GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Milyarderlər İttifaqı”nı darmadağın etmək planı işə salındı - sənədlər

“Milyarderlər İttifaqı”nı darmadağın etmək planı işə salındı - sənədlər

Tarix: 17-12-2014, 10:46 Bölmə :Ölkə Baxış: 0
“Milyarderlər İttifaqı”nı darmadağın etmək planı işə salındı - sənədlərAbbas Abbasovun “AzerRos”dakı adamına qarşı şok ittiham; Qurum prezidenti - RATİ üzvü Asif Məhərrəmova etimadsızlıq göstərildi və növbədənkənar qurultay çağırıldı; Söyün Sadıqovun varisi yarıtmaz fəaliyyətdə və “təşkilatı polis izolyatoruna çevirməkdə” suçlanılır...

Rusiya prezidenti yanında Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) rəhbərliyində dərin parçalanma yaranıb. Əldə elədiyimiz etibarlı məlumatlara görə, bu parçalanma son həftələrdə daha da güclənərək qurumun hazırkı prezidenti Asif Məhərrəmova qarşı tam etimadsızlığın irəli sürülməsi ilə nəticələnib.

Ondan başlayaq ki, noyabrın 14-də Moskvada “AzerRos”un Federasiya Şurasının 7-ci iclası keçirilib. İclasda 43 Şura üzvlündən 30-u iştirak edib. Toplantıda prezident Asif Məhərrəmovun, eləcə də İcra Aparatının 2013-cü ilin yanvarından 2014-cü ilin noyabrınadək olan dövrdə fəaliyyəti müzakirə olunub. Xüsusi olaraq qeyd edilib ki, Rusiyadakı azərbaycanlıların və təşkilatın regional bölmələrinin narazılığı ona gətirib çıxarıb ki, təşkilatdakı parçalanmalara və regional qurumlarla prezident arasında ortaq qarşılıqlı əlaqələrin olmamasına dözmək daha mümkünsüz görünür.

Çıxışlarda Məhərrəmova qarşı konkret iradlar əksini tapıb. Bildirilib ki, regional təşkilatların nümayəndələri və azərbaycanlılar “AzerRos” prezidentinin mərkəzi ofisinə yaxın düşə bilmirlər, “Məhərrəmov isə praktik olaraq qurumu polis izolyatoruna çevirib” (Buradaca xatırladaq ki, Asif Məhərrəmov Rusiya Daxili İşlər Nazirliyinin zabiti olub).
Çıxışlardan belə qənaət hasil olur ki, təşkilatın Federasiya Şurası məhz Rusiyada, vilayət və regionlarda yaşayan azərbaycanlıların iradlarını əsas götürərək prezidentlə neqativ münasibəti müzakirə eləmək və normal iş şəraitinə nail olmaq istəyib. “Lakin bizim müraciətlərimizi qulaqardı edən prezident Federasiya Şurasının iclasına qatılmaqdan imtina elədi. Bu səbəbdən də ”AzerRos"un növbədənkənar 5-ci hesabat-seçki qurultayını çağırmaq məsələsi qoyuldu", - deyə 14 noyabr iclaslının çıxardığı, yekdilliklə qəbul edilən qərarda qeyd olunur.

Vurğulayaq ki, gələn il yanvarın 17-nə nəzərdə tutulan növbədənkənar qurultayın keçirilməsi üçün T.Hacıyevin başçılığı ilə 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Regional bölmələrə həmin müddətədək qurultaya özlərinin nümayəndələrini, “Federasiya Şurasına və prezidentliyə ən layiqli namizədlərini” müəyyən eləmək tapşırılıb.

“Milyarderlər İttifaqı”nı darmadağın etmək planı işə salındı - sənədlərTəşkilat Komitəsi həmçinin yeni prezidentin aşağıdakı xüsusiyyətlərə və tələblərə cavab verməli olduğunu xüsusi qeyd edib: “Yeni namizəd Rusiya vətəndaşı və ali təhsilli olmalıdır, məhkumluğu olmamalıdır, ictimai-siyasi təşkilatlarda 5 ildən az olmayan iş stajına malik olmalıdır, regional təşkilatlardan müsbət xarakteristika almalıdır, rus və Azərbaycan dillərində sərbəst danışmalıdır”.

