GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Oğru dünyası”nın qanunları: Kameradan kameraya “gəlin” gedən məhbuslar – VİDEO

“Oğru dünyası”nın qanunları: Kameradan kameraya “gəlin” gedən məhbuslar – VİDEO

Tarix: 5-12-2014, 01:15 Bölmə :Ölkə Baxış: 0
“Oğru dünyası”nın qanunları: Kameradan kameraya “gəlin” gedən məhbuslar – VİDEO

Oğru dünyasının öz qanunları var. Düzdür, bu haqda çox yazılıb. Ancaq oxucular üçün hələ də qaranlıq qalan məqamlar kifayət qədər çoxdur.



Müsahibim Rusiyada müxtəlif cinayətlərə görə uzun müddət həbs cəzası almış Məhəmməd kişidir. Tuladan başlamış Maqadana kimi bir neçə “zonda” “srok” çəkib. Düşərgələr və oğru dünyası haqda danışır. Ancaq xahiş edir ki, soyadını yazmayım. Öz dünyasında onsuz da onun adının Məhəmməd olmasını unudublar. Daha çox “Maqa” ləqəbilə tanınır.



Yaşı 50-ni haqlasa da, gənc görünür. Sanki illərlə həbsxanada yox, Krım kurortlarında istirahətdə olub.



Onun sözlərinə görə, həbsxana məhbusları 4 kastaya, yəni təbəqəyə bölünür. Bunlar lotular, “mujik”lər, “kozyol”lar (“suka” da deyilir) və üzdəniraqlardır (cinsi azlıq və ya alçadılmışlar) .



Lotular



Lotular professional cinayətkarlardır. Həbsxana isə onların həyatında, belə desək, “karyera” yüksəlişi üçün vacib mərhələdir. Oğru dünyasına daxil olmaq üçün bank qarət etmək, yaxud adam öldürmək kifayət etmir. Dövlət strukturları ilə ən təsadüfi əməkdaşlıq belə insanın oğru dünyasına yolunu həmişəlik bağlaya bilər. Bundan əlavə, gərək oğru qanunlarına (“ponyatka” ilə yaşamaq) tam riayət edəsən.



“Qanuni oğrular” kriminal aləmin elitası sayılır. Oğruları elə digər “vor zakon”lar taclandırır. Bunun üçün toplantı (“sxodka”) çağırılır. Sonra toplantının nəticəsi və kiməsə oğru adının verməsi haqda məlumat məktub (“malyava”) şəklində həbsxanalara və islah əmək düşərgələrinə göndərilir.



Məzmun təxminən belə olur: “Biz qanuni oğrular (içində məktubu göndərən oğruların adları qeyd olunur) təsdiq edirik ki, filan-filan adam bizim qardaşımız olub”.



Həbsxana “teleqrafı” operativ şəkildə bu xəbəri bütün düşərgələrə yayır.



Əgər həbsxanada “qanuni oğru” yoxdursa, kriminalitet ora mütləq nümayəndəsini göndərir. “Vor zakon” məhbusların oğru qanunlarına riayət etmələrinə nəzarət edir.



“Qanuni oğrunun” köməkçiləri olur. Onlara “blatnoy”lar, lotular deyirlər. Lotular komandasının başında “paxan” durur. Komanda üzvlərindən kimsə “mujik”lərə nəzarət edir, kimsə “obşaka” (oğru kassası) pul yığır. Həbsxanada “obşaka” hamı pul keçirir. Məhbuslar evdən göndərilən pullardan, aldıqları məvacibdən, həmçinin qumarda udulan pullardan 10 faizini “obşak”a daxil edirlər. Kassadakı pulları lotular özləri bildiyi kimi xərcləyir. Yəni bu pullarla həbsxanaya “qrev” ( dərman, spirtli içki, ərzaq, çay, narkotik) gətirilir. Bəzən “qanuni oğru” həbsxana rəisinə sərf etməyəndə “torba tikilir.” Bunu istənilən məhbusa tətbiq edə bilirlər. Məhbus vəkillə görüşmək adı ilə əməliyyatçıların otağına çağırılır. Onun boğazına zorla araq tökülür. Məhbus əməliyyatçıların yanından sərxoş qayıdırsa, bu, şübhə oyadır. Adını satqın qoyub öldürə bilərlər. Yaxud da, əməliyyatçılar məhbusa zorla “rabidon” həbi içirirlər. Bu, yuxugətirici dərmandır. Məhbus ölür. Cibinə isə onun dilindən yazılmış kağız qoyurlar ki, guya intihar edib. Həbsxanada çox şeylər ola bilir.



Bəzən isə lotu həbsxana rəhbərliyi ilə gizli danışığa gedir. Əməliyyatçılar iz buraxmadan əməkdaşlığa gedən lotuya şərait yaradırlar. Onun rəqibləri sıxışdırılır. Əməkdaşlığa gedən lotu həbsxanada əməliyyatçılara sərf edən mühit yaradaraq kriminalitetə nəzarəti ələ keçirir.



