“Rusiyanın maliyyə sistemi özünün ən ağır dövrünü yaşayır. Nə baş verəcəyini belə dəqiq söyləmək çətindir”.
gundemxeber.az (AFA) Rusiyanın “RİA Nanovosti” agentliyinə istinadən xəbər verir ki, bunu maliyyə bazarının inkişaf etdirilməsinə həsr olunmuş iclasda çıxış edən Rusiya Mərkəzi Bankının sədr müavini Serqey Şvetsov deyib. Onun sözlərinə görə, Rusiyanın maliyyə sistemi kritik həddədir və bu vəziyyət ölkə iqtisadiyyatna sarsıdıcı zərbə vurur: “Problemlərimiz çoxdur. Kritik situasiya ilə üzləşmişik. Baş verənləri bir il əvvəl heç yuxumuzda da görə bilməzdiq. Təəssüf ki, biz ölkənin maliyyə bazarının perspektivlərini heç də həmişə doğru qiymətləndirə bilmirik”. S.Şvetsov Mərkəzi Bankın bundan sonra atacağı addımlar barədə heç nə danışmayıb. Bankın sədr müvini prosesi nəzarətdə saxlamağın da artıq mümkün olmadığına və ölkənin maliyyə sisteminin çökdüyünə işarə edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?