GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Təranə: “Mən pis yoldayam; bu, xoşuma gəlir” – Video / 18+

Təranə: “Mən pis yoldayam; bu, xoşuma gəlir” – Video / 18+

Tarix: 5-12-2014, 12:47 Bölmə :Ölkə Baxış: 0
Təranə: “Mən pis yoldayam; bu, xoşuma gəlir” – Video / 18+

Onunla təsadüf nəticəsində həmsöhbət olduq. Əməkdaşımız İsmi ilə Suraxanı rayonunda hazırladığımız reportajdan qayıdarkən Zığ kəndinə gedən yolun kənarındakı bardürün üstündə oturmuşdu. Yol boyu şütüyüb keçən maşınlar onun bərabərinə çatdıqda sanki qeyri-ixtiyari sürətini azaldır və siqnal verirdi. Bir qədər kənardan müşahidələrim bu qadının sərxoş olduğunu, yaxud yorğunluqdan əziyyət çəkdiyini deyirdi. Bu fikirlərlə qadını ötüb keçirəm və İsmiyə tərəf dönüb:

- Gərək saxlayaydım, bu səfil həyatı keçirir. “Səfillər” lahiyəsində onun dərdini çözərdik…

– Əmi, mən elə bildim, saxlayacaqsan, – İsmi dedi.

Qərar verirəm ki, geri dönüm. İsmi dərhal hiss edir, çantasından “silah-sursatını” çıxarır.

Naxçivanski adına Hərbi məktəbin qarşısındakı dairədən geri dönüb uzun bir məsafəni qət edirik. Qadın oturduğu yerdə yoxdur. Hə, budur yolun kənarı ilə yeriyir. Ötən maşınların əksəriyyəti yenə də kəsilmiş dana kimi ona çatdıqda “bağırır” — siqnal verir. Qadının saymazyana yerişi maşınların qəzəbli şəkildə sürət yığıb ötməsinə səbəb olur.

Adam da əsgər anasına söz atar?

Maşını bir neçə metr qabaqda saxlayıram. Qarşısında dayanıram. Ortayaşlı və keçmişi gözəl olduğu indi də bilinən qadına salam verirəm, salamımı xüsusi əda ilə alır:

– Əleyküm, beş də artıq.

Söhbətə tuturam:

- Deyəsən sənə söz atırdılar, siqnal verirlər.

– Bura Azərbaycandır. Onlar haradan bilsin axı, mən bir əsgər anasıyam. Adam da əsgər anasına söz atar?

Ağzından çıxan sözlərə qarışan araq iyi üzümü yalayır, nəfəsimi tıncıxdırır. Deyəsən, çox yaxın durmuşam axı. Bir addım geri çəkilirəm, guya ki, rahat yer tapıram dayanmağa. Qadın İsminin aparatının səsinə diksinir:

– Siz PRESS-dənsız? – və cavab gözləmədən daşın üstündə oturub qəribə bir poza alır: – Çəkin. Amma deyin harada gedəcək?

Heç kəsdən qorxmuram

Özümüzü təqdim edirik. Nazlanır, əlləri ilə pırtlaşıq saçlarını gözlərinin üstündən yana atır. Külək dinc durmur, yenə də qarışıq saçları qarışdırmaqla onun gözünün üstünə dağıdır. Əlini yaxasına, dar qara rəngli şalvarının arxasına, yanbızlarına çəkir.

- Adın nədir?

– Yaz. — Sonra İsmiyə tərəf çevrilir. — Sən də çək. Heç kəsdən qorxmuram. Qulamova Təranə Xankişi qızı. 1972-ci il noyabr ayının 19-da anadan olmuşam.

Sifətinə aydın olmayan şit təbəssüm dağılır. Gözlərini süzdürür, mahnı oxuyur:

– Bakıda doğulmuşam, Bakıda qalasıyam.

Mahnını oxuyur və birdən hönkürür:

– Mənim “alkaş” olduğumu deyirlər. Oğlanlarım məndən imtina etdi. Amma mən onları böyütdüm. Dedilər, ver uşaq evinə, dedim, nə danışırsınız, mənim balalarım “detdom”da böyüsün?

