GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Mahmudov “Sevil Massivi” MTK-nı necə çökdürüb?

Eldar Mahmudov “Sevil Massivi” MTK-nı necə çökdürüb?

Tarix: 7-12-2015, 14:05 Bölmə :Ölkə Baxış: 0
Eldar Mahmudov “Sevil Massivi” MTK-nı necə çökdürüb?

Sabiq milli təhlükəsizlik nazirin adı daha bir qalmaqallı cinayət işində hallandı

Xəbər verdiyimiz kimi Bakı Ağır Cinayətlər Məhkəməsində “Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Qeyd edək ki, “Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

Kooperativin təsisçisi Aynur Zeynalovun kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olaraq 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınıblar.

Onlar habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə ediblər.

Buna görə də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Aynur Zeynalova və Elçin İsmayılova Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Nədə ittiham olunurlar

Qeyd edilənlərlə yanaşı, Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyevin bələdiyyə ərazisində yerləşən torpaq sahələrini Aynar Zeynalov və Elçin İsmayılovun bilavasitə şərait yaratmaları ilə müxtəlif şəxslərə sataraq ümumilikdə sonunculardan 170 min manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması

Departamenti tərəfindən ona Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İstintaqla həmçinin müəyyən edilib ki, “Sevil Massivi” MTK-nın məsul şəxsləri Abşeron rayon Hökməli bələdiyyəsinin sədri M. Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən, bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib. Bundan başqa, “Sevil Massivi” MTK tərəfindən qeyd olunan ərazinin təyinatına uyğun olmadan orada 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub, həmçinin müvafiq dövlət qurumları ilə razılaşdırılmadan, o cümlədən qanunsuz olaraq aparılan tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi xəbərdarlıqlarına məhəl qoymayaraq, binaların 14-nün özülü qazılmaqla, onlardan 4-də ilkin tikinti işləri həyata keçirilib. Bununla belə, təyinatına görə örüş torpaqları olan həmin sahələrdə qanunsuz tikiləcək çoxmənzilli yaşayış binalarından vətəndaşlara mənzillər satılıb.

İllərlə sürünəcək məhkəmə: 2 min zərərçəkən, 5 min şahid

Bu cinayət işi hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyada araşdırılır. Məhkəmənin əvvəlində təqsirləndirilən şəxslər ifadə verməkdən imtina ediblər. Bu səbəbdən hakim kollegiyası cinayət işi üzrə adı keçən zərərçəkmişləri və şahidləri dinidrməyə başlayıb.

Onu da qeyd edək ki, cinayət işi üzrə 2 min zərərçəkmiş, 5 minə yaxın şahidlər var. Siyahının belə böyük olmasından demək olar ki, bu

məhkəmə prosesi hələ uzun çəkcək. Çünki hakimlər hələ zərərçəkmişlərin üçdəbir hissəsini dinləməyiblər.

Məhkəmə iclasında ifadə verən zərərçəkmiş Lalə Zaurqızı bildirib ki, 2014-cü ilin iyunun 14-də “Sevil” MMC-nin tikməsi üçün nəzərdə tutulan binadan 77 kvadrat metr ərazisi olan ev alıb. Onun sözlərinə görə, bununla bağlı MMC-yə ilkin olaraq 12 min manat ödəyib. O, pulunu qaytarılmadığını, dəymiş ziyanın ödənilməsini istəyib.

Daha sonra zərərçəkmiş Elxan Məmmədov bildirib ki, MMC-dən 2 sot torpaq alıb və buna görə də 6600 manat ödəyib: “Buna görə qədər də pulum qaytarılmayıb. Əməliyyat olunacam, pulum yoxdur. Pulumun ödənilməsi vacibdir. Çünki əməliyyat olunacam”.

Zərərçəkmişlər hakimdən nə xahiş edir?

Elxan Məmmədov həmçinin bildirib ki, torpaq sahəsi onun həyat yoldaşı Bəsti Məmmədovanın adına rəsmiləşdirilib. Digər zərərçəkən Mirzəmməd Əhmədzadə qeyd edib ki, 4 sot toqpaq sahəsi alması barədə MMC-nin rəhbər şəxsləri ilə müqavilə bağlayıb: “Buna görə də MMC-yə 13 min manat ödəmişəm. Torpağın pulunu ödəyəndən sonra ev tikməyə başlamışam. Torpağın alınması və yarımçıq tikiliyə ümumilikdə 34 min manat xərcim çıxıb. Amma torpağın alınması və yarımçıq tikili ilə birlikdə 19 min manat qiymətləndirilib. Bu da düzgün deyil”.

Şahin Əzizov sot torpaq sahəsi almaq üçün 5185 manat ödədiyini, amma pulunun geri qaytarılmadığını qeyd edib. Elçin Mollayev qeyd edib ki, 3 sot torpaq sahəsinin alınması üçün MMC-nin rəhbər şəxsləri ilə 18 min manata razılaşıblar. O, qeyd edib ki, bunun 9500 manatını ödəyib. Zərərçəkmiş pulunun qaytarılmasını istəyib.

