DƏNİZDƏ “BOĞULAN” FƏHLƏLƏR ''28 May Neft Qaz Çıxarma Fəhlələrinin Harayı''.
Bu gün 28 May Neft Qaz Çıxarma İdarəsinin fəhlələri redaksiyamıza başlarına gələn hadisə ilə bağlı müraciyyət ediblər. Həyacanlı şəkildə bizimlə əlaqə saxlayan fəhlələr bildirdilər ki, biz bu gün səhəhər saat 09:30-da işdən çıxıb evimizə getməli idik. Ancaq biz fəhlələrin daşınmasını təşkil edən gəmi xarab olub. Biz hələdə dənizdə qalmışıq, bununla əlaqədar olaraq, Sosial şöbənin rəis müavini ilə əlaqə saxlayaraq bildirdik ki, bizə xarab gəmi göndərilib xahiş edirik bizim buradan çıxmağımıza Helikopter göndərəsiniz. Sosial şöbənin müavini isə bizə cavab olaraq bildirdi ki, helikopter fəhlələr üçün düyil. Maraqlıdır həftələrlə xidməti borcunu yerinə yetirən fəhlələri dənizdən çıxarmaq üçün belə bir idarənin xarab gəmidən başqa nəqliyyat vasitəsi yoxdurmu? Bu yerdə yenə korrupsia əməlləri ortalığa çıxır. Müraciyyət edən fəhlələr bir neçə qurumlara problemləri ilə bağlı məlumat versələrdə hələ ki, hüquqları bərpa olunmayıb. Mövzu diqqətimizdədir
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?