İclasın protokolunda Təşkilat Komitəsinin işinə “AzerRos” rəhbərliyi tərəfindən yaradılan əngəllərlə bağlı aşağıdakı qeydlər də əksini tapıb: “Belə vəziyyətdə aktiv və destruktiv rol məhz indiki prezident Asif Məhərrəmova və qurumun Federasiya Şurasının sədri M. Sadıqovaya məxsusdur. Məhz onlar növbədənkənar qurultayın baş tutmamasına yönəlik mövqe sərgiləyirlər. Belə ki, təşkilat komitəsinin iclasını pozmaq üçün dekabrın 5-də, saat 15:00-da mərkəzi ofisdə Məhərrəmov görüş zamanı Federasiya Şurasının - Təşkilat Komitəsinin üzvləri ilə salamlaşmayıb və bununla da açıq şəkildə onlara hörmətsizlik və gözügötürməzlik nümayiş etdirib. Həmçinin o, Komitə üzvlərini mərkəzi ofisə buraxılmasına, onlara buraxılış vəsiqəsi verilməsinə qadağa qoyub. Təşkilat Komitəsinin üzvləri ofisə yalnız binanın inzibatçısı dəyişəndən sonra və təzə inzibatçı qadağadan bixəbər olduğu üçün girə biliblər”.
* * * *
Göründüyü kimi, “AzerRos”un hazırkı rəhbərinə - Azərbaycanın baş nazirinin sabiq 1-ci müavini Abbas Abbasovun adamı sayılan və Söyün Sadıqovun varisi Asif Məhərrəmova qurumun Federasiya Şurası faktiki surətdə etimadsızlıq göstərib. Bu etimadsızlığın kökündə, doğrudan da indiki prezidentin yarıtmaz fəaliyyətinin durduğu, yoxsa deyilməyən başqa arqumentlərin dayandığını söyləmək hələlik çətindir.

Bir şey dəqiqdir ki, “AzerRos”a rəhbərlik uğrunda növbəti mübarizə başlayıb. Şübhə yox ki, bu mübarizənin necə yekunlaşacağında Abbas Abbasovun müdaxiləsi, təsiri də az rol oynamayacaq. Onu da qeyd edək ki, Abbas Abbasov və Söyün Sadıqov kimi Asif Məhərrəmov “Milyarderlər ittifaqı”nda (RATİ) təmsil olunur.

“Milyarderlər İttifaqı”nı darmadağın etmək planı işə salındı - sənədlər

Bəzi ehtimallara görə, “AzerRos”da son yaşananlar, Məhərrəmova qarşı başladılan etimadsızlıq 2013-cü ildə yaradılan RATİ-ni zəiflətmək planının tərkib hissəsi də ola bilər. Bəllidir ki, son prezident seçkiləri zamanı RATİ, o sırada onun fəal üzvləri olan Abbas Abbasov və Söyün Sadıqov Azərbaycan iqtidarına kifayət qədər başağrısı yarada bildilər. İstisna deyil ki, “AzerRos” rəhbərliyində gedən proseslər həm də “Milyarderlər ittifaqı”nı gələnilki parlament seçkilərinədək zəiflədib təsirsiz hala gətirmək planının tərkib hissəsidir.

“Milyarderlər İttifaqı”nı darmadağın etmək planı işə salındı - sənədlərArayış üçün əlavə edək ki, Asif Məhərrəmov 1953-cü ildə Azərbaycanın Goranboy rayonunda doğulub. Əmək fəaliyyətinə 1970-ci ildə Rusiyanın Tula vilayətinin Aleksin şəhərində yerləşən mexanika zavodunda başlayıb. 1971-73-cü illərdə sovet ordusunun sıralarında Sevostopol şəhərində xidmət edib. Hərbi xidməti rota komandirinin müavini vəzifəsində başa vurub.

1973-cü ildə komsomol təşkilatının göndərişi ilə Daxili İşlər Nazirliyi sisteminə yönləndirilib. Əvvəlcə Minsk şəhərində yerləşən SSRİ DİN-in Milis Məktəbini fərqləndirmə ilə bitirib. 1976-1983-cü illərdə Kalininqrad Şəhər Birləşmiş Milis Diviziyasının komandiri, baş əməliyyat müvəkkili işləyib. 1983-də SSRİ DİN-in Akademiyasını bitirib. 1984-1994-cü illərdə SSRİ DİN-in operativ işlər üzrə şöbəsində rəhbər postda çalışıb. 1994-2004-cü illərdə Rusiya Daxili İşlər Nazirliyinin yüksək çinli zabiti kimi müxtəlif idarələrə rəhbərlik edib. 2009-cu ildən indiyədək “Roskosmos” dövlət qurumunun baş direktorunun müavini vəzifəsində işləyir. 2013-cü il yanvarın 25-də “AzerRos”un yeni prezidenti seçilib. //musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Abbas Abbasovun adamına qarşı ETİRAZ

    Abbas Abbasovun adamına qarşı ETİRAZ ...

    27-12-2014, 00:08

  • 
  • Söyün Sadıqovun gülməli videosu yayıldı

    Söyün Sadıqovun gülməli videosu yayıldı ...

    22-05-2017, 18:57

  • 
  • Abbas Abbasovun oğlu atasının açdığı telekanaldan danışdı

    Abbas Abbasovun oğlu atasının açdığı telekanaldan ...

    15-01-2014, 15:26

  • 
  • Mehriban Sadıqova istefaya göndərildi

    Mehriban Sadıqova istefaya göndərildi ...

    12-02-2020, 10:28

  • 
  • Söyün Sadıqov "Milyarderlər İttifaqı"nın pulundan danışdı

    Söyün Sadıqov "Milyarderlər ...

    12-11-2013, 14:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu