Adları Avropa Şurası tərəfindən Azərbaycanda siyasi məhbus kimi ilk tanınan 17 nəfərlik pilot siyahıda olanlardan 2-si - Arif Kazımov və Səfa Poladov hələ də həbsdədir.
Səfa ilə Arif Qazax “OMON”un sıravi əsgərləri, polislər olublar. Məlumat üçün bildirək ki, həmin siyahıda İsgəndər Həmidov, Surət Hüseynov, Əlikram Hümbətov və bir çoxlarının adları olub, onların hamısı azadlıqdadır, həmin siyahıdan yalnız bu adamlar qalib. Keçmiş “OMON”çularla (Xüsusi Təyinatlı Polis Dəstəsi) eyni vaxtda həbs olunanların çoxu azadlıqdadır. Ancaq siyasi məhbus hesab edilən bu şəxslər 18 ildir həbsdə yatır. Avropa Şurası «OMON»çuların azadlığa buraxılması ilə bağlı Azərbaycan hökumətinə dəfələrlə müraciət edib. “OMON”çularla bağlı 2004-cü ildə təkrar məhkəmə keçirilsə də, onlar haqda qanunsuz silahlı birləşmələrdə iştirak, dövlətə xəyanət ittihamları dəyişdirilməyib. Halbuki məlum hadisələr zamanı zərərçəkənlərin yaxınları, valideynləri məhkəməyə çıxaraq əsl qatillərin tapılmasını tələb etdilər.
Səfa Poladov
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə əfv fərmanının veriləcəyi gözlənilir. Bu barədə ictimaiyyətə hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. A.Kazımovun və S.Poladovun yaxınları da hər dəfə olduğu kimi, yenə ümidləniblər. Ola bilsin ki, onların da nahaqdan ömürlük cəza çəkən əzizləri bu bayramda öz azadlıqlarına qovuşdu: “Bu adamlar etmədikləri cinayətə görə cəza çəkirlər. Onların komandirləri olmuş Elçin Əmiraslanov da hər məhkəmədə çıxış edərək Arifin və Səfanın sıravi əsgərlər olduğunu, verilən əmrləri yerinə yetirdiyini deyib. Hətta hansısa cinayəti törətmiş olaydılar da, artıq 18 ildir cəza çəkirlər, islah olunublar. Namaz qılırlar, özlərini nümunəvi aparırlar, heç bir qruplaşmaya qoşulmayıblar. Bu, onların tamamilə islah olunduqlarını göstərir. Bunu biz demirik, Qobustan həbsxanasının rəhbərliyi də, ora gedib-gələn hüquq müdafiəçiləri də dəfələrlə bu barədə mətbuata açıqlamalar veriblər”. Bundan əlavə olaraq həm Arif Kazimov həm də Səfa Poladov ağır cərrahiyyə əməliyyatı keçiriblər. Sağlamlıqları bərbad vəziyyətdədir.
Arif Kazımov
A.Kazımov və S.Poladovun azadlığa çıxmasını vacib edən daha bir amil onlar barəsində çıxarılmış ölüm hökmünün dəyişdirilməsidir. Belə ki, 1998-ci ildə parlamentdə Cinayət Məcəlləsindən ölüm hökmü götürülüb. Elə parlamentdə də ölüm hökmü qanunvericilikdə olan ən ağır cəza - ömürlük cəza ilə əvəzlənib. Adları çəkilən şəxslər barəsində ölüm hökmü cəzası çıxarılanda qüvvədə olan qanunvericilikdə isə ən ağır cəza 15 illik həbs idi. Bu baxımdan hüquqşünaslar hesab edirlər ki, bu iki şəxs və digər barəsində ölüm hökmü çıxarılan sonuncu məhbusların timsalında qanun geriyə şamil olunub – yəni onlar yeni qanunvericiliklə ömürlük həbslə cəzalandırıla bilməzdilər. Hazırda məhbəsdə yüzdən artıq belə cəza çəkən məhbus var ki, onların da məsələləri tez-tez müzakirə obyektinə çevrilir
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?