- Kim deyirdi ki “alkaş”san?

– Anam Əminəxanım. Adı belədir e, elə bilərsən ona “xanım” deyirəm, o, heç zibil də deyil. Məni bu günə o saldı.

- Yaxşı Təranə, balalarını kim səndən ayırdı? Onlar indi harada qalır?

– Anamın yanındadır. Anam onları məndən ayırdı. Dedi, ananız pis yoldadır.

Mən pis yoldayam — bu mənim xoşuma gəlir

- Bəs səncə, sən pis yolda deyilsən?

Əllərini oturduğu daşa söykəyib kürəyini geri itələyir. Qollarına söykənir və gözlərimə baxıb gülümsəyir. Bu gülüşün arxasında müştərisini şirnikləndirmək istəyən bir parıltı var. Mırıq, ətrafı qaralmış dişlərinin arasından üstü bozarmış dili görünür. Saçlarını sinəsinin üstündə dəstələyir və:

– Mən pis yoldayam. Bu mənim xoşuma gəlir. Mən uşaqlarımı “detdoma” qoymadım. “Trasa” çıxdım, pula getdim, heç kəs bilmədi. Pul qazandım. Balalarımı yedirtdim, içirtdim, geyindilər, kecindilər.

Düşdüm bar həyatına

– Heç kəs bilmədi, deyirsən, amma axır ki, bilindi, anan da səni evdən qovdu.

– Məni bu günə elə anam Əminəxanım qoydu da. Dedi get pul qazan, babalarını saxla. Mən də düşdüm bar həyatına…

– Bəs heç bir yerdə işləməmisən?

– Niyə ki… Mən zəhmətkeş olmuşam. Kondisioner zavodunda OTK–nəzarətçi işləmişəm. Sonra ixtisarlar başladı. Zavodda iş dayandı. Gözəl idim axı, bar həyatım başladı. Axırda da belə oldu.

- Peşman olana oxşamırsan.

– Nə bildin?..

- Əgər doğurdan da axırının belə olduğunu bilirsənsə, peşman olmalı idin, çəkinməliydin bu həyatdan.

– Qoyurlar ki…

Kim nə təklif etsə…

- Kim qoymur?

– Hamı…

- Yaxşı, indi nə işlə məşğulsan?

– İşləyirəm, onun-bunun həyətini təmizləyirəm, döşəyini çırpıram, pal-paltarını yuyuram, altına yıxılıram, kim nə təklif etsə… Mənim bir oğlum Ağdamda əsgər oldu. 3-cü oğlum da indi gedir. Getdim görüşməyə, məni evdən qovdular.

Polislər döyür, barmaq edirdilər…

Cüzdanını açır. İçində xeyli pul var. Şəxsiyyət vəsiqəsini göstərir:

– Mənim qeydiyyatım da var. Bax. Bu evdə yaşamalıyam. Gedən kimi anam polisə zəng vurur. Deyir, əyyaş gəldi. Yasamal polisi məni döyə-döyə oradan uzaqlaşdırır. Maşına mindirib öz ərazilərindən çıxarırlar. Yolda mənə barmaq eləyib gülürlər… — Deyir və yenə də hönkürür: — Belə şey olar? Adam da qadınla belə rəftar edər?

- Təranə, görürsən, hamını günahkar sayırsan, özündən başqa. Heç özünü günahkar bilmirsən?

– Yox. Deyirlər, araq içirəm. Araq… Allah onu çıxardanın… — xeyli söz gəzir, dili ilə dodaqlarını yalayır, bir-neçə dəfə hansısa sözü dilinə gətirir və nə isə demək istəyir, tapdığı söz ürəyincə olmur deyəsən və: — Allah arağı icad eləyənin ölülərinə rəhmət eləsin. İçirsən, unudursan bütün dərdlərini. Həm ucuzdur, həm də acıdır. Həyat kimi. Amma o qədər şirinlik verir ki…

Həyatından danışır. Gözündən üzüaşağı axan yaşlar sanki ağzından çıxan sözləri isladır. Adamı ürpəşmə, soyuq tutur bu səsdən.