Rövşən Abıyev 2 sot torpaq sahəsi almaq üçün 7 min manata razılığa gəldiklərini qeyd edib: “Şirkətə 6450 manat ödəmişəm. Torpağı şirkətdən müqavilə yolu ilə almışam. Başqa hər hansı bir sənədim olmayıb. Torpağda tikinti işləri aparmamışam”.

Etibar Həsənov bildirib ki, MMC-dən iki yer olaraq ayrı-ayrılıqda 2 sot torpaq sahəsi alıb. Onun sözlərinə görə, MMC-yə 21 min manat ödəyib:

“Aldığım torpaqların üzərində tikinti işləri aparmışam. Tikintiyə də 37 min 645 manat xərcləmişəm. Torpaq sahəmin geri qaytarılmasını istəyirəm”.

İsa Manafovun sözlərinə görə, oğlu Təbrikin adına MMC-nin tikiməsi üçün nəzərdə tutulan binadan mənzil alıb. O, qeyd edib ki, bununla bağlı olaraq MMC-yə ilkin olaraq 13 min 173 manat ödəyib: “Mənə dəymiş ziyan ödənilməyib. Mənim üçün fərqi yoxdur ki, ev, ya torpaq verilsin. Mənə dəymiş ziyanın ödənilməsini istəyirəm”.

Rabil Həbilov bildirib ki, MMC-dən 6 sot torpaq alıb və 19 min 200 manat ödəyib: “Torpağı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı əsasında almışam. Həmin ərazidə tikinti işləri aparmışam, buna görə də tikiliyə xeyli pul xərcləmişəm. Sonradan məni Hökməli bələdiyyəsinə çağırdılar. Orada çıxarışı əlimdən aldılar və mənə torpağa verdiyim pulu qaytardılar. Amma tikiliyə xərclədiyim pul bu günə kimi də qaytarılmayıb”.

Digər zərərçəkənlər – Nəzakət Aydınova torpaq alması üçün 29000 ABŞ dolları, Mübariz Kərimov 8400 manat, Heyzəgül Cabbarova 6000 manat ödədiklərini qeyd ediblər.

Eldar Mahmudov və Akif Covdarov planı

Onu da qeyd edək ki, daha sonra keçirilən proseslərdə ümumlikdə 100-dən çox zərərçəkmiş ifadə verib. Hələ məhkəmə araşdırması zamanı zərərçəkənlərin yarısı belə dindirilməyib. 6 aydır ki, davam edən bu proses belə getsə, hələ çox uzun çəkcək.

Bundan başqa, “Sevil Massivi”ndə baş verənlərlə bağlı maraqlı məqam ortaya çıxıb. Redaksiyamıza daxil olan məlumata görə, bu cinayət işinin başlanmasına səbəbkar sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun “kassir”i kimi cəmiyyətə tanınan Akif Covdarov olub. İddia olunur ki, Eldar Mahmudov Akif Covdarovun vasitəsi ilə “Sevil Massivi”nin ərazilərini ələ keçirmək istəyib.

“Sevil Massivi” ilə bağlı cinayət işinin başlanması barədə sifarişin də Eldar Mahmudov tərəfindən gəlməsi iddia edilir. O da qeyd olunur ki,

Eldar Mahmudov həmin ərazilərdə öz tikinti şirkəti vasitəsi ilə evlər tikmək istəyirmiş. “Sevil Massivi”nin vəzifəli şəxslərinin məhkəmədə susması, ifadə verməməsi onlara qarşı yüksək çinli məmurlar tərəfindən təzyiqlərin olmasını işarə etmişdilər. Hər halda bütün bu məsələlər məhkəmə araşdırması zamanı öz həllini tapmış olacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Sevil Massivi" MTK-nın vəzifəli şəxslərinə hökm oxundu

    "Sevil Massivi" MTK-nın vəzifəli ...

    11-07-2017, 12:25

  • 
  • "Sevil Massivi"nin sahiblərinin məhkəməsi başlayır

    "Sevil Massivi"nin sahiblərinin ...

    1-07-2015, 19:14

  • 
  • Sevil Massivi rəhbərinin həbsi rəsmən təstiqləndi

    Sevil Massivi rəhbərinin həbsi rəsmən təstiqləndi ...

    26-07-2014, 12:36

  • 
  • “Sevil Massivi”ndə zərərçəkənlər aksiya keçirməyə hazırlaşır - “Döymədiyimiz qapı, müraciət etmədiyimiz qurum qalmayıb”

    “Sevil Massivi”ndə zərərçəkənlər aksiya keçirməyə ...

    11-12-2014, 22:04

  • 
  • “Karat” MTK-nın vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərildi

    “Karat” MTK-nın vəzifəli şəxsləri barəsində ...

    25-12-2014, 23:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu