GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Sevil Massivi”ndə zərərçəkənlər aksiya keçirməyə hazırlaşır - “Döymədiyimiz qapı, müraciət etmədiyimiz qurum qalmayıb”

“Sevil Massivi”ndə zərərçəkənlər aksiya keçirməyə hazırlaşır - “Döymədiyimiz qapı, müraciət etmədiyimiz qurum qalmayıb”

Tarix: 11-12-2014, 22:04 Bölmə :Ölkə Baxış: 0
“Sevil Massivi”ndə zərərçəkənlər aksiya keçirməyə hazırlaşır - “Döymədiyimiz qapı, müraciət etmədiyimiz qurum qalmayıb”

“Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) üzvləri aksiya keçirməyə hazırlaşır. Bu haqda redaksiyamıza zərərçəkənlərdən biri məlumat verib. O deyib ki, Abşeron İcra Hakimiyyəti onlara MTK-ya ödədikləri pulları Abşeron bələdiyyəsi vasitəsilə qaytarılacağını vəd edib. Lakin bu günə qədər pulları ödənməyib.

“Prezident Administrasiyasının, Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına gedib pullarımızın qaytarılmasını tələb edəcəyik” deyə, zərərçəkən bildirib. Onun sözlərinə görə, MTK rəhbərliyinə cinayət işi başlandıqdan sonra həmin ərazidə ev, torpaq sahəsi alan vətəndaşların çoxu çıxılmaz duruma düşüb. Onlar nə mülklərinə sahib ola bilirlər, nə də ödədikləri vəsaiti geri ala. Ötən ayın ortalarında aldadılan vətəndaşlar Abşeron Rayon İcra Hakimiyyətinin və Hökməli bələdiyyəsinin qarşısında etiraz aksiyası keçiriblər. Zərərçəkmişlər hüquqlarının pozulmasına rəğmən müraciətlərinə baxılmamasına etiraz ediblər. Aksiyada zərərçəkmiş vətəndaşlar “Torpağımızı qaytarın!”, “Evimizi verin!”, “Pullarımızı yeməyin!” şüarları səsləndiriblər. Aksiya zamanı zərərçəkənlərə rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun adından vədlər verilib. Bildirib ki, icra başçısı problemin qısa müddətdə həll ediləcəyinə zərərçəkənləri əmin edir.

Zərərçəkənlər deyir ki, “Sevil Massivi” MTK-da külli miqdarda vergidən yayınma faktına görə cinayət işi başlanıb və rəsmilər bununla da işlərini bitmiş hesab edirlər: “Qanunsuzluq aşkar ediblərsə və bunu araşdırırlarsa, lap yaxşı. Amma bu qanunsuzluğu aradan qaldırmaq üçün bizə qarşı da qanunsuzluq edirlər. Məsələni elə araşdırmaq olardı ki, biz küçələrdə qalmayaq. Bizi düşünən yoxdur. Banka borca girərək torpaq, ev almışıq. Əgər ”Sevil" MTK dələduz idisə, bir belə idarə, təşkilat hara baxırdı? Niyə bu MTK-nın qanuni və ya qanunsuz olduğunu əvvəl gündən araşdırmırdılar? Vacib idi ki, 3 min nəfər zərər çəksin, dövlətdən narazı düşsün? Həmin ərazini “Sevil” MTK kosmosda tikməyib ki, bunu görməsinlər? Deməli, xəbərləri olub. Biz sənədlərə baxmışıq, müqavilə bağlamışıq. Həmin sənədləri verən də dövlət qurumlarıdır. Qanunsuz idisə niyə o sənədləri verirdilər? Döymədiyimiz qapı, müraciət etmədiyimiz qurum qalmayıb. Hamısı da boş vədlər verir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gedib-gəlməkdən yorulmuşuq. Hər dəfə “gedin, 15 gün sonra gələrsiniz, sizə məlumat veriləcək” deyirlər".
Bu günə qədər MTK üzvü olan 3 min zərərçəkmişdən 300-nün verdiyi pul özünə qaytarılıb. Sentyabrda Abşeron Rayon İcra Hakimiyyəti və Hökməli Bələdiyyəsi vasitəsilə 300 nəfərin pulunu qaytarıblar.

Qeyd edək ki, bir müddət əvvəl “Sevil Massivi” MTK-nın təsisçisi Aynur Zeynalov və həmin kooperativin direktoru həbs olunublar. Hər iki şəxs “qanunsuz sahibkarlıq” və “vergi ödəməkdən yayınma”da ittiham olunur. Onlarla bərabər Hökməli bələdiyyəsinin sədri Mirnemət Mirəziz oğlu Miradıyev də tutulub. Həbsindən bir qədər əvvəl “Tərəqqi” medalı ilə təltif olunmuş M.Miradıyev sonradan naməlum səbəbdən azad olunub. M.Miradıyevin bu məsələyə aidiyyəti isə MTK-ya Hökməli bələdiyyəsinin balansında olan hektarlarla torpaq sahəsini ayırması olub. Belə məlumatlar da var ki, M.Miradıyev istintaqda dindirildiyi zaman Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlət orqanlarına bələdiyyə sədrinin azad edilməsi üçün müraciətlər edib.

Baş Prokurorluğun məlumatına görə, Vergilər Nazirliyi “Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayınma faktı aşkar edib. Bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Məlumata görə, şirkət rəhbərləri 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməyiblər. O cümlədən, onlar xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub 100 min manata yaxın gəlir əldə etməkdə ittiham edilirlər. İstintaq hesab edir ki, “Sevil Massivi” MTK-nın məsul şəxsləri həm bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, həm də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edib və vətəndaşlara faizsiz kreditlə satıblar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Sevil" MTK-nın aldatdığı vətəndaşlar PA qarşısında aksiya keçirdi

    "Sevil" MTK-nın aldatdığı vətəndaşlar ...

    21-11-2014, 02:00

  • 
  • "Sevil Massivi"nin sahiblərinin məhkəməsi başlayır

    "Sevil Massivi"nin sahiblərinin ...

    1-07-2015, 19:14

  • 
  • Sevil Massivi rəhbərinin həbsi rəsmən təstiqləndi

    Sevil Massivi rəhbərinin həbsi rəsmən təstiqləndi ...

    26-07-2014, 12:36

  • 
  • "Sevil Massivi" MTK-nın vəzifəli şəxslərinə hökm oxundu

    "Sevil Massivi" MTK-nın vəzifəli ...

    11-07-2017, 12:25

  • 
  • Eldar Mahmudov “Sevil Massivi” MTK-nı necə çökdürüb?

    Eldar Mahmudov “Sevil Massivi” MTK-nı necə ...

    7-12-2015, 14:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu