GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Nə halal evimizi, nə də verdiyimiz pulu geri ala bilirik...” - PROBLEM

“Nə halal evimizi, nə də verdiyimiz pulu geri ala bilirik...” - PROBLEM

Tarix: 3-12-2014, 01:25 Bölmə :Ölkə Baxış: 0
“Nə halal evimizi, nə də verdiyimiz pulu geri ala bilirik...” - PROBLEM

Bakı Ağır Cinayətlər Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə hökmündə zərərçəkmiş kimi tanınmış Qasımova Gülşən İbrahim qızı şirkətin direktoru Elman Tağıyevin vəzifəsindən sui-istifadə edərək dələduzluq yolu ilə onun həyat yoldaşından 36 min manat pulu alaraq mənimsədiyini iddia edir. Zərərçəkənin bildirdiyinə görə, valideynlərilə birlikdə Ağdam şəhərinin işğalından sonra Bakı şəhərində məskunlaşıblar.
2004-cü ildə Qasımov Sənan İsmayıl oğlu ilə birgə nikaha daxil olan G.Qasımova 2004-cü ildən 2010-cu ilə qədər qayınanası ilə birlikdə yaşayıb. Mənzil şəraitlərini yaxşılaşdırmaq məqsədilə “Birlik İnşaat” MMC-nin direktoru ilə yeni tikdikləri binadan mənzil almaq barəsində razılığa gəliblər: Bundan sonra mənzilimizi sataraq 2010-cu il aprelin 28-də həyat yoldaşım Qasımov Sənan İsmayıl oğlu və onun İsmayıl adlı dostunun iştirakı ilə 36 min manat pulu “Birlik İnşaat” MMC-nin direktoruna verərək, aramızda “Birlik İnşaat” MMC-nin Bakı şəhəri, R.Məmmədov küçəsi 20 saylı ünvanda inşa etdiyi 15 mərtəbəli binanın birinci mərtəbəsində 86,7 kvadratmetr yaşayış sahəsi olan 7 saylı mənzilin bizə verilməsi barədə müqavilə bağlandı”.
İki azyaşlı övladından birinin ürək qüsurlu doğulduğunu və bu səbəbdən də müalicəyə ehtiyacı olduğunu bildirən G.Qasımovanın sözlərinə görə, mənzillərini satdıqdan sonra həyat yoldaşı Rusiyaya işləməyə gedib: “Mən isə iki azyaşlı uşağımla Bakının Nərimanov rayonundakı Əlyar Əliyev küçəsi, 26 A ünvanında yerləşən “Taxıl Məhsulları Kombinatı”nın “Tikinti Quraşdırma” İdarəsinin yataqxanasında məskunlaşan anamgilə köçərək bir otaqda 5 nəfərlə birlikdə yaşamağa məcbur olduq. Fikirləşirdik ki, müvəqqəti çətinlikdən sonra tezliklə təzə mənzilimizə köçəcəyik. Amma “Birlik İnşaat” MMC-nin direktoru rəsmi müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməyərək, onu kobud şəkildə pozdu. Hətta sonra məlum oldu ki, o, bizə satdığı mənzili daha iki şəxsə satıb. O gündən ailəmiz pərən-pərən düşüb”.
G.Qasımova qeyd etdi ki, “Birlik İnşaat” MMC-nin vəzifəli şəxsləri tərəfindən dələduzluq yolu ilə pulları mənimsənilən vətəndaşlar aidiyyəti dövlət qurumlarına şikayət ediblər. Nəticədə, 2012-ci ildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Birlik-İnşaat” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Həmin ilin oktyabr ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən aldatma yolu ilə külli miqdarda özgə əmlakının ələ keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Müəyyən edilib ki, cəmiyyətin təsisçisi və direktoru, baş mühasibi Roza Minaçaeva, həmçinin MMC-də qeyri-rəsmi işləmiş Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimov özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasında 210 mənzili və 1041 kvadratmetr qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 543 nəfərə təkrar sataraq əldə edilmiş 15 milyon 416 min 964 manat vəsaitin 4 milyon 780 min 593 manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 10 milyon 636 min 371 manat məbləği isə dələduzluq yolu ilə talayıblar.
