın hansı nahiyədə ağrıları, problemləri var. Əgər həkimlikdirsə, həkim yanına göndərirəm. İnsan özünü iynələrlə, dərmanlarla zəhərləmək istəmirsə, boynuma götürürəm.

- Müxtəlif vasitələrlə baxan baxıcılar, ekstrasenslər var. Biri noxudla baxır, biri üzüklə, hətta eşitdiyimə görə, qatıqla da baxırlar. Sizdə əsas vasitə nədir?

- Özündə güclü magik güc daşıyan daşlarım var. Onlardan istifadə edirəm. İnsanların xəstəliyini də müəyyən edirəm, onun barəsində informasiya da verirəm. Özüm "İncil”lə, "Tövrat”la baxıram. Amma "Quran”a qətiyyən əlimi vurmuram. Çünki hiss etməmişəm ki, mənə "Quran” vasitəsilə nəsə gəlsin. Digər kitabları açanda həmin insan haqqında informasiyalar alıram.

- Təkcə bu üsulla baxırsınız?

- Tək bu üsul deyil, müxtəlif üsullarla baxıram.

- Qəbul etdiyiniz din də ya yəhudi, ya xristian olar....

- Yox, yox İslam dinini qəbul edirəm. Amma digər üç dinin də gücü məndə var.

- Sosial şəbəkədəki profilinizdə xristianlığa və yəhudiliyə aid fotolar daha çoxdur...

- Dediyim kimi, sol əlimin üstündə xaç var və xaçpərəst üsulu ilə müalicəni yaxşı bilirəm. O vaxt İsa peyğəmbər də ölüləri dirildər, xəstəlikləri sağaldar, insanın bədənindəki cinləri, qara qüvvələri uzaqlaşdırardı. Məndə xristian ruhu da, gücü də var. Digərlərindən tam fərqli baxıram.

- Gördüyünüz işin günah olduğunun fərqindəsiniz?

- Yox, əgər bir iş kosmos qanununu pozmursa, heç bir günah yoxdur. Kosmos qanunu Allahın qanunu deməkdir. Deməli, bu, günah deyil. Vaxtilə saqqalının tükü vasitəsilə Peyğəmbərimizə cadu olunmuşdu. İxlas və Nas surələri də məhz bunun üçün yaranıb ki, cadu təmizlənsin.

- Özünüz cadu edirsiniz?

- Mən heç kimə pislik etmirəm. Sadəcə, bəzən iki ailəni birləşdirmək üçün qara işdən yapışmağa məcbur oluram.

- Tutaq ki, qadın gəlir deyir, mən filan kişiyə ərə getmək istəyirəm. Belə?

- Yox, elə deyil.

- Bəs, iki ailəni birləşdirmək necə olur?

- Ola bilər ki, yanlış dedim. Ailədə söz-söhbət olur, qadın gəlir ki, kişi belə bir vəziyyətdədir, yaxud da əksinə. Əgər ailəyə magik müdaxilə varsa, mən onu təmizləyib, ailəni birləşdirirəm.

- Sizcə, bu dəqiqə Azərbaycanda ən güclü ekstrasens, falçı kimdir?

- Efir məkanında olanların heç birini güclü hesab etmirəm. Bölgələrdə yaxşı baxıcılar, ekstrasenslər var.

- Gün ərzində neçə müştəriniz olur? Məsələn, dünən neçə nəfər gəlib?

- Məhərrəm ayı olduğuna görə insanların içində bir qorxu var. Düşünürlər ki, bu ayda baxdırsam, günaha bataram. İndi ona görə bir az zəifdir.

- Deməli, məhərrəmlik təkcə müğənnilərin yox, sizin də işinizə təsir edirmiş...

- Əlbəttə. Gün ərzində 15-20 nəfər gəlirsə, indi 6-7 nəfər olur.

- Ailəlisiniz?

- Yox.

- Ümumiyyətlə, ailəli olmusunuz?

- Xeyr.

- Bilsəydiniz ki, kimsə sizi caduyla, falçıyla kiməsə ərə vermək istəyir,bu, sizin özünüzə xoş olardı?