“Mujik”lər və “kozyol”llar



Növbəti kasta “mujik”lərdir. Onların çoxu həbsxanaya təsadüfi cinayətlər səbəbindən düşənlərdir. Kimisə arvadı şərləyir, kimi xırda oğurluğa, kimisi xuliqanlığa görə həbs olunur. Rusiya həbsxanalarında cəza çəkən məhbusların 80 faizi belələridir. Əgər onlar Avropada belə cinayət etsəydilər, uzaqbaşı cərimə olunardılar.



Rusiya isə başqa ölkədir. “Mujiklər” düşərgədə hakimiyyətə iddialı olmur, lotuların söhbətlərinə qarışmır, bununla belə, həbsxana işçiləri ilə də əməkdaşlıq etmirlər. Bir sözlə, onlar cəzalarını çəkib yenidən normal həyata qayıtmaq istəyən adamlardır.



“Kozyol”lar həbsxana rəhbərliyi ilə əməkdaşlıq edənlərdir - kitabxanaçılar, hamamçılar, klubda işləyənlər və sair. Bir sözlə “suka”lar. Onlar geyimlərinin qollarında sarğı gəzdirir. Həbsxana işçiləri ilə əməkdaşlığa kimi qorxudan razı olur, kimisə məcbur edirlər. Elə “zon” var ki, məhbus gələn kimi ona qollarına sarğı vurulmuş geyim verirlər. Geyinən şəxs “suka”ya çevrilir. Geyinməyəni isə “şizo”ya göndərirlər. “Şizo” cəza otağıdır. Orda elə şərait olur ki, adam az müddətə vərəm xəstəsinə çevrilir. Çoxları “sınır” və əməkdaşlığa razı olur.





Üzdəniraqlar



Homoseksuallıq həbsxanaların ayrılmaz hissəsidir və həmişə olub. Ancaq əvvəllər bu, razılıqla olurmuş. Üzdəniraqlar həbsxana fahişələridir. Çay, yaxud siqaret müqabilində məhbuslara intim xidmət göstərirlər.



1960-ci illərdə isə “oğru qanunları” ilə qaydalar dəyişib. Hansısa səhvinə görə məhbuslar zorlanaraq üzdəniraqların yanına göndərilir.



Adətən, zorlanma maddəsi ilə həbsxanaya düşənlər “üzdəniraq” edilir. Ancaq məhbus sübut edə bilsə ki, ona şər atıblar və bunun nəticəsində həbsxanaya düşüb, onda zorlanmaqdan yaxasını qurtara bilir. Uşaqbazlığa, azyaşlılara qarşı əxlaqsız hərəkət edənlər sorğu-sualsız “üzdəniraq” edilir. Həmçinin qumar borcunu ödəyə bilməyən, yaxud kamera yoldaşından oğurluq edən şəxslər də zorlana bilər.



Bəzən zorlanma mərasimi də düzənlənir. Günahkarın əyninə qadın paltarı geyindirilərək, toy mərasimi keçirilir. Sonra onu musiqi sədaları altında “bəy”in kamerasına aparırlar.



Üzdəniraqlar kamerada, adətən, ayaqyolunun yanında, yerdə, döşəmədə yatır. Düşərgədə də ayrıca barakda qalırlar. Onlarla əllə görüşmək olmaz. Qadağandır, yəni “zapadlo”dur. Alçaldılmışla səhfən əllə görüşsən, yaxud onun qabından yemək yesən, avtomatik olaraq üzdəniraq statusu alırsan.



Bəzən əməliyyatçılar bilərəkdən məhbusa “torba tikir”. Onu həbsxanada olan idmançılara, “bezpredelşik”lərə zorlatdırır. Kriminal aləm bilir ki, onun günahı olmayıb. Ancaq zorlanıbsa, geriyə yol yoxdur. O, vaxtilə “qanuni oğru” olsa belə, zorlanandan sonra başqa üzdəniraqlardan fərqlənməyəcək...



İlqar Atabəyli

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Qanuni oğru” titulundan imtina etdi - Həbsxanada

    “Qanuni oğru” titulundan imtina etdi - Həbsxanada ...

    6-11-2013, 17:31

  • 
  • Gürcüstanda “qanuni oğru”larla əlaqəli 4 nəfər saxlanılıb

    Gürcüstanda “qanuni oğru”larla əlaqəli 4 nəfər ...

    1-10-2019, 14:52

  • 
  • Kriminal dünyası yeni müharibə ərəfəsində - Oğru dünyasının yeni "kralı "Şişkan" oldu

    Kriminal dünyası yeni müharibə ərəfəsində - Oğru ...

    28-03-2018, 13:40

  • 
  • “Qanuni oğru” Vaqif Bakinski türmədən çıxdı

    “Qanuni oğru” Vaqif Bakinski türmədən çıxdı ...

    10-07-2013, 16:07

  • 
  • Tanınmış “qanuni oğru” Moskvada tutuldu

    Tanınmış “qanuni oğru” Moskvada tutuldu ...

    24-03-2015, 17:42


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu