Biləsuvarda əri ölmüş qadının hətta hüquq-mühafizə və ədliyyə orqanları da vərəsəlik hüququnu tanımaq istəmirlər. Mülkiyyətin hüququ insanın ən kutsal hüquqlarından biri bəlkə də birincisidir. Bu hüququn qorunması prinsipləri Azərbaycan Respublikasının əsas qanunu olan konstitusiyada da təsbit olunub. Amma gəlin görək vətəndaşlarımızın mülkiyyət hüququ nə dərəcədə qorunur. Müşahidə olunmuşdur ki, ölkəmizdə bu müstəvidə heç də hər şey qaydasında deyil. Mülkiyyət mübahisələri və onunla bağlı hüquqpozmalar barədə çəkişmələr təkcə məhkəmə müstəvisində deyil, kütləvi informasiya vasitələrinin tribunasına da gedib çıxır gundemxeber.az saytı da bu mənada istisna deyildir. Bu günlərdə redaksiyamızın poçtuna Biləsuvar rayonu S.Vurğun küçəsi, ev 42-də yaşayan Quliyeva Fəridə Təvəkkül qızının şikayət ərizəsi daxil olmuşdur. Ərizədə göstərilənlərdən məlumdur ki, Fəridə xanımın bütün üzləşdiyi haqsızlıqlar həyat yoldaşı Məhərrəm Qara oğlu Quliyev vəfat edəndən sonra başlamışdır. “Ölmüş qardaşının ətini yemək...” Qardaşın qardaş malına göz dikməsi, mülk-torpaq hərisliyi bizdə deyəsən elə dədə-babadan qalma nöqsan mentalitetimizin əsas antipodlarındandır.Dahi dramaturq Cəmil Məmmədquluzadə “Ölülər” əsərində Kefli İsgəndərin dilindən belələrini qamçılayırdı. Şeyx Nəsrullah kimi fırıldaqçıların işini irəli aparan amil də məhz insanların xislətindəki tamahkarlıq idi. Müqəddəs kitab Qurani-Kərimdə qeybət “ölmüş qardaşın ətini yeməyə” bərabər tutulan günah hesab olunur. Görəsən, ölmüş qardaşın varidatına yiyələnib ailəsinə, arvad-uşağına halallıq verməmək necə ağır suçdur. Hansı növ cəhənnəm əzabına layiqdir?
Ərizədən oxuyuruq: “2003-cü ildə mərhum həyat yoldaşım Quliyev Məhərrəm rəhmətə gedib, iki yaşlı uşaq himayəmdə qalıb. Bundan sonra yoldaşımın qohumları ilə münaqişə şəraitində yaşamışıq. Əlimdə hər nə var alırdılar. “Muğan” restoranı həyat yoldaşıma aid olub, qardaşının adına. Yoldaşım İstehlak Cəmiyyətinin qaynım isə iaşə xidmətinin əməkdaşı.Üç aydan sonra da adına keçirəcəkdi ki, rəhmətə getdi. Qaynım deyirdi ki, qardaşımın oğlu on səkkiz yaşa şatanda ona qaytaracam. Amma bu gün 70 min manata restoranın özünü, 30 minə isə həyətini satıb. Artıq oğlumun iyirmi iki yaşı var. Qaynım dediyi sözə əməl etmədiyi üçün rayondan qaçıb. Biləsuvardakı evimin üstünə “satılır” yazılsa da, şəhərdə özünə ev tikdirir. Fəridə xanımın ərizədə göstərdiklərindən belə qənaət hasil olur ki, Biləsuvarda adət-ənənələrə görə, vəfat etmiş kişinin həyat yoldaşını mərhumun yaxınları əslində “yad qızı” hesab edirlər və mirasa yiyə çıxmaması üçün əllərindən gələni edirlər.Ərizəçinin sözlərinə görə Biləsuvarda hətta səlahiyyətli vəzifəli şəxslər, hüquq-mühafizə və ədliyyə işçilərinin də düşüncəsinə bu əski sterioninlər hakimdir. Ərizədən oxuyur: “Biləsuvar məhkəməsinin sədri Ramiz Dursunov o vaxt dedi ki, arvad kimdi mala-mülkə sahib çixa. Qardaşı ölər, mülkü qardaşa qalar”. Qaynanam Biləsuvar məhkəməsinə ərizə ilə müraciət edib vərəsəlik üçün pay istədi.Yaxşı ki, bu iş alınmadı. Qaynanamın 90- yaşı, 200 kvadratlıq evi var. Bundan sonra üstümə şər atdı ki, guya onu döymüşəm sübut olunmadı. Daha sonra qaynımın dostu – Qazaxıstanda vaxtilə səkkiz il həbs cəzası çəkmiş Əhmədli kənd sakini Əlipənah Quliyev evimin sənədlərini oğurlatdırıb məni cinayət məsuliyyətinə cəlb etdirmək istədilər. Allah məni istədi, yenə işləri alınmadı. Sənədlərin dili ilə..... Vətəndaş Fəridə Quliyeva ərizəsinə Biləsuvar Rayon Polis Şöbəsinin istintaq qrupunun baş müstəntiqi, polis mayoru Tahir Şahbazovun nəzərdən keçirdiyi 40904 saylı cinayət işinin icraatına imkan verilməsi haqqında 01 iyul 2008-ci il tarixli qərarını yenə də Biləsuvar