Bu gün Baş nazirin sabiq müavini, “AzerRos”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun telekanal açması xəbərinə onun oğlu, millət vəkili Aydın Abbasov münasibət bildirib.
O, AzNews.az-a açıqlamasında deyib ki, Rusiyada açılan kanal barədə Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) saytında geniş məlumat var: “Kanal Rusiyada açılıb və bu da orada yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub. Bu kanalın Azərbaycandakı proseslərə heç bir aidiyyəti yoxdur”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?