İŞİD terrorçuları ilə bağlı daha bir şok iddia yayılıb. Belə ki, qruplaşma 5 yaşlı uşaqları toplayır. Onlardan terrorçular hazırlamaq üçün məşqlər keçirir.
ANS PRESS-ibn məlumatına görə, bu açıqlamanı BMT baş katinin müavini Valeri Amos verib.
O, dekabrın əvəllərində İŞİD-ın hərbi təhcizatının zəiflədiyini də qeyd etmişdi. Lakin Suriya prezidenti Bəşər Əsəd bunu təkzib edib. O, zəifləmə müşahidə etmədiyini demişdi.
Amosun sözlərinə görə, terrorçu hazırlığı aparılan Rakkadakı düşərgədə 350 beş yaşlı uşaq var. Onlara silahdan atmaq öyrədilir, müxtəlif növ sursatdan və partlayıcıdan istifadə qaydalarından təlim keçirilir. Artıq bu uşaqlardan döyüş meydanlarında da istifadə edilib.
BMT nümayəndəsi Suriya əhalisinin humanitar vəziyyəti ilə bağlı da həyəcan təbili çalır. Belə ki, bu ölkədə uşaqların təhsili, onların fiziki və seksual zorakılığa məruz qaldığı qeyd edilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?