Ermənistan prezidenti Serj Sərkisyanın səhhəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib.
Bunu “Jamanak” qəzeti yazıb.
Qəzetin məlumatına görə, S.Sərkisyan yeni il başlayandan ictimaiyyət arasında görünməyib. Onun hazırda “Nairi” Tibbi Mərkəzində müalicə aldığı bildirilib.
Qəzetin yazdığına görə, səhhətində yaranmış problem səbəbindən S.Sərkisyan yanvarın 5-də qəndildəki şamın yandırılması və yanvarın 6-da Milad bayramı ilə bağlı duanın oxuması mərsimində iştirak etməyib.
Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan isə S.Sərkisyanın səhhətində problem yarandığını təsdiqləyib: “Yeni il bayarmında prezident Serj Sərkisyana yüngül soyuq dəyib. Bu müddət ərzində isə o, evdə olub”./report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?