Komissarla 10 günlük razılaşdım

– Heç kəs məni başa düşmür. Adamlarımız niyə belədir? Mən belə yaşamaq istəyirəm. Mənim ərimin adı Qüdrətəli idi. Oğlanlarım Şəhriyar, Şahran və Ülvi. Ülviyə öz familiyamı vermişəm. Amma o birilər atasının familiyası ilə böyüdü. İkinci oğlumu qoymadım əsgər getməyə. Pul topladım, komissara verdim. Pulum çatmayanda voenkomda işləyən bir adamla 10 gün əlaqəyə razılaşdım. Xoşum gəldi, sözübütöv adam oldu, 2 gün də əlavə görüşdüm onunla.

- Ərin bilmədi?

– Nə ər, daş olub onun başına. O məni döyürdü, işgəncə verirdi. Mən onu sevirdim, ona görə ondan doğdum o uşaqları. Yoxsa, hər kolun dibində yatıb doğmaq olardı.

Bəs, ay jurnalistlər, mən nə edim?

- Şəhərdən kənardasan, burada nə gəzirdin?

– Mən gəzirəm də. Gəzəyənəm. Bax, pulum da var. Gedirəm kirayə ev gəzirəm. Ev vermirlər mənə. Qovurlar həyətlərindən. Aralanıram, görürəm evin sahibi, ya oğlu ardımca düşüb göz-qaş, him-cim eləyirlər, deyir, gedək səni saxlayım, səninlə… Deyirəm axı məni həyətindən qovdun. Ver kirayə ev, yaşayım. Pulumu da verim, ürəyin istəyəndə də gəl nə qədər istəyirsən ehtirasını öldür. Yox, evimizdə olmaz, deyirlər. Bəs, ay jurnalistlər, mən nə edim?

Cavab verə bilmirsən, heç olmasa siqaret ver!

Hönkürür. Əlləri ilə gözünün yaşını silir və qəzəb dolu baxışlarla gözlərimə baxır:

– Səndən soruşuram, nə edim? Cavab verə bilmirsən, heç olmasa siqaret ver!

Siqaretini yandırıram. Xoşuna gəlir, bir an gözləri uzaqlara gedir:

– Barda olanda kişilər mənim siqaretimi belə yandırardılar. Sonra da aparıb işlərin görəndən sonra döyərdilər. Bəziləri pulumu da vermirdi.

- Təranə, sənin həyatın nümunə göstəriləsi həyat deyil, amma hamını ittiham edirsən, heç fikirləşmirsən ki, özün günahkarsan?

– Bəlkə də günahkaram. Amma mən nə edim? Hara gedim? Bilirsən nə istəyirəm? – deyir və üzünü zeytun ağaclarının üstündən uzaqlara tutub baxır: — İstəyirəm ailəm mənə hörmət qoysun. Məni evimə buraxsın. Balalarımı görüm, gedim iş tapım işləyim. Sonra da onların toyunda oynayım… – yenidən gözlərimə baxır, – inanmırsan, bilirəm. Amma mən də heç kəsə inanmıram.

Parkda yatıram, saunada çimirəm

- Təranə, sən harada yatırsan?

– Parklarda yatıram. Gündə 40 qəpik tualetə pulum çıxır. Həftədə iki dəfə saunaya gedirəm, 10 manat verirəm, çimirəm, paltarlarımı yuyub quruduram. Ac qalmıram. Kafelərdə yeməyimi yeyirəm — qonaq edirlər. Bax, bayaq neçə dəfə maşın saxladı. Göz-qaş etdilər. Gedirəm, pul qazanmaq ayıb deyil. Zəhmət çəkirəm. Bilirəm bu, pis yoldur. Görək Azərbaycan erkəyi yaxşı yolla pul qazanmağıma kömək edəcək? Ala, — baş barmağını iki barmağının arasından çıxarır, — edəcək!

- Bu qədər kişilərlə dostluq etdin, sənin heç ürəkdən bağlandığın oldumu?