Bundan başqa, “Birlik-İnşaat” MMC vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra direktor 2006-2011-ci illərdə mənzil tikintisi ilə məşğul olarkən sadələşdirilmiş vergi ödəyicisi kimi 157 min 365 manat məbləğində vergiyə cəlb olunacaq dövriyyəni vergi bəyannamələrində göstərməməklə 6 min 294 manat sadələşdirilmiş vergini, həmçinin əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin 1 milyon 877 min 471 manatını bəyannamələrdə az göstərməklə 343 min 879 manat məbləğində vergini büdcəyə ödəməkdən yayınıb.
İstintaqın gedişində 456 nəfər zərərçəkmişlə tikintini davam etdirən “Birlik-İnşaat” MMC və “Həyan-E” MMC arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa edilib. Bundan başqa, digər 87 zərərçəkmişə vurulmuş zərərin ödənilməsinin təmin edilməsi məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınmış 3 milyon 830 min manat məbləğində daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulub.
İş üzrə təqsirləndirilən şəxslər qismində cəlb edilmiş direktor və Roza Minaçaevaya Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2-ci (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Soltan Məhərrəmov, Çingiz Əzimov və Eyvaz Fərəcova isə 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan ittihamlar elan edilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən təsisçisi və direktoru Eyvaz Fərəcov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi 2014-cü il mayın 30-da başa çatıb.
Hökmə əsasən, Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimov 14 il müddətinə azadlıqdan məhrum edilib. Barələrində həbs-qətimkan tədbiri seçilməyən direktor və Roza Minaçaeva barəsində də 14 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Məhkəmə zalında olan Roza Minaçaeva həbs edilib, E.Tağıyev isə məhkəməyə gəlmədiyi üçün həbs olunaraq təcridxanaya göndərilməsi barədə qərar qəbul edilib...
Amma onun barəsində seçilmiş həbs qəti-imkan tədbiri sonradan nə səbəbdənsə ev dustaqlığı ilə əvəzlənib. Təqsirləndirilən Eyvaz Fərəcov isə təcridxanada müəmmalı şəraitdə dünyasını dəyişib. İttiham aktından və məhkəmə prosesinin gedişatından da tam sübuta yetirilib ki, 543 nəfərin təxminən 95-96 faizi pullarını birbaşa direktora, 3-4 faizi baş mühasib işləmiş Roza Maniçayevaya, 1 faizi isə barəsində həbs qəti-imkan tədbiri seçilmiş üç nəfərə verib.
Hazırda anasıgildə darısqal, şəraitsiz bir otaqda ağır köçkün həyatı yaşadığını, ağır ürək qüsurlu övladının əziyyət çəkdiyini bir daha xatırladan G.Qasımova onların və digər vətəndaşların milyonlarını mənimsəyən tikinti şirkətinin vəzifəli şəxsləri haqqında çıxarılan və məhkəmələrdə dolaşan hökmün tezliklə icrasına başlanılacağını ümidlə gözləyir. G.Qasımovanın təqdim etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən vəzifəli şəxslər barədə çıxardığı hökmdə o, həqiqətən zərərçəkmiş kimi tanınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2014-cü il tarixli (sədr hakim Novruz Kərimov, hakimlər Ramella Allahverdiyeva və Tamila Nəsrullayeva) hökmünə əsasən, zərərçəkmiş şəxs Qasımova Gülşən İbrahim qızı ifadələrində göstərib ki, o, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan şəxslərdən Tağıyev Elman Həsənqulu oğlunu tanıyır: “Həyat yoldaşı Sənan Qasımov uzun illərdir ki, Rusiya Federasiyasında işləyir. Ara-sıra evlərinə gəlib-gedir. 