GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 14 yaşda ərə gedən Samirə: “...məni zorladı” - ARAŞDIRMA

14 yaşda ərə gedən Samirə: “...məni zorladı” - ARAŞDIRMA

Tarix: 6-12-2014, 01:56 Bölmə :Ölkə Baxış: 0
14 yaşda ərə gedən Samirə: “...məni zorladı” - ARAŞDIRMA

Nikaha daxil olmağa məcbur etmə 3 min manatadək cərimə və ya 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır

“Mən onu sevmirdim. Heç kimi sevmirdim... Heç sevgi nədir bilirdim ki?! Oxumaq istəyirdim. Müəllim, ya həkim olmaq. Qonşu qızlarla ya müəllim-müəllim, ya da “doktor-doktor” oynayardıq. Nişanlım deyilən adamla görüşə-zada da getməzdim. Həmişə o gələrdi. Oğlan da bilirdi ki, mən onu sevmirəm, məni ona məcburi veriblər. Buna görə də nişandan yeddi ay sonra o, mənə zorla sahib oldu”.

14 yaşında uşaq nikahının qurbanı olmuş Samirə belə deyir. Anası onu özündən 12 yaş böyük, əslən İsmayıllıdan olan oğlanla nişanlayıb.

Həmin hadisədən bir müddət keçəndən sonra artıq 15 yaşında olan uşağın ürək bulantıları başlayır. Anasının məhəl vermədiyini görən qız ürəyini xalasına açır. Xalası onu həkimə aparır. Məlum olur ki...

- Hamilə olduğumu biləndən sonra nişanlım məni qaçırtdı. İsmayıllıdakı evlərinə gətirdi. Orda qayınlarım məcbur elədilər polisə ərizə yazım ki, könüllü gəlmişəm. Yazdım da. Böyük oğlum dünyaya gəldi. Zamanla alışmışdım. Normal yaşayırdıq.

İkinci oğlu dünyaya gələndə Bakıya köçürlər. Bir qədər sonra ailədə maliyyə problemləri yaranır.

- Ərim rahatlığı sevəm adamıydı. Çətinliyə dözmədi. Bizi atıb getdi. İki uşaqla qaldım tək başına. Nə yeməyimiz olurdu, nə kirayə yaşadığımız evin aylığını verməyə pulumuz. Getdim atamgilə ki, küçədə qalmışam. Anam evə buraxmadı (kövrəlir).

Kirayə pulunu ödəyə bilməyən Samirə uşaqlarıyla parkda yatır. Bir gün parkda ona bir qadın yaxınlaşır. Köməyini təklif edir. Əvvəl salonda işləyir, sonra... Sonrası ikimizə də bəlliydi. Artıq hər şey geridə qalıb. İndi o Bakıdadı. Amma bura gəlib çıxana qədər nələr yaşayıb, nələr görüb, onu bir Allah bilir, bir də özü. Onlar haqqında danışmaq istəmir. “Keçmiş keçmişdə” qaldı deyir.

***

Bu, hər il uşaq nikahının qurbanı olan onlarla qızdan sadəcə birinin həyat hekayəsidir. Bu və ya digər formada bir-birinə bənzəyir onlarla tale. Və əksəriyyəti də bir-birinə bənzəyir: erkən nikah və bədbəxt sonluq. “Filankəsin qızı da erkən ailə qurmuşdu. İndi xoşbəxtdir” də deyə bilərsiz. Düzdür, onların arasında xoşbəxt olanları, yaxud kənardan xoşbəxt görünənləri də var. Amma statistika və faktlar onu göstərir ki, insan alveri qurbanlarının əksəriyyəti erkən yaşda ərə gedən qızlardır.


BMT-nin Uşaq Hüquqları üzrə Konvensiyasının birinci maddəsinə əsasən, 18 yaşına çatmamış hər bir şəxs uşaq sayılır. Son dövrlər BMT toplantılarında 18 yaşdan aşağı evliliklər erkən nikah yox, uşaq nikahları termini işlənməyə başlanılıb. Təşkilatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasında evlilik yaşı 18-ə qaldırılıb. Bu həm qızlar üçün belədir, həm də oğlanlar. İstisna hallarda evlilik yaşı 17 ola bilər.


