İŞİD döyüşçüləri Palmirada olan Baalşamina məbədinin partlayışının kadrlarını yayıblar.
ANS PRESS-in məlumatına görə, ekstremistlər tərəfindən məhv edilməmişdən əvvəl, məbəd təxminən iki min il yerində durub. İŞİD döyüşçüləri Suriya Palmirasının qədim arxitekturasının ən gözəl abidəsindən birinin məhv edilməsi haqda şəkilləri və kadrlar bütün dünyaya elan edilib. Fotolar internetdə ərəb saytlarında yayılıb. Fotolarda binanın perimetr üzrə və həmçinin məbədin kollonadesində partlayıcı maddələrin terrorçular tərəfindən yerləşdirilməsi təsvir olunub. Həmçinin 2000 illik tarixə aid olan antik arxitekturanın abidəsinin partlayışının şəkilləri dərc edilib.
YUNESKO məbədinin dağıdılmasını Suriya xalqının və bütün bəşəriyyət üçün əvəzedilməz itki və bunu hərbi cinayət adlandırıb.
Baalşamina məbədinin məhv edilməsi birinci hadisə deyil, çunki İŞİD terrorçuları beynalxalq mədəni irsi abidələrə bir neçə dəfə ziyan vurublar. Palmira mərkəzini partlatmağı İŞİD iyun ayından planlaşdırıb.
Daha əvvəl Mosul şəhərində mədəniyyət abidələri terrorçuların hücümlarına məruz qalıb. Ekstremistlər 2015-ci ilin fevralında Mosul muzeyini dağıdıblar. Terrorçuların yaydığı şəkillərdə aydın görünür ki, onlar qədim Assuriya heykəllərini və bizim eradan əvvəl IX əsrdə yaradılan qanadlı öküzün heykəlini dağıdıblar. Terrorçular öz hərəkətlərini belə izah edirlər ki, artefaktlar onları bütpərəstliyə tərəfə yönəldir.
Ekspertlərin sözlərinə görə, ekstremistlər qaçaqmalçılarla birlikdə işləyirlər. Terrorçular antik heykəllərin və hətta mozaykanın fraqmentlərinin qeyri-leqal satışından da pul qazanırlar. Antikvarın satışında terrorçular bir milyon dollardan çox qazanıblar.
Sorğu
Yeni dizaynımız necədir?