Ötən saylrımızda saytımızın xəbər lentində, “Bakıda Range Rover Taksi” başlıqlı yazısı dərc olmuşdu. Həmin yazı ilə əlaqədar redaksiyamıza qarşı tərəfin mövqei daxil olub.gundemxeber.az olaraq qarşı tərəfin mövqeyini olduğu kimi dərc edirik. Qarşı tərəf: Xəbərdə qeyd etdiyiniz “Range Rover Taksi” hər hansı bir şəxsə aid deyil və ödənişli fəaliyyət göstərmir.
Haqqımızda dərc etdiyiniz yazını aşağıdaki kimi dərc etməyinizi xahiş edirik.
Ataksi VİP taksi deyil və Olimpiya oyunları ilə bağlı gətirilmiyib. Taksinin şəhərdə görüntülənməsinin səbəbi, maşının üstündəki logtipdən də göründüyü kimi tezliklə yayımlanacaq aTaksi şirkətinin və Xəzər TV-nin birgə layihəsi olan “aTaksi” programının promo aksiyasıdır.
aTaksi , taksi mobil tətbiq programıdır. Tətbiq Playstore da yerləşdirilmişdir və qısa müddətdə Applestore da da yerləşdiriləcəkdir. aTaksi xidmətindən istifadə çox asandır, tətbiqi telefona yükləmək kifayətdir. Istifadəçi tək düymə ilə, call center-ə müraciət etmədən ən yaxındakı taksini tapa bilər. Sifariş edəcəyi taksinin sürücüsü haqqında məlumatı,sürücünün adı,soyadı , avtomobilinin markası və dövlət qeydiyyat nişanı Öncədən görə bilər.
- Xidmət Olimpiyada ilə bağlı yaradılmasa da telefon vasitəsiylə kart sistemi ilə ödəniş özəlliyi daha çox turistlər üçün əlverişlidir.
Daha ətraflı informasiyanı aTaksi.az saytından əldə etmək mümkündür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?