Statistika

2011-ci ildə Azərbaycanda 5138 erkən nikah qeydə alınıb. Ailə məcəlləsinə edilən dəyişiklikdən sonra (evlilik yaşının 18-ə aldırılması nəzərdə tutulur) 18 yaşadək qeyri-rəsmi nikaha girən qız uşaqlarının rəsmi sayı 2012-ci ildə 295, 2013-cü ildə 229 olub. Bu Dövlət Statistika Komitəsinin məlumatıdır.

Real vəziyyət

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova deyir ki, yuxarıda qeyd olunan statistikadan fərqli olaraq 15-17 yaşlılar arasında erkən hamiləlikdən doğulan uşaqların sayı 2011-ci ildə 4392, 2012-ci ildə 3236, 2013-cü ildə isə 2855 olub. Bu da o deməkdir ki, rəqəmlərdə azalma olsa da, hələ də Azərbaycanda uşaq nikahları var.


“Bəzən intihara da əl atırlar”

Komitənin məsləhətçisinin sözlərinə görə, uşaq nikahına cəlb olunan qız uşaqları dünya görünüşlərini, təhsil səviyyələrini inkişaf etdirə bilmirlər. Bu baxımdan da onlar sənətə, peşəyə yiyələnə bilmirlər: “Onlar ailə həyatına hazır olmadıqları üçün onlarda sosial - psixoloji problemlər olur. Erkən ailə həyatı quran qızlar şəxsiyyət kimi inkişaf edən dövrdə dünya görünüşündə dəyişiklər yaranır və onlar öz həyatından razı qalmırlar və bu mühitlə barışa bilmirlər. Boşanma zamanı da belə qadınların heç bir hüquqları olmur. Rəsmi nikah olmadığından uşağa görə ərindən aliment pulu ala bilmir, mülkiyyət problemləri olur. Bir çox hallarda uşağına şəhadətnamə belə ala bilmirlər. Bəzən intihara belə əl atırlar”.


Həkim rəyi

Akuşer - ginekoloq Rəşad Sultan erkən yaş hamilələrdə patologiyalar daha çox rast gəlindiyini deyir: “Qadın orqanizmi 18 yaşdan sonra doğuşa hazır olur. Lakin ideal yaş 20 ilə 32 arası hesab olunur. Erkən yaş hamilələrdə adətən bətndaxili inkişaf geriliyi, preeklampsiya və vaxtından qabaq doğuş olur. Preeklampsiya təzyiq yüksəkliyi, şişkinlik və sidikdə zülal olması ilə xarakterizə olunan hamiləlik patologiyasıdır. Ana ölümünün əsas səbəblərindən biridir. Bu patologiya hamiləliyin ikinci yarısında özünü büruzə verir”.


Problem necə həll olunmalı?

“Uşaq nikahlarının qarşısını almaq üçün qanunvericilikdə çox böyük işlər aparılıb. Birincisi ailə məcəlləsində dəyişiklik edilib, həm qızlar, həm də oğlanlar üçün evlilik yaşı 18 olub. İkincisi Cinayət Məcəlləsində 176.1 maddəsi əlavə olunub. Hal-hazırda valideyn məsuliyyətinin artırılması ilə bağlı layihə hazırlanır. Bu problemin aradan qaldırılması üçün ictimai məsuliyyət olmalıdır. Müəllimlər, bələdiyyə işçiləri, yerli icra nümayəndələri kənddə, qəsəbədə yaşayan hər bir insan üçün, xüsusi ilə uşaqlar üçün məsuliyyət daşımalıdırlar. Şagirdlərin dərsə davamiyyəti onları narahat eləməlidir. Yuxarıda adları çəkilən insanlar bu sahədə çox aktiv iş aparsalar, sözsüz ki, həmin kəndlərdə, qəsəbələrdə erkən nikahların sayı da azalar. Təəssüflə demək lazımdır ki, bəzi bölgələrdə vəzifə borcunu yerinə yetirməli olan şəxslər öz məsuliyyətinə barmaqarası yanaşır. Erkən nikahla bağlı faktı bilsələr belə biganə yanaşırlar. Bu biganəliyə cinayət məcəlləsi ilə iş düşür”, bunu bizə A. Veysəlova deyir.


İşin hüquqi tərəfi

Hüquqşünas Səbuhi Axundov deyir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-1 maddəsinə görə, qadını nikaha daxil olmağa məcbur etmə cinayət işi sayılır: "176-1.1. Qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 176-1.2. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".