RPŞ-nin istintntaq qrupunun digər müstəntiqi, polis kapitanı Murad Quliyevin həmin cinayət işinin tərkibi üzrə icraata xitam verilməsi haqqında 11 iyun 2009-cu il tarxili qərarı yenə də Murad Quliyevin həmin iş üzrə cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında 06 may 2010-cu il tarixli qərarı qoşma etmişdir. Nəzərdən keçirilən “cinayət işləri”ndən məlum olur ki, proses Quliyeva Fəridə Təvəkkül qızının 1996-cı ildə Biləsuvar şəhərində guya dələduzluq edərək, girov adı ilə Biləsuvar şəhəri S.Vurğun küçəsi 14 nömrəli evin qeydiyyat vəsiqəsi, texniki pasportunu və mərhum əri M.Q.Quliyevin adına olan kəndli-fermer təsərrüfatının sənədlərini Əlipənah Quliyev və Mirağa Hüseynova verib aldadaraq etibarlarından sui-istıfadə edib sonuncuların 16600 ABŞ dolları pulunu ələ keçirməsi faktına dair toplanmış material əsasında istintaqa prosesual rəhbərliyi həyata keçirən Biləsuvar rayon prokuroru C.Həsənov tərəfindən 14 yanvar 2008-ci ildə Azıərbaycan Respublikası C.M-nin 178.3-ci maddəsi ilə başlanmışdır. Cinayət işi 16 yanvar 2008-ci il tarixdə Biləsuvar RPŞ-nin İQ-nun müstəntiqi polis baş leytinantı A.Tağıyev tərəfindən icraata qəbul edilərək, istintaq olunmuş, Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini cənab Ramil Usubov tərəfindən qəbul edilmiş 14 aprel 2008-ci il tarixli işəbaxılmışdır.
13 yanvar 2009-cu il tarixli qərarlarla işin ibtidai istintaq müddəti iki dəfə uzadılmışdır. 01 iyul 2008-ci ildə Biləsuvar RPŞ-nin İQ-nin baş müstəntiqi T.Şahbazov tərəfindən qərar qəbul edilmişdir ki, Quliyeva Fəridə Təvəkkül qızının əməlində AP.C.M-nın 178.3.2.-ci maddəsinin tərkib əlamətləri vardır. Lakin həmin əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin icraatına xitam verilməlidir. İş üzrə şikayətçilər Quliyev Əlipənah Bababəy oğlu və Hüseynov Mirağa Miri oğlunun həmin qərardan məhkəmə nəzarətini həyata keçirən Biləsuvar rayon Məhkəməsinə verdiyi şikayət əsasında 18 dekabr 2008-ci il tarixdə Biləsuvar rayon Məhkəməsi qərar qəbul etmişdir ki, 01 iyul 2008-ci il tarixdə həmin cinayət işinin icraatına xitam verilərkən müstəntiq T.Şahbazov tərəfindən AP CPM-nin 41ş2-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, işin icraatına xitam verilərkən təqsirindirilən şəxs Quliyeva Fəridə Təvəkkül qızının yazılı razılığı alınaraq işə əlavə edilməmişdir. 28 dekabr 2008-ci il tarıxdən 01 mart 2009-cu il tarixə kimi iş üzrə istintaq aparmış Biləsuvar RPŞ İQ-nun baş müstəntiqi T.Şahbazov 01 mart 2009-cu il tarixdə qərar qəbul etmişdir ki, aparılmış istintaq zamanı həmin cinayətin Quliyeva Fəridə Təvəkkül qızı tərəfindən törədilməsi kifayət qədər sübuta yetirilmədiyindən və həmin cinayəti törətmiş şəxsin müəyyən edilməsinə kimi iş üzrə icraat AR CPM-nin 53.1.1.-ci maddəsinin tələbləri əsasında icraatı dayandırılsın. 10 aprel 2009-cu il tarixdə həmin cinayət işi üzrə dayandırılmış icraat istintaq prosessual rəhbərliyi həyata keçirən Biləsuvar rayon prokuroru tərəfindən təzələnmiş, istintaq işinin davam etdirilməsi Biləsuvar RPŞ-nin istintaq qrupunun müstəntiqi Murad Quliyev tapşırılmışdır. Müstəntiq Quliyev istintaq materiallarını nəzərdən keçirib müəyyən etmişdir ki, Quliyev Məhərrəm Qara oğlu öldüyündən Quliyeva Fəridə Təvəkkül qızının isə cinayət əməli törətməsi kifayət qədər sübutlarla təsdiq olunmadığından onların barəsində cinayət işinin təqibinə xitam verilsin. F.Quliyeva isə nə özünü, nə də mərhum həyat yoldaşını cinayətkar hesab etmir və onun fikrincə, indiyədək ona vurulan maddi və mənəvi ziyana görə kompensasiya ödənilməlidir. Bu şikkayət ərizəsində adları çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq. Rafiq.
Sorğu
Yeni dizaynımız necədir?