- Əlbəttə, xoş olmazdı.

- Sizin yanınıza da belə insanlar gəlir axı...

- Mən heç vaxt güclə kimisə birləşdirmirəm. Əgər bu qızın taleyində o oğlan varsa, birləşdirirəm.

- Əgər bu qızın taleyində o oğlan varsa, daha sizə nə ehtiyac?

-Gəlirlər yanıma, mən baxıram. Əgər qızın yolunun üstündə bəxt bağlılığı varsa, bəxtini açıram. Bəxti də, taleyi də verən Allahdır. Mən yolun üstündəki maneəni götürürəm, insanlar birləşirlər.

- Niyə cadugərlər, falçılar, ekstrasenslər çətinliyə düşən kimi dindən sitat gətirməklə canlarını qurtarmağa çalışırlar? Sizdə də bunu hiss etdim.

- Bəzi insanlar düzgün sitatlar gətirirlər, amma bəziləri düzgün demirlər. Mən təkcə "Quran”a istinad etmirəm. Həm də parapsixoloji cəhətdən də çox açıqlamalar verə bilərəm.

- İbadət edirsinizmi?

- Yox. Allaha ibadət etmək təkcə namaz qılmaqdan ibarət deyil ki. Allaha ibadət Ona xoş gedən hərəkətlər etmək, kiməsə əl tutmaqdır.

- Heç mən də namaz qılmıram, sadəcə, soruşdum. Hər halda din adından belə bəlağətli danışırsınız. Soruşmaq istədiyim başqa məqam var. Geyim tərziniz yetərincə müasirdir, hətta səhnə adamlarının tərzini xatırladır. Bu tərzin işinizə müsbət tərəfi var, yoxsa sırf zövqünüzlə bağlıdır?

-Yox, zövqlə bağlıdır. Elə olur ki, qapalı da geyinirəm, qara rənglərə üstünlük verirəm. Amma özüm rəngarəngliyi sevirəm. Kimisə qəbul edəndə ciddi geyinirəm. Çünki mənim qəbuluma kişi xeylaqları da gəlir. İstəmirəm ki, kiminsə fikir başqa istiqamətə yönəlsin.

- Qəbulunuza gələn olanda hicab geyinirsiniz?

- Yox, sadəcə, qapalı geyinirəm.

- Adi həyatda isə daha açıq geyinirsiniz...

- Daha elə də yox da. Siz də elə danışdınız ki... Mən maşında gedib gəlirəm, çöldə insanların içərisində gəzmirəm ki.

- Avtomobili özünüz idarə edirsiniz?

- Bəli. Səhnənin səhnə, küçənin küçə geyimi var və geyimimə çox diqqət edirəm.

-Yanınıza sənət adamları da gəlirlər?

- Əlbəttə ki. O qədər...

- Ən çox nə ilə bağlı müraciət edirlər?

- Gəlib deyirlər ki, mən irəli getmək, tanınmaq istəyirəm.

- Kömək edə bilirsiniz?

- Kömək etmişəm.

- Məsələn, kimə kömək etmisiniz?

- Ad çəkə bilmərəm. Ad çəksəm, heç kim yanıma gəlməyəcək.

- Qadınlar daha çox gəlir, yoxsa kişilər?

- Qadın müğənnilər daha çox gəlirlər.

- Yəqin ki, sənət adamları daha çox pul ödəyirlər qəbula düşmək üçün.

- Qəbulun qiyməti olduğu kimi qalır. Təbii ki, maddi durumunda problemi olanlara güzəşt edirəm.

- Son 3-5 ildə kimlərin tanınmağında rolunuz olub?

- Elə yaxın 5-6 ayda da olub ki, kömək etmişəm, qabağa gediblər.

- Düzdür, yaşınızı demədiniz, amma gəncsiniz. Əyləncə mərkəzlərinə gedirsiniz?

- Yox, elə yerlərə heç vaxt getməmişəm və sevmirəm. Görünüşüm elə deməsə də, sevmirəm.

- İçki, siqaret kimi vərdişləriniz var?

- Qətiyyən.

- Sizcə, Həsən Həsrətli necə ekstrasensdir?