Təhsil nazirliyinin rəyi

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumatda deyilir ki, ümumtəhsil məktəbləri tərəfindən icbari təhsilin təmin olunması ilə bağlı valideynlərlə maarifləndirmə tədbirləri həyata keçirilir. Lakin uşaq nikahları daha çox hansı bölgələrdə olması ilə bağlı nazirlikdə heç bir statistika aparılmayıb. Ümumtəhsil məktəblərində şagirdlərin gündəlik davamiyyətinin qeydiyyatı aparılır, buna yerli təhsili idarəetmə orqanları tərəfindən nəzarət olunur.

Uşaq yaşda ailə quran məktəbli qızlar məktəbə gəlmir. Faktı isə əksəriyyət məktəb direktorları gizlədir. Belə faktlar azalsa da, bugünkü gündə də var. Nazirlikdən sorğumuza cavabında belə faktlar daxil olmadığı bildirilir.


Vaxtında profilaktik tədbirlər görülməlidir

Bir zamanlar uşaq evliyinə görə cənub regionu üstünlük təşkil etsə də, bu gün vəziyyət belə deyil. “Təmiz Dünya” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova bu problemin az və çox bütün bölgələr üçün xarakterik olduğunu deyir. Onun fikrincə daha çox cənub bölgəsinin adının çəkildikdə, digər bölgələr diqqətdən kənarda qalır: “Saatlı, Sabirabad, Gəncədə də erkən evliliklər müşahidə edilir. Bu problem az və çox olmaqla bütün bölgələrimizdə var. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyi bu məsələyə çox diqqət ayırır, baş verəcək erkən nikahların qarşısı alınmağa çalışılır. Lakin bəzən bu latent şəkildə getdiyindən bundan xəbər tutmaq olmur. Uşağın adı məktəbə yazılır və onun təhsildən yayıldığı hiss olunmur. Erkən nikahların qarşısını almaq üçün məktəblərdə monitorinqlərin aparılması üçün imkan yaradılmalı, regional işçi qrupları olmalıdır. Burda bələdiyyələr, QHT-lər, icra nümayəndələri, eləcə də polis də iştirak etməlidir. Beşinci sinifdən sonra bu işçi qrupu məktəblərdə monitorinqlər aparmalıdır. Birinci sinifdə nə qədər uşaq gəlmişdi, beşinci sinifdə nə qədər uşaq olmuşdu. Qız uşaqlarının dərsə davamiyyəti necədi? Təhsilini davam etdirirmi? Vaxtında profilaktik tədbirlərlə problemin qarşısını almaq olur. Uşağını təhsildən yayındıran valideynlər cərimələnməlidir”.


M. Zeynalova onu da qeyd edir ki, Lənkəranda erkən nikahla bağlı hadisələr aşkarlananda uşağın valideyni pul cəriməsi tətbiq edilir: “Bu cərimələrin qanunvericilikdə nə dərəcədə nəzərdə tutulduğunu bilmirəm. Ötən illərdə müşahidə elədiyim məsələlərdən biri d bu idi ki, insan alverinin qurbanlarının əksəriyyəti erkən nikah qurbanlarıydı. Belə insanlar ikiqat zorakılığa məruz qalır. Erkən nikah quran qızlar ayrılan zaman uşağın atalığını müəyyən etmək kimi də problemlə qarşı-qarşıya qalırlar”.


Psixoloq rəyi

Ailə psixoloqu Elnur Rüstəmov deyir ki, erkən ailə quran qızlar psixoloji travma alırlar. Erkən ailə quran qız uşaqları erkən yaşda ana olurlar. Ailə qayğıları, uşağın tərbiyəsi il bağlı problemlər zaman keçdikcə onların psixikasına müəyyən mənfi təsirlər göstər: “Qurulan ailədə ailə daxili münasibətlər doğru tənzimlənmədikcə problemlər yaranır. Çox vaxt onların şikayəti uşağa baxmaqla bağlı olur. Çünki onlar özləri hələ uşaqdırlar. Bu problemlər ailə quran zaman təzə vaxtlarda özünü büruzə vermir. Bu narahatçılıq özünü xüsusi bir formada göstərməyə də bilər. Zaman keçdikcə bu travmanın təsiri onların psixikasında özünü göstərir. Depressiv hallar olur, səbəbsiz ağlayırlar, aqressiv olurlar. Bu uşaqların böyütdükləri uşaqlar yeniyetmə yaşına çatanda anada yorulma baş verir, həyatdan zövq ala bilmirlər, hər şeydən narazı olurlar. Əsasən uşaq yaşda ailə quran qızlar təhsil ala bilmirlər. Təhsil alan qızlar müəyyən qədər cəmiyyətə adaptasiya olurlar. Təhsilsiz adamların çevrəsi çox dar olur, ətrafla kommunikasiyaları az olur. Ev, məişət qayğıları zaman keçdikcə onların psixoloji durumunda müəyyən problemlər yaradır. Ailə qurmaq üçün qızlar üçün 20 -21 , oğlanlar üçün 24-25 yaş idealdır”.


