GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İlham Əliyev Azərbaycanı Rusiyanın təzyiqindən necə qorudu? - Boris Nemtsov açıqladı

İlham Əliyev Azərbaycanı Rusiyanın təzyiqindən necə qorudu? - Boris Nemtsov açıqladı

Tarix: 3-12-2014, 22:31 Bölmə :Ölkə Baxış: 0
İlham Əliyev Azərbaycanı Rusiyanın təzyiqindən necə qorudu? - Boris Nemtsov açıqladı

"İlham Əliyev bu məsələdə çox müdrik addım atdı"

Rusiyanın getdikcə dərinləşən iqtisadi problemləri bu nəhəng dövlətin siyasi gələcəyi ilə bağlı sualları da gündəmə gətirir. Burada söhbət Rusiyanın həm də müttəfiqi və strateji tərəfdaşları ilə birgə layihələrinin taleyindən gedir.

gundemxeber.az xəbər verir ki, virtualaz.org saytının müxbiri Rusiyanın tanınmış siyasətçisi Boris Nemtsovla söhbətində bu məsələlərə aydınlıq gətirməyə çalışıb:

- İqtisadiyyatın bu qədər sürətlə çökməsini gözləməyən Rusiya rəhbərliyi hadisələrin fors-major inkişafı variantına niyə hazır olmadı?

- Bu sualın cavabı çox sadədir. Ona görə hazır olmadı ki, bu gün Rusiyanı özündən başqa heç kimi bəyənməyən, yəni özünəvurğun qeyri-peşəkarlar idarə edir.

- Bu halda siz Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanın rublu liberalların alqış sədaları altında qəsdən öldürdüyünü, bunun da Putinə qarşı sui-qəsd olduğunu deyən Delyaginin və digər ekspertlərin versiyasını necə qiymətləndirirsiniz?

- Əvvəla, mən Delyagini iqtisadçı saymıram. Məncə, o, sadəcə axmaq adamdır. Məsələ başqa cürdür. Rusiya Mərkəzi Banlı rublun kursunu sabit saxlamaq üçün on milyardlarla dollar xərcləyib. Mərkəzi Bank yalnız Rusiyanın valyuta ehtiyatları cəmi 230 milyard dollara düşəndən sonra valyuta bazarını tənzimləməkdən əl çəkdi. Nəticədə bu bazar özbaşına tənzimlənməyə başladı.

Bunu da qeyd etmək lazımdır ki, Rusiya iqtisadiyyatı məhz Putinin rəhbərliyi dövründə sırf xammal iqtisadiyyatına çevrilib. Dövlət büdcəsinin 52 faizi indi yalnız neft-qaz ixracı hesabına formalaşır. Putin hakimiyyətə gələndə isə büdcənin yalnız 10 faizi neft-qaz satışı ilə formalaşırdı. Buradan da görünür ki, Rusiya artıq “banan respublikası”na çevrilib. Dünya bazarında neftin ucuzlaşmasının rublun dəyərdən düşməsinə nədən belə ciddi təsir göstərdiyini anlamaq bu mənada çətin deyil.



- Sizcə, 2015-ci il Rusiya üçün necə keçəcək?

- Gələn il Rusiyada iqtisadi tənəzzül olacaq, əhalinin gəlirləri daha da azalacaq, hər şey bahalaşacaq, pul dəyərdən düşməkdə davam edəcək, varlılar pullarını ölkədən çıxaracaq. Putin isə bütün bunların günahını xarici düşmənlərin, ilk növbədə ABŞ-ın üstünə yıxmaqda davam edəcək.

- Bəs Rusiyada da Ukraynadakı kimi Avromaydan hadisələrinin baş verməsi mümkündürmü?

- Yox, mümkün deyil. Putinin hələlik yüz milyardlarla dollar ehtiyat pulu var. Əhalinin gəlirləri azalsa da bu proses o qədər də sürətlə getmir. Bundan əlavə, Putinin təbliğat maşını dayanmadan, var gücü ilə işləyərək insanları zombiləşdirməkdə davam edir. Yeri gəlmişkən, sizdə - Azərbaycanda ölkə rəhbərliyi nə qədər avtoritar olsa belə senzura və digər azadlıqlar sahəsindəki vəziyyət Rusiyadakından qat-qat yaxşıdır.

