İngiltərədə bir dəstə ev xanımı 'East Anglian Air Ambulance' üçün pul yığmaq məqsədilə lüt soyunaraq fotokameralar qarşısına çıxıblar və xeyriyyə təqvimi üçün çəkiliblər.
19-50 yaş arasında olan xanımların dediklərinə görə, onların çılpaq fotolarının yer alacağı ''Country Ladies Uncovered' təqviminin satışından əldə ediləcək pulların hamısı Şərqi İngiltərənin Kral Təcili Yardım Xidmətinin aviasiya bölməsinin inkişafına xərclənəcək.
Hantinqdonşirdə yaşayan 14 kəndli qadın əməllərinin cəsarətli olduqlarını desələr də, əsla utanmadıqlarını söyləyiblər Wsemir.com Daily Mail-ə istinadən bildirir ki, təqvimin bir neçə nüsxəsi şahzadə Uilyama göndəriləcək.
Şahzadə Uilyam 'East Anglian Air Ambulance'ın dəstəklənməsinə yönəlmiş ianətoplama kampaniyasının fəallarından biri, könüllü pilotdur
Sorğu
Yeni dizaynımız necədir?