Azərbaycanda cinayət işləri üzrə ibtidai araşdırma aparan orqan bundan sonra yanlış məlumatlara görə kütləvi informasiya vasitələrindən (KİV) təkzib və düzəlişin edilməsini tələb edə biləcək.
Parlamentin bu gün keçirilən iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklər edilməsi təklif edilib.
Yeni dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya porsessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş edilməsi tələbi ilə müraciət etmək hüququna malikdir.
Dəyişiklik cinayət işləri ilə bağlı məlumatların verilməsi sahəsində KİV-lərin məsuliyyətinin artırılması, həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatların təkzib olunmasını və onlara düzəliş edilməsini nəzərdə tutur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?