- Madam Azərbaycandan danışmağa başladıq, onda bunu da bilmək istərdik. Siz Gömrük İttifaqına və Avrasiya İttifaqına üzv olmaq dəvətini qəbul etməyən rəsmi Bakının bu mövqeyini necə qiymətləndirirsiniz?

- Azərbaycan özü-özünü dolandıra bilən müstəqil neft-qaz ölkəsidir. Rusiya Azərbaycandan ötrü müəyyən mənada rəqib ölkədir. Çox məsələdə Rusiyadan asılı olan Gömrük İttifaqı, yaxud Avrasiya İttifaqı kimi birliklərə daxil olmaq əla iqtisadi göstəricilərə malik Azərbaycanın nəyinə lazımdır axı?! Rusiyadan güclü şəkildə asılı olan,- ən çox da iqtisadi baxımdan,- ölkə Ermənistandır, Azərbaycan yox. Rusiya o birliklərdə Ermənistanı dəstəkləyəcək, Azərbaycanı yox. Bu mənada praqmatizm nöqteyi-nəzərindən götürsək, Azərbaycan rəhbərliyi, konkret olaraq prezident İlham Əliyev bu məsələdə çox müdrik addım atdı. Rusiya ilə bərabərhüquqlu münasibətlər qurmaq, Moskvanın təsiri və təzyiqi altına düşməmək Azərbaycan rəhbərliyinin bütün incəlikləri nəzərə alan düzgün hesablanmış siyasi addımlarının nəticəsidir.

- Bəs Gömrük İttifaqının və Avrasiya İqtisadi İttifaqının gələcəyini necə görürsünüz?

- Gömrük İttifaqı faktiki olaraq ölümcül vəziyyətdədir. Çünki Rusiya Gömrük İttifaqı ölkələri arasındakı daxili sərhədləri artıq bərpa edib. Halbuki iqtisadi ittifaq belə sərhədlərin olmamasını və malların, kapitalın sərbəst hərəkətini tələb edir. Nə baş verməli idisə, o da baş verdi. Putin Avropa Birliyi ölkələrindən Rusiyaya məhsul idxalına qadağa qoydu. Bunu Lukaşenko və Nazarbayevlə razılaşdırmadan etdi. Bundan sonra nə baş verdi? Dənizə çıxışı olmayan Belarus Rusiyaya dəniz məhsullarının ən böyük ixracatçısına çevrildi. Bəs bu nə deməkdir? O deməkdir ki, bizim ölkələrimiz arasında hələ də iqtisadi sərhədlər var. Gömrük İttifaqı isə artıq faktiki olaraq dəfn edilmiş sayıla bilər.

Avrasiya İqtisadi İttifaqına gəlincə isə onu da belə aqibət gözləyir. Bu birlik əsasən yalnız hərbi güc amili hesabına mövcuddur. İttifaqa daxil ölkələri idarə edən diktatorlar ordudan xarici düşmənlərə qarşı mübarizə üçün yox, öz hakimiyyətlərini qorumaq üçün istifadə edəcəklər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • 'Nemtsov' filmi gizli nümayiş olunub

    'Nemtsov' filmi gizli nümayiş olunub ...

    29-01-2017, 20:41

  • 
  • İlham Əliyev Rusiyanın müdafiə nazirini qəbul etdi

    İlham Əliyev Rusiyanın müdafiə nazirini qəbul etdi ...

    13-10-2014, 16:39

  • 
  • Prezident İlham Əliyev: "Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur"

    Prezident İlham Əliyev: "Azərbaycan-Rusiya ...

    11-06-2016, 19:53

  • 
  • Prezident İlham Əliyev Rusiyanın Türkiyədəki səfirinin öldürülməsini pisləyib

    Prezident İlham Əliyev Rusiyanın Türkiyədəki ...

    20-12-2016, 01:19

  • 
  • RUSİYA PARÇALANIR: “Kalininqrad Xalq Respublikası” elan olundu

    RUSİYA PARÇALANIR: “Kalininqrad Xalq ...

    5-08-2014, 18:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu