İŞİD terror qruplaşmasının silahlıları 150 iraqlı qadını intim münasibətdən imtina etdiyinə görə qətlə yetirib. APA-nın “Lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə İraqın İnsan Haqları üzrə Nazirliyinin məlumatında bildirilir. Məlumata görə, qətlə yetirilmiş qadınların meyitləri şəhər ətrafında ümumi məzarda basdırılıb.
Meyitlər İŞİD-in nəzarətində olan əl-Anbar əyalətində aşkarlanıb. Məlumatda öldürülmüş qadınların bir neçəsinin hamilə olduğu qeyd olunub.
İraq və Suriya ərazisində İŞİD-in mövqelərinə zərbələrin endirilməsi davam etdirilir. Terrorçu qruplaşmanın “maarif naziri” hesab edilən Misir əsilli Almaniya vətəndaşı Reda Zeyam bu hücumlar zamanı öldürülüb. Bu barədə NDR və WDR teleradio şirkətlərinin məlumatında bildirilir.
Məlumata görə, 54 yaşlı Zeyam uzun müddət Almaniyada yaşayıb, bu ölkədəki sələfilər arasında böyük nüfuza malik olub və İŞİD-lə uzun müddət yaxından əməkdaşlıq edib. Almaniya xüsusi xidmət orqanları məlumatı təsdiqləyib.
Məhz “Zül Karnayn” ləqəbi ilə tanınan Zeyamın təşəbbüsü ilə İŞİD İraq məktəblərində musiqi, coğrafiya, təsviri incəsənət və ictimaiyyat fənlərinin tədrisini qadağan edib.
Zeyamın rəhbəri olduğu İŞİD-in “maarif nazirliyi” silahlıların nəzarətində olan Mosul şəhərinin universitetində fəaliyyət göstərirmiş.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?