Özəl mühafizə xidmətinə nəzarət DİN-dən alınaraq MTN-ə veriləcək
Azərbaycanda daha bir sahə vahid əldə cəmləşdirilir. Bu haqda məlumat verən gunxeber.com-un bildirdiyinə görə, özəl təhlükəsizlik xidməti vahid nəzarət altına lınır və bu cür xidməy göstərən qurumlara lisenziya verilməsi qaydası dəyişdirilir. Qeyd edək ki, indiyə kimi özəl mühafizə xidmətini təşkil edən müəssisələrə lisenziya Daxili İşlər nazirliyi tərəfindən verilirdi və onların fəaliyyətinə DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsi nəzarət edirdi. İndi isə bu qurumlara lisenziyanı Milli Təhülkəsizlik Nazirliyi verəcək və fəaliyyətlərinə nəzarəti MTN həyata keçirəcəck. Eyni zamanda məlumata görə, bir sıra özəl mühafizə müəssisələri sıradan çıxarılacaq. Bu fəaliyyət ciddi nəzarət altında bir neçə qurum tərinfən göstəriləcək.Məlumata görə, hazırda Azərbaycanda 30-a yaxın özəl mühafizə xidməti təşkil edən müəssisə fəaliyyət göstərir. İndiyədək qüvvədə olan qaydalara əsasən qeyri-dövlət mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi özəl mühafizə fəaliyyətinə xüsusi lisenziya verilməsi ilə bağlı müvafiq sənədləri toplamaqla Daxili İşlər Nazirliyinə müraciət edirdi. Bunun üçün aşağıdakı sənədlər tələb edilirdi: - əlavə №1-də göstərilən ərizə (ərizədə hüquqi şəxslər üçün təşkilatın adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablama hesabının nömrəsi və bankın adı, fəaliyyət növü, fiziki şəxslər üçün isə adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar, fəaliyyət növü kimi məlumatlar öz əksini tapmalıdır); - Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti; - Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti; - Ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququ (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti; - Xüsusi razılıq (lisenziya) almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd. Sənədlər şəxsən Daxili İşlər Nazirliyinə təqdim edilir. “Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarında dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2007-ci il tarixli 658 nömrəli Fərmanına uyğun olaraq qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi zamanı müəyyən edilmiş 3000 manat məbləğində dövlət rüsumu qeyri-dövlət (özəl) mühafizə müəssisəsi və hüquqi şəxsin mühafizə bölməsi tərəfindən müvafiq bank hesabına köçürülür və dövlət rüsumunun ödənilməsi barədə qəbz Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə təqdim olunur. Bundan sonra özəl mühafizə xidməti təşkil edən müəssisələrdən tələb olunacaq sənədlərlə də bağlı dəyiçikliklər ediləcək və onların sayı artırılacaq.
Sorğu
Yeni dizaynımız necədir?