"Maliyyə problemləri yaşamağımız və fəaliyyətimizi dayandıracağımız haqda yazılanlar yalandır"
"Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (ÜATİ) maliyyə problemləri yaşaması və fəaliyyətini dayandıracağı haqda yazılanlar yalandır."
Bunu Avropa.info-ya eksklüziv açıqlamasında şərti adı "Milyarderlər İttifaqı" adlanan qurumun təsisçilərindən olan Söyün Sadıqov deyib. Onun bildirdiyinə görə, ÜATİ heç bir maliyyə problemləri yaşamır və orada çalışan işçilərin əmək haqları da vaxtında verilir. "Bu təşkilat Rusiyada yaşayan azərbaycanlıların problemlərinin, miqrasiya məsələlərinin həlli ilə məşğuldur.Biz bu sahədə ciddi işlər görürük. Bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik. Bilmirəm bu təşkilatın fəaliyyəti haqqında niyə yalan informasiyalar yayırlar? AzerRos da , ÜATİ-də fəaliyyətini davam etdirir. Bütün fəaliyyətimizə də Abbas Aydınovic (Abbas Abbasovu nəzərdə tutur:red) rəhbərlik edir."
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?