GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Həbsdəki OMON komandirinin qızından müraciət: - “Atamı əfv edin”

Həbsdəki OMON komandirinin qızından müraciət: - “Atamı əfv edin”

Tarix: 5-03-2019, 11:41 Bölmə :Müsahibə Baxış: 644
Həbsdəki OMON komandirinin qızından müraciət: - “Atamı əfv edin”


Qarşıdan gələn Novruz bayramında imzalanacaq əfv sərəncamında bir sıra siyasi məhbuslarla yanaşı Qobustan həbsxanasında ömürlük həbs cəzasına məhkum edilmiş OMON-çu məhbuslar-Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun da azad ediləcəyi deyilir. 25 ilə yaxındır cəza çəkən üç OMON-çunun ailəsinin ümid dolu baxışları əfvə dikilib.

OMON-un komandirlərindən sayılan E.Əmiraslanovun qızı, hazırda Rusiyada anasının yanında olan Aytac Əmiraslanova ilə əfv öncəsi söhbət etdik.

- Atanızı sonuncu dəfə nə vaxt görmüsüz? Ümumi durumu necədir?

- Atamla hər həftə telefonla əlaqə saxlayıram. 6 fevralda onun ad günündə və 21 fevralda öz ad günümdə yenə əlaqə saxladıq. Məktublaşmaq imkanımız yoxdur. Çünki Rusiyadayam və buradan mümkünsüzdür.

- Rusiyada ananızın yanındasınız. Orada qalacaqsınız, yoxsa ölkəyə qayıdacaqsınız?

- İstirahətə gəlmişəm, ailəmin yanına. Azərbaycana qayıdacam. Yəqin ki, bu, mart ayının sonunda olacaq. Bura mənə öz vətənim kimidir. Hər zaman gəl-get olub.

- Qarşıdan Novruz əfvi gəlir. OMON-çuların bu əfvlə azadlığa buraxılacaqları barədə xəbərlər dolaşır. Ümidlisinizmi?

- Bəli, ümidlə gözləyirəm ki, bəlkə bu il atam azad olunar. Onu da fikirləşirəm ki, atamın həbsdə olmasının 25 ili tamam olandan sonra bu məsələyə baxıla bilər. Amma bəlkə də tez oldu, bilmək olmaz, Allah Kərimdir. Ümumiyyətlə, hər zaman hər şeyə ümidlə yanaşmışam. Bir vaxt sizə müsahibə verəndə də demişdim ki, ümidsiz insan həyatda yaşaya bilməz. İndiyə qədər atamla bağlı aidiyyəti qurumlara çox müraciət etmişik. Demək olar ki, hər ay belə müraciətlər edirik. Məktublarımızın çatdığı barədə bizə bildiriş gəlir, amma nəticəsini görmürük.

Hörmətli cənab prezident İlham Əliyevdən xahiş edirəm ki, atamı əfv etsin. Elçin Əmiraslanov II qrup əlildir, bədəni qəlpələrdən ibarətdir, bir ayağı axsayır, epilepsiyası var. Bunları nəzərə alaraq humanistlik edib atamı əfv edin. Bunu 24 ildir atasına həsrət qalan bir övlad kimi xahiş edirəm.

- Elçin Əmiraslanovun azadlığa çıxmasına övladı hazırdırmı? Təsəvvür edəndə ki, həbsxana qapıları açılır və atanız qapıdan azadlığa doğru addımlayır, hansı hissləri keçirərsiniz? Onun təsəvvürü belə sizdə hansı hissləri oyadır?

