Rayonun küçələrində motosikletli polis əməkdaşları patrul həyata keçirirlər
İsmayıllı üsyanı ilə əlaqədar ətraf rayonlarda da təhlükəsizlik tədbirləri gücləndirilib. Musavat.com-un bölgəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Qəbələnin küçələrində motosikletli polis əməkdaşları patrul həyata keçirirlər. Yerli sakinlər əməkdaşımıza bildiriblər ki, bu, İsmayıllı olaylarından sonra Qəbələdə vahimə yaratmaq, əhaliyə qorxuya salmaq məqsədi daşıyır. Qeyd edək ki, sosial şəbəkələrdə ötən gecə Göyçayda da maskalı və silahlı polislərin göründüyü barədə məlumatlar yayılıb
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?