Binanın tikintisi üçün vəsait 2 dəfə azaldığından “SAF Təchizatçı” MMC ziyanı ödəməkdən ötrü fəhlələrin əmək haqqını vermir
Salyan rayonunda iki il əvvəl inşası başa çatmış binada işləyən bir qrup fəhlə əmək haqlarının ödənilməsi tələbi ilə ölkə başçısına müraciət edib. Hüquq müdafiəçisi Emil Məmmədovun Turan-a verdiyi məlumata görə, bu fəhlələr “SAF Təchizatçı” MMC tərəfindən şəhid və Qarabağ əlilləri üçün Salyan şəhərində inşa olunmuş, 26 may 2011-ci ildə təhvil verilmiş binanın tikilməsində iştirak edib. Lakin fəhlələr indiyədək 25 000 (iyirmi beş min) manatı “SAF Təchizatçı” MMC-dən ala bilmir. Şirkətdən isə öz növbəsində “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizə borcunu ödəmədiyindən sizin haqqınızı verə bilmirik” cavabı verilib. Buna görə fəhlələr şirkətə müraciət ediblər. Bu müraciətdən sonra “SAF Təchizatçı” MMC şirkətinin direktoru Ağasəf Quliyev fəhlələrlə görüşüb. Belə ki, smeta dəyəri olan 1,5 milyon manat vəsait həqiqətən “SAF Təchizatçı” MMC şirkətinin hesabına yatırılıb, lakin həmin pulun 51 faizinin nağd şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinə verilməsi şərti ilə. Şirkət rəhbəri də vəd etdiyi pulu bankdan götürərək nazirlik rəsmilərinə verib. Beləliklə, binanın tikintisi üçün vəsait 2 dəfə azaldığından şirkət ziyanı ödəməkdən ötrü fəhlələrin əmək haqqını vermir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?