İlahi, sifəti necə də dəyişdi bir anda! Xoş bir ifadə dolaşdı baxışlarında, dodaqlarının küskün təbəssümündə. Bax bu anda o küçə qadınlığında üzü bəri gəlmişdi. Boynunu qısdı, İsmi tərəfə çevrildi, saçlarına əl gəzdirdi, yəni “məni belə çək”, — demək istədi. Mənə tərəf çevrildi:

Qaçqın məni elə döyürdü ki…

– Hə. Olub. Aşağıda “Naximov”da yaşayırdıq. Kirayə ev tutdu. İşlədim, paltar aldım özümə. Qəşəng görünürdüm. 3 ay yaşadıq. Hər axşam məni döyürdü.

- Niyə?

– Deyirdi ki, gərək sən mənim qabağıma tez çıxaydın. Özü də qaçqındır. Məni elə döyürdü, heç erməni əlinə düşsəydi, belə döyməzdi. Həm də qısqanırdı məni…

– Təranə, bu qədər acı həyat yaşamısan, sənin üç oğlun var, ikisi əsgər olub…

– Yox biri olub əsgər. Şəhriyarım. Ağdamda Abuşovun “çastında” xidmət etdi. Andiçməsinə getmişdim. Ülvi indi gedəcək. Qoymurlar gedəm balama xeyir-dua verəm.

Yenə də hönkürdü və gözlərimin içinə baxdı:

– Sən məni bağışla, sözünü kəsdim, nə isə deyəcəkdin.

- Bax, ana olandan sonrakı vaxtlarda heç sevinmədinmi? Sevincli anın olmadımı heç?

Bu gün sevindim…

– Şəhriyar olanda sevindim. Amma sonra uşaqlarımı doğanda əzab çəkirdim. Bəlkə uşaqlarına görə ataları baxar, deyə, fikirləşirdim. O isə heç vaxt ailəsinə baxmadı. Axırda da anam məni qovdu. Atam anamdan çoxdan ayrılmışdı. Getdim onun evinə. Analığım dedi ki, qalma. – Sonra dəhşətli hıçqırtı bürüdü ətrafı. — Analığım dedi ki, sən gəlib atanla yatarsan, sən elə pozğunsan ki, oğlunla da …. Mən heç elə iş tutaram? Kimdir indi pozğun, q…ə? Mən? Yoxsa onlar? Zamanə?..

- Demək, heç sevinmədin…

– Mənim ən sevincli anım indi oldu. Sən maşını saxladın, düşdün. O oğlan çəkdi. İlk dəfədir ki, mənimlə insan kimi rəftar etdilər, mənə “gedək” demədilər, dərdlərimi paylaşdılar. Məni adam yerinə qoydular. Adınız nədir?

Adımızı dedik.

– Məni də yuxarı, “kruqa” apar.

Maşına oturdu. Arxadan İsmiyə:

– Allah haqqı, desəydiniz, gedək, gedəcəkdim…

Biz onu dediyi yerdə — “kruq”da düşürdük. O, həyatın acı, dairəvi girdabında hələ çox dövrə vuracaqdı…

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Tanınmış prodüser Təranə Səmədovanı yol polisi sərxoş vəziyyətdə saxlayıb - VİDEO

    Tanınmış prodüser Təranə Səmədovanı yol polisi ...

    29-11-2015, 13:59

  • 
  • DYP-dən “AZƏRBAYCAN” NƏŞRİYYATINDA İŞLƏYƏN JURNALİSTLƏRƏ “TORBA”

    DYP-dən “AZƏRBAYCAN” NƏŞRİYYATINDA İŞLƏYƏN ...

    1-12-2015, 14:09

  • 
  • Cərimə meydançasında yanan maşınların pulu verilmir

    Cərimə meydançasında yanan maşınların pulu ...

    26-07-2013, 16:23

  • 
  • Kənd Təsərrüfatı Nazirliyindəki korrupsiyanın kilid ismi - İlham Bayramov niyə vazkeçilməzdir?

    Kənd Təsərrüfatı Nazirliyindəki korrupsiyanın ...

    23-05-2018, 16:58

  • 
  • Polis Təranəni 2-ci dəfə saxladı - YENƏ SƏRXOŞ - VİDEO

    Polis Təranəni 2-ci dəfə saxladı - YENƏ SƏRXOŞ - ...

    21-12-2015, 19:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu