GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sensasiya: iki qara uniformalı Bakı-Ceyhanı necə partlatdı

Sensasiya: iki qara uniformalı Bakı-Ceyhanı necə partlatdı

Tarix: 11-12-2014, 22:11 Bölmə :Ölkə Baxış: 0
Sensasiya: iki qara uniformalı Bakı-Ceyhanı necə partlatdı

Bakı-Tiflis-Ceyhan (BTC) neft boru kəmərində 2008-ci ilin avqustunda baş vermiş və kəmərin işinin bir aydan çox dayanmasına səbəb olmuş güclü partlayışın olduqca sensasion detalları üzə çıxıb.

Virtualaz.org saytı xəbər verir ki, “Bloomberg” agentliyi bu gün - dekabrın 10-da kəmərin necə partladıldığına dair şok araşdırmanı yayıb.

Araşdırmada ABŞ kəşfiyyatındakı mənbələrdən və hadisəni araşdıran çoxtərəfli istintaq qrupundan əldə olunmuş faktlar əsasında kəmərin PKK tərəfindən partladıldığına dair indiyədək mövcud olan ehtimal alt-üst edilir.

Bakı-Tiflis-Ceyhan kəməri 2008-ci il, avqustun 5-də Türkiyənin Refah bölgəsində partladılıb. “Bloomberg” yazır ki, 1099 kilometrlik boru kəmərinin hər metrinə xüsusi vericilər və kameralar tərəfindən nəzarət edildiyi bir vaxtda baş vermiş partlayış zamanı heç bir həyəcan siqnalı ötürülməyib. Bu isə BTC-nin təhlükəsizliyinə nəzarət edən dispetçer mərkəzində anlaşılmazlıq yaradıb.

Məlum olub ki, partlayış zamanı verici və kameralardan siqnal daxil olmayıb. Türkiyə hökuməti bu partlayışa görə PKK kürd terror təşkilatını günahlandırıb.

Partlayış klaviatura arxasından idarə olunmuşdu...

Kürd separatçıları da BP şirkətinin idarə etdiyi kəmərdə partlayış törətdiklərini təsdiq ediblər. 7 il əvvəl Refah səmasını gündüz kimi işıqlandıran şiddətli partlayış haqda çoxları unudub. Lakin hamı yox.

Qərb xüsusi xidmət orqanları üçün BTC-də baş vermiş bu partlayış və kəmərdən neftin fontan vurması dönüş xarakterli hadisə idi. Məlum olmuşdu ki, hakerlər partlayışdan əvvəl qəza siqnallarını, rabitəni və kəmərdə qəza baş verərsə, yüksək təzyiqli neftin ətrafa axmasını dayandırmaq üçün avtomatik qəza klapanını tənzimləyən cihazın işini dayandırıblar.

Bu haqda BTC-dəki partlayışı araşdıran kəşfiyyat qrupundakı dörd mənbə danışıb. Araşdırma məxfi olduğu üçün mənbələr adlarının açıqlanmamasını xahiş edib.

“Refahda törədilmiş partlayış kompüter klaviaturası arxasından idarə olunmuşdu” - deyə mənbə bildirib.

Kibermüharibələr tarixini yenidən yazan hadisə

ABŞ-ın Rod-Aylend ştatının Nyuport şəhərində yerləşən Hərbi-Dəniz Kollecindən milli təhlükəsizlik üzrə professor Derej Reveron məsələni “Bloomberg”ə şərh edərkən deyib ki, bu fakt kibermüharibələr tarixini yenidən yazır.

Agentlik xatırladır ki, böyük dövlətlər son illər tez-tez bir-birinə qarşı kibermüharibələrdən istifadə edirlər. Məsələn, bu ilin avqustunda ABŞ-ın “JPMorgan Chase & Co.” Bankı serverlərinə güclü haker hücumlarının arxasında Rusiyanın dayandığını bildirmişdi.

Həmçinin İran hakerlərinin iri Qərb aviaşirkətlərinin serverlərində “eşələnərək” zərbə endirmək üçün həssas nöqtə axtardıqları məlum olmuşdu.

ABŞ kəşfiyyatı: “Əsas şübhəli Rusiyadır”

Refahda baş vermiş partlayışdan iki il sonra - 2010-cu ildə “Stuxnet” adlı virus İranın nüvə obyektlərinin işini dayandırmışdı. Bu virusun ABŞ və İsrail kəşfiyyatları tərəfindən yayıldığı təxmin edilirdi.

“Sən demə, Bakı-Tiflis-Ceyhan kəmərinə hakerlərin hücumu bundan iki il əvvəl baş veribmiş. Amerika xüsusi xidmət orqanlarının mövqeyinə görə, bu partlayışda əsas şübhəli Rusiyadır” - agentlik bildirir.

“Bloomberg” BTC-nin vaxtilə Rusiyanın kəskin müqavmətinə və sabotajlarına baxmayaraq inşa edildiyini, Refahdakı partlayışdan cəmi üç gün sonra Rusiya qoşunlarının Gürcüstana hücum etdiyini xatırladır. Beşgünlük avqust müharibəsi zamanı Rusiya bombardmançıları BTC-nin Gürcüstan ərazisindən keçən hissəsinin bir neçə yüz metrliyinə bomba atmışdılar.



Kremlin baş ideoloqu hesab edilən Aleksandr Duqin o vaxt Türkiyə qəzetlərinə açıqlamasında “BTC-nin artıq öldüyünü” demişdi.

“Bloomberg” yazır: “Doğrudur, bu nekroloq vaxtından əvvəl verilmişdi, lakin kəmərə hücum Amerika kəşfiyyatının Avropa və Şimali Amerika boyu uzanan yüz min kilometrlərlə uzunluğunda neft-qaz kəmərlərinin məsafədən partladıla biləcəyinə dair narahatlıqlarının əsassız olmadığını göstərmişdi. Amerika Milli Kəşfiyyat Agentliyinin ekspertləri hesab edirdilər ki, kəmərlər adi silahlardan istifadə olunmadan uzaq məsafədən partladıla bilər.

Üç indiki və keçmiş Amerika rəsmisi təsdiq edir ki, Refahdakı hücumdan əvvəl də bu yeni növ müharibənin aparılmasını mümkün edən texnologiyaların olduğuna dair faktlar var idi”.

ABŞ xüsusi xidmət orqanları hesab edir ki, Refahdakı partlayışın arxasında Rusiya hökuməti dayanırdı və iki ölkə arasında əməkdaşlıq baxımından onlar araşdırmanın gedişi haqda məlumatlı idilər.



Qara uniformalı, portativ kompüterli iki “spesnaz”

Kəşfiyyat araşdırmaları göstərib ki, partlayışdan əvvəl BTC-nin videomüşahidə kameralarının 60 saatlıq görüntüləri hakerlər tərəfindən silinib. Lakin infraqırmızı müşahidə kamerası həmin kameralarla eyni sistemə birləşdirilmədiyi üçün onun çəkdiyi görüntüləri silmək mümkün olmayıb.

İnfraqırmızı kameranın çəkdiyi görüntülərdən məlum olur ki, partlayışdan bir gün əvvəl kəmərin yaxınlığında əllərində portativ kompüterlər olan iki nəfər var. O görüntülərə baxmaq imkanı olan mənbə bildirib ki, həmin iki nəfər qara uniformadadır və üzərlərində tanınma nişanı yoxdur. Geyimləri xüsusi təyinatlı qüvvələrin geyimlərini xatırladır.

“Rusiyanın strateji maraqlarını nəzərə almaqla həmişə bu sual qalacaq: onların bu partlayışda əli varmı?” - deyə “Eurasia Group”dan analitik Emili Stromquist bildirib.

Rusiyanın Vaşinqtondakı səfirliyinin mətbuat katibi bu barədə “Bloomberg”in iki sorğusunu və telefon zənglərini cavabsız qoyub.

BTC dünyada ən təhlükəsiz kəmər olsa da...



Agentlik qeyd edir ki, siyasi baxımdan qeyri-sabit regionlardan keçən strateji əhəmiyyətli kəmər dünyada ən təhlükəsiz neft kəməri hesab olunurdu. İstintaqın bildirdiyinə görə, kəmərin hər kilometri vericilərin (“datçiklər”) köməyi ilə nəzarətdə saxlanılır.

Kəmərdə neftin təzyiqi, axan neftin həcmi və digər məlumatlar online rejimdə dispetçer mərkəzindəki monitorlara ötürülür. Əlavə təhlükəsizlik tədbiri kimi bu vericilər həm də peykə yönəldilib.

Partlayış isti yay axşamında, saat 23 radələrində baş verib. Yaxınlıqda yaşayan sakinlər güclü partlayışdan və səmaya yüksələn alovlardan təşvişə düşüblər.



PKK-dan müəmmalı etiraf

Partlayışdan dərhal sonra PKK məsuliyyəti müəmmalı şəkildə üzərinə götürüb. Bu etirafın mənası var idi, çünki PKK əvvəl də neft kəmərlərində sabotajlar törətmişdi.