- Bu sualınızdan həqiqətən gözlərim yaşardı. Təsəvvür edəndə ki, atam bir ömür boyu yanıma gəlir və bundan sonra daim yanımda qalacaq... Bu mənim üçün bilirsiniz nə deməkdir? Hisslərimi ifadə etməkdə çox çətinlik çəkirəm. Nə qədər özümə güvənsəm də, cəsarətli, qorxusuz bir qız olsam da, atam yanımda olandan sonra konkret hər şey və hər kəs dəyişəcək. Bəlkə də sevincdən ürəyim gedər. Onu da qeyd edim ki, atam azad olunsa, onunla cəza çəkən digər iki OMON-çu Səfa Poladov və Arif Kazımov da azadlığa çıxacaq. Çünki hər üçünə qarşı irəli sürülən ittihamlar bir-biri ilə bağlıdır.

- Azadlığa çıxdıqdan sonra planlarınız nədir? Sonuncu dəfə bizə müsahibənizdə atanız həbsdən çıxmayınca ailə həyatı qurmayacağınızı demişdiniz. İndi necə?

- Hələ ki ailə haqqında düşünmürəm. Atam azadlığa çıxar, ondan sonra baxarıq. Hərdən düşünürəm ki, o, azad olunandan sonra ailə qurmaq haqqında düşünə bilməyəcəm. Çünki ondan ayrı qalmaq istəmərəm. Atam azad olunandan sonra planlarımız müəyyən olacaq. Çox istərdim ki, bütün ailəmiz birlikdə olsun, bir araya gəlsinlər. Mən istədikdən sonra belə olacağını düşünürəm. Amma yenə də hər kəsin qərarı var. Yaxşı olardı ki, hamı bərabər olsun. Axı bu ailədir. Bundan sonra övladlar üçün yaşamaq və vuruşmaq lazımdır. Bu cümlələrlə nə demək istədiyimi hər kəs anladı. Bu müsahibəni oxuyan hər kəsə, xüsusilə qohum və tanışlara mesaj göndərirəm k, Elçin Əmiraslanov qızı ilə nəfəs alır. Aytac istədisə, hər şey həyata keçəcək. Təki atam azad olunsun. Bütün işlərimizin alına bilməyəcəyi kimi bir yol görünmür.

- OMON-çu övladı olduğunuz üçün heç yerdə işə götürülmədiyinizi demişdiniz. Həmin problem yenəmi qalır?

- İşlə əlaqəli demişdim ki, rütbəli işdə işləyə bilmərəm. Bu da indiyə qədər belə olub. Amma özəl və dövlət işlərində imkanım, icazəm var ki, özümə uyğun, layiq bildiyim işlərdə çalışım. Hazırda, şükür Allaha, işləyirəm.

- Maddi durumunuz necədir?

- Açığı deyim ki, maddi durumumuz hər zaman normal olub. İstədiyimizi almışıq, yemişik, geyinmişik. Bunlardan biz heç zaman məhrum olmamışıq və ya əziyyət çəkməmişik. İnşallah, bundan sonra da belə davam edər.//“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • OMON-çular əfv üçün prezidentə müraciət etdi

    OMON-çular əfv üçün prezidentə müraciət etdi ...

    2-03-2017, 23:23

  • 
  • Komandirləri ilə eyni cəzaya məhkum edilmiş sıravi OMON-çular əfv diləyirlər

    Komandirləri ilə eyni cəzaya məhkum edilmiş ...

    18-12-2014, 23:20

  • 
  • KEÇMİŞ OMON-lar: “BİZİ ƏFV EDİN, CƏBHƏYƏ GEDƏK!”

    KEÇMİŞ OMON-lar: “BİZİ ƏFV EDİN, CƏBHƏYƏ GEDƏK!” ...

    19-04-2016, 01:11

  • 
  • Həbsdəki iki OMON-çu ilə bağlı prezidentə müraciət edildi

    Həbsdəki iki OMON-çu ilə bağlı prezidentə ...

    4-03-2015, 11:57

  • 
  • “Əfv sərəncamı Novruz bayramı ərəfəsində olacaq” - AÇIQLAMA

    “Əfv sərəncamı Novruz bayramı ərəfəsində olacaq” ...

    11-12-2018, 10:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu