Bakı küçələrindəki “Range Rover” taksisi sərnişinlərin marağına səbəb olub.
gundemxeber.az oxu.az-a istinadən xəbər verir ki, bahalı avtomobillərdən taksi kimi istifadə edilməsi hələ də cəmiyyətimizdə geniş müzakirə obyektinə çevrilir.
Oxucularımız Bakıda taksi fəaliyyəti göstərən lüks sinfinə aid bahalı avtomobillərdən birinin fotoşəklini çəkərək, bizə göndəriblər.
Həmin şəkildə əksini tapmış “Range Rover” markalı avtomobilin üzərində taksi xidmətinə aid nişanlar var və avtomobil taksi fəaliyyəti göstərir.
Qeyd edək ki, bu markalı avtomobilin Azərbaycan bazarında orta satış qiyməti 30-60 min ABŞ dolları civarındadır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?