Lakin Türkiyənin o vaxtkı enerji naziri Hilmi Gülər jurnalistlərə bildirmişdi ki, kəmərdə heç bir sabotaj və partlayış izinə rast gəlinməyib. İndi nə Hilmi Gülər, nə də Türkiyənin Energetika Nazirliyinin rəsmiləri kəmərdə partlayışın hakerlər tərəfindən törədildiyinə dair məlumatları şərh etməyiblər.

BTC-nin Türkiyə ərazisindən keçən hissəsinin operatoru “Botas İnternational Ltd.” bildirib ki, kəmərin kompüter sistemi sıradan çıxmamışdı.

“Biz heç vaxt rabitə sisteminə və ya kompüter sisteminə kənar müdaxilə ilə üzləşməmişdik” -deyə şirkətin rəsmisi Hüseyn Saqir bildirib.

Bununla belə o, partlayışın səbəbləri haqda suallara cavab verməkdən imtina edib.

BP təmsilçisi Tobi Odone isə bütün sualları BOTAŞ-a yönəldib.



Azərbaycan, Türkiyə, Britaniya müstəntiqləri sakitcə işləyirdi...

“Bloomberg” yazır ki, həmin partlayışdan sonra Türkiyə, Böyük Britaniya, Azərbaycan və digər ölkələrdən olan müstəntiqlərin qrupu sakitcə öz işlərində idilər. Onların üzləşdikləri ilk müəmma kəmərdən neft sızmasını aşkar edən və yanğın barədə xəbərdarlıq verən mürəkkəb sistemin işləməməsi idi.

Kəmər boyunca yerləşdirilmiş rəqəmsal vericilərdən məlumat almaq əvəzinə dispetçer məntəqəsi partlayış haqda ancaq 40 dəqiqə sonra səmaya yüksələn alovları görən təhlükəsizlik işçisindən məlumat almışdı.

Və BTC-ni partladan virus aşkar olunur

Araşdırma qrupu siqnalizasiya sisteminin sıradan çıxmasının səbəbini araşdıranda gözlənilməz faktla üzləşdilər - haker hücumu bilavasitə videomüşahidə kameraları sisteminə edilmişdi. Kameraların işini tənzimləyən proqram sistemindəki zəif nöqtədən istifadə edən hakerlər daxili şəbəkənin dərinliklərinə qədər irəliləyə bilmişdilər.

Burada hakerlər Windows əməliyyat sisteminin idarəsi altında olan kompüteri tapıblar, onun idarəetməsini ələ keçiriblər və virus proqramını yerləşdiriblər. Məhz həmin virus proqramı kəmərdə partlayışa səbəb olub. Hakerlər həmin virus proqramı vasitəsilə istədikləri vaxt yenidən sistemə daxil ola bilərdilər.



Hücumun mərkəzi elementi operativ idarəetmə mərkəzinə çıxış əldə etmək və siqnalizasiya sisteminin xəbəri olmadan kəmərdə təzyiqi artırmaq olub. Hakerlər kəmərdə təzyiqi süni şəkildə artırmaq üçün bir neçə dispetçer stansiyasında kiçik sənaye kompüterlərini “sındırıblar” və yalnız bundan sonra baş dispetçer mərkəzinin kompüterinə nəzarəti ələ keçiriblər.

Kəmərin yaxınlığında iki qara uniformalı şəxsin görünməsi sabotajın fiziki və rəqəmsal metodların kombinasiyası ilə həyata keçirildiyini deməyə əsas verir.

İnsidentlə tanış olan iki mənbə deyib ki, kəmərdə super-yüksək təzyiq partlayış üçün kifayət idi. Kəmərə bomba yerləşdirilməsinə dair heç bir sübut tapmaq mümkün olmamışdı.

Rezerv peyk siqnalları da sıradan çıxarılıb

İstintaq müəyyən edib ki, BTC-nin kompüter şəbəkəsində geniş kəşfiyyat aparan hakerlər qəza siqnallarını dispetçer mərkəzinə ötürən və oradan verilən komandaları vericilərə çatdıran sistemi sıradan çıxarıblar. Həmçinin rezerv peyk siqnalları da işləməyib. Müstəntiqlər ehtimal edirlər ki, hücumu həyata keçirənlər bunun üçün mürəkkəb siqnal pozucu avadanlıq istifadə ediblər.