2010-cu ilin aprel ayında Sənan Bakıya gəlib. Həmin vaxt onlar özlərinə mənzil almaq qərarına gəlib, həyat yoldaşı ilə birlikdə müxtəlif yerlərdən bu məsələ ilə maraqlanıblar. Sənanın dostu Xətai rayonu, Rahib Məmmədov küçəsi 20 ünvanında “Birlik-İnşaat” MMC tərəfindən tikilən binadan ucuz qiymətə ev satıldığını deyib. Bundan sonra o, Sənanla birlikdə həmin binanın 1-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 86.7 kv.metr olan 7 saylı ikiotaqlı mənzilə baxıb, həmin mənzili almaq qərarına gəliblər. O, 28 aprel 2010-cu il tarixdə Sənan ilə birlikdə “Birlik-İnşaat” MMC-nin Xırdalan şəhərində, İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən ofisində həmin şirkətin rəhbəri E.Tağıyevlə görüşüb bir kvadrat metri 415 manat olmaqla, 36 000 manat verib həmin mənzili alıb, bu barədə müqavilə bağlayıb, pulu birdəfəyə olmaqla tam şəkildə E.Tağıyevə ödəyiblər. Həmin vaxt təqsirləndirilən şəxs E.Tağıyev mənzillərini üç aydan sonra təhvil veriləcəyini deyib. Sənan da Rusiyaya qayıdıb. O da tez-tez gedib həmin binadakı tikinti işləri ilə maraqlanıb. 2011-ci ilin sentyabr ayında həyat yoldaşının dostu onlara zəng edib mənzil aldıqları binada evlərin eyni vaxtda bir neçə şəxsə satıldığını deyib. Bundan sonra o, aldığı mənzilin başqa şəxsə satalıb-satılmadığını öyrənmək üçün həmin binaya gedib. Orada bir neçə sakinin binanın qarşısında toplaşdığını görüb və onun aldığı mənzilin onunla birlikdə 4 nəfərə satıldığı məlum olub. Bundan sonra ona “Hasil” MMC-dən mənzil veriləcəyi vəd edilib, onunla bu barədə alğı-satqı müqaviləsi bağlanıb, lakin oradan da ona mənzil verilməyib. Ona 36 000 manat məbləğində zərər vurulub. O da həmin məbləğin təqsirləndiriln şəxslər tərəfindən ona ödənilməsini tələb edir”.
Hökmdə qeyd edilir ki, zərərçəkmiş şəxs Qasımova Gülşən İbrahim qızının “Hasil” MMC ilə mənzil alğı-satqı müqaviləsi bağlaması nəticəsində ona vurulmuş 56 000 manat məbləğində zərərin təqsirləndirilən şəxslərdən tutulub ona ödənilməsi barədə tələbi təmin edilsin.
Qeyd edim ki, bu il noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında bəzi sənədlərin düzgün olmaması müəyyən edilib. Apellyasiya şikayətinin tam müəyyən edilməsi üçün iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb. Bəzi sənədlərə qeydlər aparılandan sonra apellyasiya instansiyasında işə yenidən baxılacaq.
***
Onu da qeyd edim ki, “indi nə halal evimizi, nə də verdiyim pulu geri ala bilirik...”, - deyən G.Qasımova prezident cənab İlham Əliyevə müraciət ünvanlayıb. Son ümid yeri olaraq ölkə başçısından kömək istəyən G.Qasımova bu cür işlərin yalnız prezidentin müdaxiləsindən sonra ədalətlə həll oluna biləcəyini düşünür.
Salman Bağırov,
hüquqşünas
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dələduz 9 il cəza aldı

    Dələduz 9 il cəza aldı ...

    28-06-2016, 18:21

  • 
  • Babasını dostu ilə birlikdə öldürdü

    Babasını dostu ilə birlikdə öldürdü ...

    21-12-2016, 15:20

  • 
  • Prokuror Ziya Məmmədovun qardaşı oğluna qarşı dələduzluqda təqsirləndirilən şəxsə cəza istəyib

    Prokuror Ziya Məmmədovun qardaşı oğluna qarşı ...

    20-04-2018, 17:30

  • 
  • “Mur-Ay” fırıldaqçıları yenidən məhkəmə qarşısında

    “Mur-Ay” fırıldaqçıları yenidən məhkəmə qarşısında ...

    17-09-2015, 19:35

  • 
  • Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

    Keçmiş Rabitə və Yüksək Texnologiyalar ...

    25-05-2018, 12:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu