gundemxeber.az-ın verdiyi məlumata görə, "İŞİD" terror təşkilatında "nazir" postunu icra edən misir əsilli Almaniya vətəndaşı Reda Zəyam öldürülüb. Bu barədə ictimaiyyətə "NDR" və "WDR" teleradio şirkətləri məlumat yayıb. Məlumatda bildirilir ki, İraq ordusunun avia zərbələri nəticəsində "İŞİD"in "maarif naziri" zərərsizləşdirilib.
Bildirək ki, 54 yaşlı Zeyam uzun müddət Almaniyada yaşayıb və bu ölkədəki vəhhabilər arasında böyük nüfuza malik olub. O, İraq məktəblərində musiqi, coğrafiya, təsviri incəsənət və ictimaiyyat fənlərinin tədrisinin qadağan edilməsinə qismən nail olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?