Bu partlayışdan bir il sonra BP hüquqi mübahisə ilə bağlı təqdim etdiyi sənədlərdə göstərmişdi ki, “terror aktı” nəticəsində baş vermiş partlayışa görə BTC ilə nəql öhdəliklərini yerinə yetirə bilməyib. Partlayış 30 min barreldən çox neftin ətrafa dağılmasına, BP və ortaqlarının kəmərin işləmədiyi müddətdə gündə 5 milyon dollar tranzit tarifləri ödəməyə məcbur olmasına səbəb olmuşdu. Azərbaycan Dövlət Neft Fondu isə 1 milyard dollar gəlir itirmişdi.



Beynəlxalq Böhran Qrupunun İstanbulda mənzillənmiş analitiki Didem Akyel deyib ki, neft-qaz kəmərlərinin partladılması PKK-nın profilinə daxildir. Lakin PKK-nın kəmərlərdə partlayış törətmək imkanları geniş deyil.

“Bu, onların iş metodu deyil. Onlar həmişə fiziki üsullarla, çox primitv formada hücumlar həyata keçiriblər” - deyə D.Akyel bidirib.

ABŞ kəşfiyyatı PKK-nın əvvəlcədən Rusiya ilə anlaşdığını bildirir

“Bloomberg”in araşdırmasında deyilir ki, ABŞ kəşfiyyatı BTC-dəki partlayışı müstəqil şəkildə araşdırıb. Bu zaman xarici kəşfiyyat mənbələrindən və digər qaynaqlardan informasiyalar toplayıb.

Araşdırma ilə tanış olan bir mənbə deyib ki, Amerika kəşfiyyatı Rusiyadan silah və kəşfiyyat məlumatları alan PKK-nın bu partlayışa görə məsuliyyəti üzərinə götürmək üçün əvvəlcədən Rusiya ilə razılaşdığını ehtimal edir. Bu partlayışın səbəblərini və necə törədildiyini müəyyən etmək ABŞ üçün hadisənin motivindən daha çox mühüm idi.

Pentaqon həmin vaxtlar rəqiblərinin kiber imkanlarını araşdırırdı və öz müdafiə sistemindəki çatışmazlıqları müəyyən etmək istəyirdi. Bu hücumdan əvvəl İran və Çin hakerləri ABŞ-ın neft-qaz boru kəmərlərinin kompüter sistemlərinə müdaxilə edərək zəif nöqtələri axtarmışdı.

Bu ilin yazında Ukrayna ətrafında gərginlik başlayandan sonra Rusiya kiber-casusları ABŞ-ın elektrik və su təchizatı sistemlərinə virus proqramları yeritmişdilər. Bunu Dallasdakı “ISight Partners” şirkətinin kiber-casusluq təhdidləri üzrə baş meneceri Con Haltquist deyib.

Həmçinin Rusiya hakerləri NATO-nun sentyabrda Uelsdə keçirilən sammitində onlarla kompüterlərə girərək məxfi sənədləri ələ keçirmişdilər.

“BTC-dəki partlayışdan üç gün sonra Rusiya Gürcüstana hücuma keçdi. Baş nazir Nika Qiluari bildirdi ki, Rusiya təyyarələri BTC-ni bombalayır. Bombalardan bəziləri kəmərin bir neçə yüz metrliyinə düşmüşdü, kəmər isə salamat qalmışdı. Görünür, klaviatura silahdan daha etibarlıdır” - deyə “Bloomberg” araşdırmanı yekunlaşdırır.

Belə görünür ki, “Bloomberg” agentliyinin BTC-dəki partlayışın detallarını açan bu sensasion araşdırması uzun müddət müzakirə mövzusu olacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Rusiyada Azərbaycan müzakirələri

    Rusiyada Azərbaycan müzakirələri ...

    18-11-2013, 12:57

  • 
  • BTC ilə neft nəqli artıb

    BTC ilə neft nəqli artıb ...

    18-12-2018, 11:25

  • 
  • Türkiyə Ceyhan kəməri ilə neft nəqlini dayandırdı

    Türkiyə Ceyhan kəməri ilə neft nəqlini dayandırdı ...

    27-02-2016, 17:22

  • 
  • SOCAR "Petrofac"la Azərbaycanda dəstək xidmətləri sazişi imzalayıb

    SOCAR "Petrofac"la Azərbaycanda dəstək ...

    7-08-2020, 11:30

  • 
  • Bakı-Novorossiysk kəməri bağlanır

    Bakı-Novorossiysk kəməri bağlanır ...

    10-01-2014, 12:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu