Klassik Xalq Cəbhəsi Partiyası Prezident seçkiləri ilə bağlı qərar verdi
Yanvarın 26-da KXCP Ali Məclisinin sesiyası keçirilib. Məclisin sədri sədri Bəybala Əbil əvvəlcə gündəlikdəki məsələri sessiya iştirakşılarının diqqətinə çatdırıb. Bunda sonra, o, KXCP-nin Seçki Qərargahının formalaşmasından və partiyaya yeni üzvlərin qəbul olunmasından danışıb. Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı KXCP sədri Mirmahmud Mirəloğlu çıxış edib, O, çıxışında üç məsələyə - sosial problemlərə, İsmayıllı hadisələrinə və AŞ PA-nın son sessiyasına toxunub. M.Mirəlioğlu bildirib ki, artıq müxalifətin birgə fəaliyyəti üçün Memorandum imzalanıb və qalib gəlmək üçün mütləq birgə addımlar atılmalıdır: "Bizə deyilər ki, məsələləri siyasiləşdirməyin , amma nə edək ki, bunlar insanların hər cür hüququnu pozublar , təkcə İsmayıllıda problemi həll etməkdənsə güc tətbiq etdilər. Orduda əsgər öldürülür, insanlar zülmdə yaşayır, əlillərə evləri tikib satırlar. Biz isə bunların qarşısını almaq üçün fəaliyyətimizi genişləndiririk. Bəzi qüvvələr ətrafımızda informasiya mühasirəsi yaradıblar. Adicə Elçibəyin zəhərlənməsi məsələsinə görə qaldırılan cinayət işinə münasibətimizi başqa cür təqdim etdilər. İndi biz özümüzün informasiya bazamızı və resurslarımızı qurmağa başlamışıq və artıq öz fəaliyyətimizi koordinasiya etməliyik. 20 il əvvəl bu hakimiyyət qiyamla gəldi və biz artıq elə bir mühit qurmalıyıq ki, onlar öz xoşları ilə getsinlər. Tezliklə bu hakimiyyətlə vidalaşmalıyıq. Yoxsa günü-gündən problemlər artacaq”. Daha sonra Ali Məclis sədri qarşıdakı prezident seçkisindən danışıb. B.Əbil qeyd edib ki, KXCP seçkiyə öz namizədi ilə getməlidir. Bu təklif Ali Məclis üzvləri tərəfindən də dəstəklənib. Sessiya iştirakşıları Mirmahmud Mirəlioğlunun 2013-cü il prezident seçkisində namizdə kimi iştirak etməsinin məqsədəuyğun hesab olunması barədə qərar qəbul ediblər. KXCP sədrinin siyasi məsələlər üzrə müavini Oqtay Güləliyev çıxışında partiyanın fəaliyyət istiqamətlərindən danışıb. Ölkədə siyasi fəallığın artığını və artıq seçki ilinin əvvəlində ölkədəki narazılıqların aşıq müstəviyə keçdiyini deyən O.Gülalıyev qeyd edib ki, proseslərin önündə olmaq üçün KXCP operativliyini artırmalıdır. Daha sonra KXCP sədrinin təşkilati məsələlər üzrə müavini Xəzər Teyyublu 2013-cü ilin planlarına və təşkilati məsələlərə diqqət yönəldib: "Şöbələrimiz fəaliyyətlərini daha da gücləndirməli və konkret planla hərəkət etməlidirlər. Əmin olun ki, biz güclüyük. Mübarizəmizin nəticə verməsi üçün potensialımız yetərincədir”. Sessiyada Ali Məclis üzvləri də çıxış ediblər. Sonda AŞ PA-da siyasi məhbuslar üzrə qətnamənin qəbul olunmaması, daşqınlardan ziyan çəkmiş insanların hələ də ağır şəraitdə yaşaması, “Binə” və İsmayıllı rayonunda baş vermiş kütləvi etirazlara dair bəyanat da qəbul olunub
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?