- O insanı tanıyıram, yaxşı ekstrasensdir.

- Aqil necə?..

-(düşünür) Bilmirəm, tanımıram və o barədə danışmaq da istəmirəm.

- Sizin işiniz hansı aylarda daha yaxşı gedir?

- Məhərrəm ayından başqa hamısında daha yaxşı olur.

- Xüsusi aylar varmı ki, daha rahat məşğul olursunuz, baxırsınız?

- Məsələn, həftənin hansısa günündə çox gözəl informasiya axını olur. Özüm də təəccüblənirəm. Bəzən də informasiya axını zəif olur, baxmaq istəmirəm. Hər dəfə bir vaxta təsadüf edir. Yəqin, o da planetlərin dəyişməyinə görədir.

- Tanınmışlardan rəfiqəniz var?

- Yaxınıma belə buraxmıram.

- Niyə?

- Çünki hamısı bir-birinə paxıllıq edir.

- Bir-birlərinə edirlər də, sizə etmirlər ki...

- Kişilər arasında da belələri çoxdur.

- Şou aləmi ilə bağlı bir sual verəcəyəm. Ad çəkməsəniz də olar. Elə bir insan varmı ki, çox pis işlərlə məşğuldur, amma camaat onu çox yaxşı insan kimi tanıyır? Hətta insanlar bilsələr, ona nifrət edərlər...

- Bəli var, amma bunlar elə şeylərdir ki, deyə bilmərəm.

- Bildiklərinizdən ən dəhşətlisi nədir?

- Məsələn, bu dəqiqə məşhurlardanbiri qadın alveri ilə məşğul olur. Özü də ki, yaşlı nəslin nümayəndəsidir. Bu, sadəcə, dəhşətdir.

- Müğənnidir?

- Əlbəttə... Belələrinin arasında yaşlısı da var, cavanı da. Ekstrasenslərin içərisində də bir nəfər beləsi var. Kişidir. Bu sözü deməyə də qorxmuram, özünə də demişəm.

- İstəyirsiniz adını da deyin...

- Yox, özünə demişəm, bəsdir.

- Kişi müğənnilərdən də beləsi var?

- Bəli, kişilərdən də qadın alveri ilə məşğul olanı var.

- O da müğənnidir?

- Aktyoru da var, müğənnisi də, televiziya işçisi də.

- Ekstrasensə ərə gedərsiniz?

- Yox, getmərəm.

- Niyə? Bir-birinizin sirrini biləcəksiniz, ona görə?

- Təklif də olub, amma getməmişəm. O zaman enerji toqquşması gedir.

- Müğənni olsa, necə?

- Qətiyyən. Müğənnilərə nifrət edirəm.

-Hava şəraiti sizin "baxmağınıza” mane olurmu? Məsələn, yağışlı hava olanda internet pis tutur. Bəs belə hava sizin fəaliyyətinizə mənfi təsir edirmi?

- Yox, ekstrasens kimi baxmağa mane olmur. Amma hava şəraiti qarlı, buzlu olduqda müştərilərin gəlməyində problem yaranır. Hissi qabiliyyətimə heç bir maneə törətmir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İsmayıllıda zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəlib

    İsmayıllıda zəlzələ nəticəsində evlərdə çatlar ...

    14-12-2016, 22:15

  • 
  • İki rayon arasına otlaq üstündə kütləvi dava: ölən var - (Fotolar)

    İki rayon arasına otlaq üstündə kütləvi dava: ...

    11-10-2013, 13:31

  • 
  • Əfqanıstanda baş verən güclü zəlzələ Azərbaycanda da hiss olundu

    Əfqanıstanda baş verən güclü zəlzələ Azərbaycanda ...

    26-10-2015, 17:29

  • 
  • Bakı bulvarında qız üstündə  kütləvi dava: yaralılar var

    Bakı bulvarında qız üstündə kütləvi dava: ...

    15-07-2013, 13:25

  • 
  • "4 saat qayıqda, yarım saat suyun içində gözlədim" - Qazmaçı

    "4 saat qayıqda, yarım saat suyun içində ...

    6-12-2015, 17:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu