"Azəri Trans” şirkətinin işçiləri öz işçi hüquqlarının tapdanmasına qarşı etiraz aksiyası keçirmək niyyətindədir
Bu gün Qəbələdə "Azəri Trans” şirkətinin işçiləri öz işçi hüquqlarının tapdanmasına qarşı etiraz aksiyası keçirmək niyyətindədirlər. Bu barədə “Facebook” sosial şəbəkəsində məlumat yayılıb. Yayılam xəbərə görə, aksiyanın baş tutmaması üçün artıq əks tərəf özlərinə məxsus bütün tədbirlərə əl atıb. Aksiyanın fəallarına müxtəlif yollarla təzyiqlər göstərilir. Məsələyə indidən polis müdaxiləsi başlayıb. Belə ki, şirkətin işçisi Tehran Musayevin dalınca şəhərdəki çayxanalardan birinə gələn polis məmuru onları həbs edəcəklərini bəyan edib. Bir sözlə, bu günkü aksiyanın ləğv edilməsi üçün mümkün və mümkünsüz bütün yollardan istifadə oluncaq. Məlumat üçün deyək ki, bu aksiya sırf iqtisadi-sosial tələblərlə keçirilməsi planlaşdırılan dinc, sivil bir tədbirdir. Onlar öz tələblərini yazılı şəkildə artıq yerli hakimiyyətə təqdim ediblər. “Facebook”da yayılan məlumatda xüsusi olaraq bir məqam da vurğulanır ki, Qəbələdə fəaliyyət göstərən siyasi partiya mənsubları aksiyaya dəvətli deyillər, çünki bunun siyasətlə heç bir əlaqəsi yoxdu.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?