İslam nə deyir?

Erkən yaşda evlilik deyəndə daha çox İslam dininin adı çəkilir. Məhəmməd peyğəmbərin 9 yaşlı Ayşəylə evləndiyi deyilir. Bu fikri isə ilahiyyatçı Elşad Miri qətiyyətlə rədd edir:

- Bəzən deyirlər ki, islam uşaq yaşda evliliyi dəstəkləyir. Bu islama atılan ləkələrdən biridir. İslam dinində azyaşlıların ərə verilməsi ilə bağlı iddia yoxdur. Sadəcə, bəziləri peyğəmbərimizin 53 yaşında olarkən 9 yaşlı Aişəylə evləndiyini iddia edirlər. Lakin araşdırmalar nəticəsində məlum olub ki, Aişə heç də 9 yaşında olmayıb. Peyğəmbərlə evlənərkən onun yaşı 20-dən çox olub. Peyğəmbərimiz öz qızlarını nə 9 yaşda, nə də 6 yaşda ərə verməyib. Ona görə də, bu məsələnin islamla aidiyyatı yoxdur. Peyğəmbərimizin hədislərində deyilir ki, islam dinində konkret yaş həddi qoyulmayıb. İnsan evlilik yaşını özüi seçə bilər. Həddi-buluğa çatan biri ilə evlənə bilər. Peyğəmbərimiz deyir ki, övladlarınıza təhsil verin. 10 yaşlı qıza təhsil verilməzdilərsə, onları cəzalandırın deyir. İslam dinində erkən nikah anlayışı yoxdur”.

İlahiyyatçı dini nikahla bağlı da fikirlərini söylədi: “İslamda “dini nikah” adlı nikah yoxdur. Avropada mövcud olan kilsə nikahı sözü ilk olaraq türk dilinə, ordan da bizim dilə tərcümə nəticəsində ortaya çıxan bir anlayışdır. Bəzən buna “molla kəbini” deyirlər, bəzən də “dini nikah”. İslamda kəbin bir cürdür. Onun da şərtləri odur ki, nikah həm qadını, həm də kişini qorumalıdır. Əfsus olsun ki, bu günləri həmin o dini kəbinlərdə qadınların hüquqları pozulur. Hər hansı bir kişi dövlət qurumuna müraciət etmədən dırnaqarası dindarlara kəbin kəsdirir. Sabah hər hansı bir problem yaşanarsa, belə kişilərin nə izi tapılır, nə özü. Bu zaman İslam dini qadınların haqqını tapdalamış olur. Onda bu necə din oldu? Ona görə də islam dini konkret olaraq qadının da, kişinin də hüquqlarını qoruyacaq bir müqavilənin olmasının tərəfdarıdır. Bu günləri bu müqaviləni dövlət qurumu həyata keçirirsə, orda qadına veriləcək mehri qeyd eləməklə dövlət nikahı dini nikahın əvəzinə keçə bilər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Teleaparıcı: "Belə getsə, nişanlım məni atacaq"

    Teleaparıcı: "Belə getsə, nişanlım məni ...

    27-12-2014, 22:10

  • 
  • 15 yaşında ərə verilən qızın həyat dramı...

    15 yaşında ərə verilən qızın həyat dramı... ...

    10-07-2015, 13:00

  • 
  • Azərbaycanda 12 yaşında zorlanan qız danışdı: - “Məktəbin ayaqyolusunda…”

    Azərbaycanda 12 yaşında zorlanan qız danışdı: - ...

    25-09-2017, 12:20

  • 
  • 101 yaşında uşaq dünyaya gətirdi - 17-ci övladını

    101 yaşında uşaq dünyaya gətirdi - 17-ci övladını ...

    13-05-2016, 10:35

  • 
  • Ağdaşda tükürpədici hadisə: 57 yaşlı kişi 12 yaşlı qızı zorladı

    Ağdaşda tükürpədici hadisə: 57 yaşlı kişi 12 ...

    19-07-2013, 16:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu